Şriftin ölçüsü / 679

Azər­bay­can son də­rə­cə fə­al­lı­ğı­nı ar­tır­ma­lı­dır

15 Sentyabr 2016 [17:41]
"Çi­li ilə ya­na­şı, Cə­nu­bi Ame­ri­ka­da yer­lə­şən di­gər öl­kə­lə­rin mət­bu­a­tın­da da ana­lo­ji ya­zı­la­rın dərc olun­ma­sı­na ça­lış­ma­lı­yıq"

Azər­bay­ca­nın Er­mə­nis­tan tə­rə­fin­dən iş­ğal edil­miş əra­zi­lə­rin­də ya­ra­dıl­mış qon­dar­ma re­ji­min "25-ci müs­tə­qil­lik gü­nü" ilə bağ­lı Er­mə­nis­tan tə­rə­fin­dən təş­kil edi­lən təx­ri­bat xa­rak­ter­li təd­bir­lə­rə ca­vab ola­raq ca­ri il sentyab­rın 6-da Azər­bay­can Res­pub­li­ka­sı­nın Çi­li­də­ki dip­lo­ma­tik mis­si­ya­sı tə­rə­fin­dən Çi­li­nin apa­rı­cı və ge­niş oxu­cu küt­lə­si­nə ma­lik "El Mer­cu­rio" və "La Ter­ce­ra" qə­zet­lə­rin­də Xa­ri­ci İş­lər Na­zir­li­yi­nin 30 av­qust 2016-cı il ta­rix­li bə­ya­na­tı əsa­sın­da öl­kə­mi­zin möv­qe­yi­ni əks et­di­rən mə­qa­lə­lər dərc edi­lib.

Mə­qa­lə­lər­də Azər­bay­can Res­pub­li­ka­sı­nın iş­ğal olun­muş əra­zi­lə­rin­də ya­ra­dıl­mış qon­dar­ma re­ji­min "müs­tə­qil­li­yi­nin 25 il­li­yi" ilə bağ­lı 15-18 sentyabr ta­rix­lə­rin­də Xan­kən­di­də bey­nəl­xalq gənclər konfran­sı­nın və di­gər bu ki­mi təx­ri­bat­çı təd­bir­lə­rin ke­çi­ril­mə­si­nin nə­zər­də tu­tul­du­ğu, Azər­bay­can Res­pub­li­ka­sı­nın iş­ğal olun­muş əra­zi­lə­rin­də ya­ra­dıl­mış qon­dar­ma re­ji­min Er­mə­nis­ta­nın Azər­bay­ca­na qar­şı tə­ca­vüz və iş­ğa­lı­nın nə­ti­cə­si ol­du­ğu bil­di­ri­lir, bey­nəl­xalq təş­ki­lat­lar tə­rə­fin­dən qə­bul edil­miş Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nü dəs­tək­lə­yən və Er­mə­nis­ta­nı Azər­bay­ca­nın iş­ğal edil­miş əra­zi­lə­rin­dən qo­şun­la­rı­nı dər­hal, tam və qeyd-şərtsiz çı­xar­ma­ğı tə­ləb edən sə­nəd­lər ba­rə­də mə­lu­mat ve­ri­lir.

Dün­ya mət­bu­a­tın­da bu ki­mi tu­tar­lı mə­qa­lə­lə­rin dərc olun­ma­sı er­mə­ni ya­lan­la­rı­nın if­şa edil­mə­si ba­xı­mın­dan mü­hüm əhə­miy­yət kəsb edir.

Sö­zü­ge­dən mə­sə­lə ilə bağ­lı fi­kir­lə­ri­ni "Ba­kı-Xə­bər"lə bö­lü­şən AMİP Mər­kə­zi Şu­ra­sı­nın üz­vü Əli Oru­co­vun söz­lə­ri­nə gö­rə, bu mə­sə­lə­də Azər­bay­ca­nın dip­lo­ma­tik kor­pus­la­rı ilə ya­na­şı, di­as­por təş­ki­lat­la­rı da fə­al ol­ma­lı­dır: "Nə­zə­rə al­maq la­zım­dır ki, bir sı­ra La­tın Ame­ri­ka­sı öl­kə­lə­rin­də er­mə­ni di­as­po­ru güc­lü­dür. Qon­dar­ma "soy­qı­rım"la bağ­lı ilk qə­rar 1965-ci ldə Uruq­vay par­la­men­ti­nin aşa­ğı pa­la­ta­sın­da qə­bul olu­nub. On­dan son­ra ötən il­lər ər­zin­də 20-dən çox dün­ya döv­lə­tin­də ana­lo­ji qə­rar qə­bul olu­nub. Diq­qət­çə­kən mə­qam on­dan iba­rət­dir ki, se­pa­rat­çı qu­ru­mun ta­nı­dıl­ma­sı is­ti­qa­mə­tin­də də La­tın Ame­ri­ka­sı öl­kə­lə­rin­də er­mə­ni­lər cid­di iş apa­rır. O üz­dən bu yön­də Azər­bay­can son də­rə­cə fə­al­lı­ğı­nı ar­tır­ma­lı­dır. Çi­li ilə ya­na­şı, Cə­nu­bi Ame­ri­ka­da yer­lə­şən di­gər öl­kə­lə­rin mət­bu­a­tın­da da ana­lo­ji ya­zı­la­rın dərc olun­ma­sı­na ça­lış­ma­lı­yıq. Çün­ki sö­zü­ge­dən öl­kə­lər­də Azər­bay­can­la bağ­lı mə­lu­mat­lar o qə­dər də bö­yük de­yil. Ona gö­rə də bu yön­də iş­lə­mək la­zım­dır".


Millət