Şriftin ölçüsü / 742

Ermənilər bə­ha­nə edib da­nı­şıq­lar pro­se­si­ni uza­da bi­lər­lər

15 Sentyabr 2016 [17:43]

Mə­lum ol­du­ğu ki­mi, Er­mə­nis­tan baş na­zi­ri Ovik Ab­ram­yan bu gün­lər­də hö­ku­mə­tin ic­la­sın­dan son­ra is­te­fa ver­di­yi­ni elan edib. Ab­ram­yan Er­mə­nis­tan cə­miy­yə­tin­də qütbləş­mə­nin ol­du­ğu­nu və bu­nun da­xi­li və xa­ri­ci sə­bəb­lər­dən irə­li gəl­di­yi­ni de­yib: "Döv­lət isə ke­çid iq­ti­sa­diy­ya­tı­nın do­ğur­du­ğu prob­lem­lər­lə üz-üzə­dir. Ona gö­rə də bu və­zi­fə­lə­rin öh­də­sin­dən ye­ni hö­ku­mət gəl­mə­li­dir".

Bu is­te­fa­dan son­ra Azər­bay­can və Er­mə­nis­tan xa­ri­ci iş­lər na­zir­lə­ri­nin Nyu-Yorkda gö­rü­şə bi­lə­cə­yi­nə da­ir mə­lu­mat ya­yı­lıb. ATƏT-in Minsk Qru­pu­nun ame­ri­ka­lı həm­səd­ri Ceyms Uor­lik son mü­sa­hi­bə­sin­də xa­ri­ci iş­lər na­zir­lə­ri­nin gö­rü­şün­dən son­ra iki öl­kə pre­zi­den­ti ara­sın­da ye­ni gö­rü­şün təş­kil edil­mə­si ilə bağ­lı pla­nın ol­ma­sın­dan da­nı­şıb: "Plan­lar var, an­caq heç bir konkret­lik yox­dur. Biz pre­zi­dentlə­rin ye­ni gö­rü­şü­nün ke­çi­ril­mə­si­ni is­tə­yi­rik, la­kin hə­lə nə vaxtla bağ­lı, nə də bu­nun ha­ra­da ke­çi­ril­mə­si ilə bağ­lı açıq-aş­kar bir fi­kir yox­dur. Biz həm­sədrlər ola­raq növ­bə­ti sam­mi­tin tə­mə­li­ni qoy­maq üçün xa­ri­ci iş­lər na­zir­lə­ri ilə gö­rü­şə­cə­yik. Hər iki na­zi­ri BMT Baş As­samble­ya­sı­nın ses­si­ya­sı za­ma­nı növ­bə­ti ad­dım­la­rı mü­za­ki­rə et­mək üçün iki həf­tə­dən son­ra Nyu-Yorkda gö­rə­cə­yi­mi­zə ümid edi­rik. Ümid et­mək is­tər­dim ki, ora­da iki pre­zi­den­tin də gö­rü­şü baş tu­ta­caq".

Çox ma­raq­lı bir si­tu­a­si­ya ya­ra­nır. Er­mə­nis­tan­da baş na­zir bü­tün ka­bi­ne­ti bu­ra­xıb is­te­fa ve­rib­sə, on­da xa­ri­ci iş­lər na­zi­ri­nin han­sı­sa da­nı­şıq apar­ma­ğa sə­la­hiy­yə­ti var­mı?

Azər­bay­can Mil­li İs­tiq­lal Par­ti­ya­sı­nın beynəlxalq katibi El­şən Mus­ta­fa­yev qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, xa­ri­ci iş­lər na­zir­lə­ri­nin gö­rü­şü Nyu-Yorkda ey­ni təd­bi­rə qa­tı­la­caq öl­kə baş­çı­la­rı­nın gö­rü­şü­nü təş­kil et­mək üçün nə­zər­də tu­tu­lub: "Er­mə­nis­tan­da hö­ku­mət is­te­fa­ya ge­dib­sə, fak­ti­ki ola­raq na­zir­lər portfel­siz qa­lıb. On­la­rın hər han­sı mü­hüm bir sə­nə­də im­za et­mə­si le­gi­tim sa­yıl­mır. Bu ye­ni hö­ku­mət for­ma­laş­dı­rı­la­na qə­dər be­lə olur. Ara­lıq müd­də­tin­də pos­tu tu­tan na­zir­lər ic­ra­e­di­ci ki­mi təs­ni­fat­lan­dı­rı­lır. Bu o de­mək­dir ki, hə­min postda olan adam­la­rın han­sı­sa ta­le­yük­lü mə­sə­lə­yə im­za at­ma­sı və ya hə­min möv­zu­da qə­rar qə­bul et­mə­si yol­ve­ril­məz­dir. Er­mə­nis­tan rəh­bər­li­yi Dağ­lıq Qa­ra­bağ­la bağ­lı da­nı­şıq­la­rın in­ten­siv­ləş­mə­si­ni gö­rüb müx­tə­lif bə­ha­nə­lər­lə pro­ses­dən ya­yın­maq is­tə­yir. Hət­ta bir müd­dət əv­vəl bu möv­zu­nu da or­ta­ya at­dı­lar ki, ka­bi­net is­te­fa­ya gön­də­ri­lə bi­lər. Tə­bii ki, bu­nu bə­ha­nə edib da­nı­şıq­lar pro­se­si­ni uza­da bi­lər­lər. Çün­ki xa­ri­ci iş­lər na­zi­ri pos­tu­nu tu­tan şəxs be­lə pro­ses­lər­də mü­hüm fi­qur sa­yı­lır. Onun da im­za­sı şüb­hə al­tı­na dü­şür­sə, de­mə­li, pro­ses məq­səd­li şə­kil­də uza­dı­lır".


Millət