Şriftin ölçüsü / 802

Burada Azərbaycan diplomatiyasının səhvi və dişsizliyi böyük rol oynayır

31 Avqust 2016 [16:02]
ABŞ rəsmi Moskvanın işğaldakı 7 rayonun qaytarılması üzərində qurulan oyunundan narahatdır

ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri, Birləşmiş Ştatların ölkəmizdəki keçmiş səfiri Metyu Brayza Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan son danışıqların maraqlı detallarına toxunub.
O, bu barədə ABŞ-ın "Atlantik Council" beynəlxalq əlaqələr sahəsində qeyri-hökumət analitik mərkəzinin saytında yerləşdirilmiş məqaləsində Rusiyanın münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü təkliflər barədə məlumat verib.
Diplomat bildirib ki, Dağlıq Qarabağ konflikti də daxil, SSRİ məkanında qızışdırılan etnik münaqişələr So-vet İttifaqının zəifləməsi və ardınca dağılmasını istəyən qüvvələrin qələbəsi idi.
Brayzanın fikrincə, əgər prezident Vladimir Putinin planı həyata keçsə, Vaşinqtonun Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq strategiyası iflas təhlükəsi altına düşəcək.
O bildirib ki, ABŞ üçün bu təkliflər gerçəkdən də gözlənilməzdir və onlara qarşı hansısa kontur-tədbirlər qoyulmalıdır.
Brayza Hesab edir ki, Putinin bu yaxınlardakı təkliflərinin əsasında 2007-ci ildə Minsk qrupunun təklif elədiyi və "Madrid prinsipləri" kimi tanınan təkliflər dayanır.
Bu sənəd siyasi nizamlama üçün aşağıdakı paket elementləri nəzərdə tutur:
- Ermənistan Dağlıq Qarabağ ətrafında işğal elədiyi 7 rayonu qaytarır;
- Dağlıq Qarabağ "aralıq hüquqi status" qazanır;
- Yekun hüquqi status Dağlıq Qarabağ əhalisinin səsverməsi yolu ilə müəyyən olunur, səsvermənin tari-xi sonra müəyyən ediləcək;
- Dağlıq Qarabağla Ermənistan arasında nəqliyyat dəhlizi yaradılır;
- Beynəlxalq sülhməramlı qüvvələr Dağlıq Qarabağ əhalisinin və təmas xətti boyu kəndlərin təhlükəsiz-liyini təmin edir;
- Azərbaycan Ermənistanla nəqliyyat əlaqələrinə tətbiq elədiyi bütün məhdudiyyətləri götürür.

Brayza daha sonra qeyd edir ki, iyunun 20-də Putin Sankt-Peterburqda öz azərbaycanlı və erməni həm-karları ilə görüşdə bu dalandan çıxmağın yolunu tapıb: "Görünür, o, irəliyə doğru tədricən hərəkət elə-məyi təklif edib... Ermənistan iki rayonu qaytarmalı, Azərbaycan isə qarşılığında nəqliyyat əlaqələrini və Ermənistanla iqtisadi əlaqələri açmalıdır.
"Madrid prinsipləri"nin digər aspektləri, o sırada yerdə qalan beş rayon məsələsi sonrakı danışıqların predmeti olacaq.
Həm Əliyev, həm də Sərksiyan Putinin 20 iyun təklifini alqışlayıb - baxmayaraq ki, formal şəkildə onu qəbul da etməyiblər.
Məsələ ondadır ki, hansısa kompromis qərarın rəsmən qəbul olunması siyasi və təhlükəsizlik sferasında risklər vəd edir: ehtimal ki, bu səbəbdən iyulun 17-də bir qrup erməni radikal milliyyətçisi, o cümlədən Qarabağ müharibəsinin veteranları bir polis əməkdaşını öldürüb, bir neçəsini də girov götürməklə İrə-vanda polis binasını tutmuşdular".
Diplomata görə, Azərbaycanda da Qarabağ məsələsində sərt xətt müşahidə edilir: "Məsələn, vaxtilə mən Ermənistanla kompromisli anlaşmanın təbliğinə görə bir neçə azərbaycanlı deputatın tənqidinə məruz qalmışdım. "Dağlıq Qarabağ hər iki xalqa məxsusdur. Hər iki xalq regionu öz mədəniyyətinin be-şiyi sayır. Hər iki xalq öz tarixinin böyük hissəsində dinc yanaşı yaşayıb. Ermənistandakı və Azərbaycan-dakı ictimai fikrə zaman lazımdır ki, bunu - Dağlıq Qarabağ anlayışının hər iki xalqın ortaq irsi olduğunu qəbul eləsin".
Vaşinqtona isə səslənən təkliflərə diqqət kəsilməsi lazım. Putinin təklifləri halında ABŞ imkandan yarar-lanmalı və Minsk qrupunun fəaliyyətini ən yüksək siyasi səviyyədə canlandırmalıdır".

"Qarabağ probleminin mərhələli həllinin əleyhinəyəm"

Məsələ ondadır ki, Azərbaycan siyasiləri Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışaqlara və Azərbaycan tərəfinin diplomatik manevrlərinə birmənalı yanaşmır.

Bu barədə fikirlərini "Reytinq"lə bölüşən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov isə "Reytinq"ə açıqlamasında bildirib ki, Metyu Brayzanın Qarabağ probleminin həlli ilə bağlı yazdığı fikirlərdə həqiqət yükü kifayət qədərdi. Onun sözlərinə görə, bir müddət münaqişənin həlində vasitəçi missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri olmasını göz önünə alsaq, məsələyə nə qədər hakim olduğunu anlamaq mümkün-dür:

"Bəri başdan deyim ki, keçmiş səfirin "Dağlıq Qarabağ hər iki xalqa məxsusdur. Hər iki xalq regionu öz mədəniyyətinin beşiyi sayır. Hər iki xalq öz tarixinin böyük hissəsində dinc yanaşı yaşayıb. Ermənistan-dakı və Azərbaycandakı ictimai fikrə zaman lazımdır ki, bunu - Dağlıq Qarabağ anlayışının hər iki xalqın ortaq irsi olduğunu qəbul eləsin",- fikirlərini qətiyyən qəbul etmək olmaz. Bu subyektiv və təhrif olun-muş formadadır. Qarabağ heç vaxt ermənilərə məxsus olmayıb, onlar 18-ci əsrdən etibarən bu ərazilə-rə köçürülüblər. Nə erməni tarixinin Dağlıq Qarabağa, nə də Dağlıq Qarabağın erməni tarixinə və mədə-niyyətinə aidiyyatı yoxdur. Deməli, ortaq irs anlayışından danışmaq da yersizdir. Faktlar da təsdiqləyir ki, ermənilər nə Qarabağda, nə də Ermənisatan adlandırılan tarixi torpaqlarımızda heç vaxt dinc durmayıblar, normal sülh və mehriban qonşuluq şəraitində yaşamayıblar. Həmişə türkə nifrət hissində böyüyüb, aborigen xalq olan bizi terrora, zorakılığa, assimliyasiyaya və repressiyalara məruz qoyublar. Görünür, Brayza ya Qafqaza, xüsusən də erməni və Türk-Azərbaycan tarixinə, mədəniyyətinə və irsinə bələd deyil, ya da bilərəkdən məsləyə yanlış yanaşır".

BMT böyük dövlətlərin oyuncağına çevrilib

Politoloq qeyd edib ki, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində ədalətsiz mövqeyi yeni deyil. Onun qənaətincə, hər kəs də etiraf edir ki, bu münaqişəni Rusiya yaradıb və həllinə maneçilik törədir: "Erməni tərəfinin də danışıqlarda destruktiv mövqeyinə səbəb Moskvanın diqtəsini həyata keçirməsi-dir. Moskva hər dəfə bir bahənə ilə münaqişənin həllinə imkan verməyib, Bakını və İrəvanı özündən asılı vəziyyətdə saxlamaqda davam edəcək.
Bu münqaişəyə yanaşma bir həqiqəti bir daha təsdiqləyir ki, beynəlxalq hüquq, ən güclü və nüfuzlu qu-rum sayılan Birləşmiş Millətlər Təşkilatı ya zəif, gücsüz və heç bir təsiri olmayan qurumdur, ya da böyük dövlətlərin oyuncağıdır.
Siz baxın, Azərbaycanın işəal edilmiş torpaqlarından qoşunların qeyd-şərtsiz çıxması barədə hələ 1995-ci ildə ard-arda BMT Təhlükəsizlik Şurası 4 (822, 853, 874 və 884) qətnamə qəbul etsə də, indiyədək bu qətnamələrə nəinki əməl edilməyib, heç danışıqlar prosesində əsas istinad sənədlərdən biri kimi də gö-türülməyib. Təbii ki, burada Azərbaycan diplomatiyasının səhvi və dişsizliyi əhəmiyyətli rol oynayır. İndi-yədək Azərbaycan tərəfi aparılan danışıqlarda və irəli sürülən təkliflərdə bu qətnamələrin üzərində da-yanılmasını başlıca prinsip və şərt olaraq ortaya qoymayıb. Üstəlik, Avropa parlamentinin də Ermənista-nın işğalçı kimi tanınması haqqında qəbul etdiyi qətnamə var".

Madrid prinsipinin yeni variantı əleyhimizədir

Ə.Orucov onu da nəzərə çatdırıb ki, münqaişənin həllini bu qədər çətin vəziyyətə gətirən Azərbaycan iqtidarı da yaxşı anlayır ki, sülh yolu ilə bizi qane edəcək variant yoxdur:
"Bundan artıq güzəştə getmək isə risqlidir. Xırda bir xəta, bir səhv hakimiyyətin itirilməsi üçün çox ciddi təhlükə yarada bilər. Ona görə də həm Ermənistan, həm Azərbaycan, həm də Rusiya iqtidarlarına sts-tus-kvonun saxlanılması ən pis varianlar içərsində ən yaxşısıdır".
Ə.Orucovun fikrincə, "Madrid prinsipləri" adlandırılan münaqişənin həlli variantının yenilənmiş forması İrəvanla Moskvanın marqalarına daha uyuğundur: "Baxmayaraq kı, Dağlıq Qarabağa bitişik işğal olunmuş 7 rayon danışıqlar predmeti olmamalıdır, lakin bundan da "bazarlıq" kimi istifadə olunur. Halbuki ərazi bütövlüyü prinsipi birmənalı şəkildə müzakirə masasından çıxarılmalıdır".
Siyasi Şura üzvü hesab edir ki, mövcud iqtidar bu münaqişəni çözə bilməycək, istəsə belə, buna gücü çatmaz. "Münaqişənin həllini Azərbaycan xalqına güvənməklə, demokratik və hüququi dövlət qurmaqla, ordumuzun və milli etmada, həmrəyliyə güvənməklə qısa müddətdə həll etmək olar", - deyə politoloq fikrini tamamlayıb.
Z.ƏHMƏD


Millət