Şriftin ölçüsü / 829

"Er­mə­nis­tan or­du­sun­da bö­yük mə­nə­vi boş­luq var"

31 Avqust 2016 [16:01]
Er­mə­nis­tan par­la­men­ti­nin mü­xa­lif de­pu­ta­tı Ni­kol Pa­şin­yan av­qus­tun 12-dən 15-nə qə­dər bir qrup de­pu­tat­la tə­mas xət­ti­nə baş çə­kib və gör­dük­lə­ri­nə əsa­sən mə­qa­lə ya­zıb. Er­mə­ni de­pu­ta­tın mə­qa­lə­sin­də de­yi­lir ki, cəb­hə­də "dra­ma­tik də­yi­şik­lik­lər" baş ve­rib. Xü­su­sən Ağ­dam is­ti­qa­mə­tin­də tex­ni­ki kəş­fiy­yat sis­te­mi güc­lən­di­ri­lib ki, bu da tə­mas xət­ti­nin qar­şı tə­rə­fin­də Azər­bay­can or­du­su­nun tex­ni­ka­sı­nın hə­rə­kə­ti­ni iz­lə­mə­yə im­kan ve­rir.

Növ­bə­ti "dəh­şət­li ye­ni­lik" isə Pa­şin­ya­nın yaz­dı­ğı­na gö­rə, tə­mas xət­ti ilə ra­dio və ka­bel ra­bi­tə­si­nin ya­ra­dıl­ma­sı­dır. Mə­lu­mat üçün qeyd edək ki, ap­rel dö­yüş­lə­ri za­ma­nı er­mə­ni­lə­rin ele­men­tar ra­bi­tə va­si­tə­lə­ri ilə təc­hiz olun­ma­dı­ğı, ko­man­dir­lə­rin əs­gər­lər­lə və bir-bi­ri­lə mo­bil te­le­fon­la əla­qə sax­la­dı­ğı üzə çıx­mış­dı.

"Əsas ye­ni­lik odur ki, ye­ni ra­bi­tə sis­te­mi or­du ko­man­dan­lı­ğı­na tə­mas xət­tin­də­ki yüz­lər­lə postla qa­pa­lı re­jim­də ope­ra­tiv əla­qə sax­la­ma­ğa im­kan ve­rir, düş­mən bu da­nı­şıq­la­rı din­lə­mir. Bun­dan əla­və, sis­tem bü­tün vi­zu­al in­for­ma­si­ya­nı ali baş ko­man­da­na və Baş Qə­rar­ga­ha on­li­ne re­jim­də çat­dı­rır" - Pa­şin­yan ya­zır.

Da­ha bir ye­ni­lik isə, de­mək olar ki, bü­tün postla­rın ge­cə gör­mə ci­haz­la­rı və op­tik ni­şan­gah­lı si­lah­lar­la təc­hiz edil­mə­si­dir.

Pa­şin­yan da­ha son­ra eti­raf edib ki, "4 gün­lük mü­ha­ri­bə"də er­mə­ni­lər 15 möv­qe iti­rib, ona gö­rə də ye­ni möv­qe­lər tik­mək və 56 ki­lo­metr ye­ni yol çək­mək la­zım gə­lib. Onun söz­lə­ri­nə gö­rə, in­di­yə­dək bu təd­bir­lə­rin gö­rül­mə­mə­si­nin sə­bə­bi Er­mə­nis­tan Mü­da­fiə Na­zir­li­yin­də hökm sü­rən kor­rup­si­ya olub.

Bü­tün hal­lar­da, er­mə­ni de­pu­ta­tın de­dik­lə­ri nə də­rə­cə­də re­al­lı­ğa uy­ğun­dur?

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən AMİP-in baş ka­ti­bi Ar­zu­xan Əli­za­də­nin söz­lə­ri­nə gö­rə, Pa­şin­ya­nın açıq­la­ma­la­rı da­ha çox təb­li­ğat xa­rak­ter­li­dir: "Za­tən, bu, er­mə­ni­lə­rə xas olan tak­ti­ka­dır. On­lar hər za­man nə­yi­sə şi­şir­dir. Er­mə­ni de­pu­ta­tın mə­lum açıq­la­ma­sı da bu­nun tər­kib his­sə­si­dir. Düz­dür, er­mə­ni­lər ap­rel dö­yüş­lə­rin­də üz­ləş­dik­lə­ri məğ­lu­biy­yət­lə əla­qə­dar bir sı­ra təd­bir­lər gö­rüb. Bu­na gö­rə bir sı­ra yük­sək rüt­bə­li hərbçi­lər iş­dən azad edi­lib. Həbs edi­lən­lər də ol­du. Mə­lum ol­du ki, er­mə­ni möv­qe­lə­ri bər­bad və­ziy­yət­də­dir. Ele­men­tar ge­cə­gör­mə ci­haz­la­rı və di­gər va­cib ava­dan­lıq­lar yox­dur. Bu və ya di­gər də­rə­cə­də er­mə­ni­lər bu prob­lem­lə­ri həll et­sə­lər də, or­du­da­kı va­cib prob­lem­lə­rin həl­lin­dən söh­bət ge­də bil­məz. O da on­dan iba­rət­dir ki, Er­mə­nis­tan or­du­sun­da bö­yük mə­nə­vi boş­luq var. Ap­rel dö­yüş­lə­rin­dən son­ra əs­gər ana­la­rı­nın eti­raz­la­rı bu­nu bir da­ha gös­tər­di. Er­mə­ni­lə­rin postlar­da yer­ləş­dir­mək üçün ye­tə­rin­cə əs­gə­ri yox­dur. Hət­ta bir sı­ra hal­lar­da mül­ki in­san­la­rı bu işə cəlb edir­lər. Er­mə­nis­tan or­du­sun­da cid­di "de­dov­şi­na" hal­la­rı var. Bax­ma­ya­raq ki, qar­şı tə­rəf müx­tə­lif va­si­tə­lər­lə bu­nu giz­lət­mə­yə ça­lı­şır. O ba­xım­dan er­mə­ni de­pu­ta­tın de­dik­lə­ri da­ha çox təb­li­ğat məq­sə­di da­şı­yır".
Vi­da­di OR­DA­HAL­LI


Millət