Şriftin ölçüsü / 1238

Rəsul Çunayev yarımfinalda

16 Avqust 2016 [19:06]
Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən Rəsul Çunayev mübarizəyə başlayıb.

***

Azərbaycanın əsas medal ümidlərindən sayılan idmançımız 1/16 finalda Migel Palasio Martinezlə (Kuba) qarşılaşıb. Çunayev rəqibinə 4:2 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.

***
Onun növbəti rəqibi rusiyalı olimpiya çempionu İslambek Albiyev olub. Bu dəfə rəqibinə 3:2 hesabı ilə qalib gələn idmançımız 1/4 finala yüksəlib.

***
Rəsulun 1/4 finaldakı rəqibi Əlcəzair idmançısı Tarek Əziz Benaissa olub və 10:2 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib. Yarımfinalda onun rəqibi Ryu Hansuya (Koreya) qalib gələn Ermənistan idmançısı Miqran Arutunyan olub.


Millət