Şriftin ölçüsü / 762

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək

22 Sentyabr 2016 [14:36]
Azərbaycan ərazisində hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, sentyabrın 24-dən 25-i gündüzədək Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 4-6° enəcək, gündüz saatlarında 20-22° isti təşkil edəcək.

Sentyabrın 23-ü gündüzdən 25-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6° aşağı enəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.