Şriftin ölçüsü / 739

“Retro Bakı” layihəsinin konsertləri böyük maraqla qarşılanır

26 Iyul 2016 [15:55]
"Retro Bakı” layihəsinin konsertləri böyük maraqla qarşılanır

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə "Retro Bakı” layihəsinin konsertləri davam edir.

Paytaxt sakinləri və şəhərimizin qonaqları həftə sonu keçirilən konsertlərin repertuarına daxil edilən musiqi və rəqs nömrələrini, xüsusilə tanınmış cazmen, əməkdar incəsənət xadimi Cavan Zeynallının ifasını, müğənnilər Nəzakət Məmmədova, Tural Mehri, Nigar Süleymanova, Mehman Tağıyev və "Odlar Yurdu” qrupunun çıxışlarını böyük maraq və coşquyla qarşılayıblar.

Xatırladaq ki, layihə tədbirləri hər həftənin şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr Meydanında rəngarəng konsert proqramları ilə oktyabrın ortalarınadək davam edəcək.


Nazilə