Şriftin ölçüsü / 809

Bə­zi ərəb döv­lət­lə­ri var ki, ora­da er­mə­ni lob­bi­si güc­lü­dür

05 Oktyabr 2016 [15:30]
"As­so­si­a­si­ya­nın ya­ra­dıl­ma­sı Dağ­lıq Qa­ra­bağ­la bağ­lı hə­qi­qət­lə­rin is­lam öl­kə­lə­rin­də ya­yıl­ma­sı­na müs­bət tə­kan ve­rə bi­lər"
img

Ar­zu­xan Əli­za­də: "Bə­zi ərəb döv­lət­lə­ri var ki, ora­da er­mə­ni lob­bi­si güc­lü­dür və mü­əy­yən tə­sir rı­çaq­la­rı­na ma­lik­dir"



Mə­lum ol­du­ğu ki­mi, oktyab­rın 3-də Ba­kı­da İs­lam Əmək­daş­lıq Təş­ki­la­tı­na Üzv Döv­lət­lə­rin Jur­na­listlə­ri As­so­si­a­si­ya­sı­nın niy­yət konfran­sı ke­çi­ri­lib. Konfran­sın açı­lı­şın­da çı­xış edən İs­lam Əmək­daş­lıq Təş­ki­la­tı­na Üzv Döv­lət­lə­rin Jur­na­listlə­ri As­so­si­a­si­ya­sı­nın səd­ri Fa­zil Ab­ba­sov de­yib ki, is­lam öl­kə­lə­ri­nin jur­na­listlə­ri­ni bir ara­ya gə­ti­rən qu­ru­mun ya­ra­dıl­ma­sı­na eh­ti­yac var.

Azər­bay­can Pre­zi­den­ti­nin ic­ti­mai-si­ya­si mə­sə­lə­lər üz­rə kö­mək­çi­si Əli Hə­sə­nov isə İs­lam Əmək­daş­lıq Təş­ki­la­tı­na Üzv Döv­lət­lə­rin Jur­na­listlə­ri As­so­si­a­si­ya­sı­nın ya­ra­dıl­ma­sı­nın dəs­tək­lən­mə­si­ni zə­ru­ri sa­yıb və konfran­sın bu As­so­si­a­si­ya­nın ya­ra­dıl­ma­sı niy­yə­ti ilə ke­çi­ril­di­yi­ni nə­zə­rə çat­dı­rıb.

İra­nın Azər­bay­can­da­kı sə­fi­ri­nin mü­a­vi­ni Da­vud Çər­mi qeyd edib ki, İran As­so­si­a­si­ya­nın ya­ra­dıl­ma­sı­nı dəs­tək­lə­yir:

"İna­nı­ram ki, bu As­so­si­a­si­ya is­lam alə­mi­ni dün­ya­da düz­gün təm­sil edə­cək, is­la­mo­fo­bi­ya­nın qar­şı­sı­nın alın­ma­sı­na xid­mət edə­cək. KİV-lər bu gün ke­çid döv­rü­nü ya­şa­yır. Ona gö­rə də xoş mə­ra­mı nü­ma­yiş et­dir­mək za­ma­nı ça­tıb. KİV-lər bu sa­hə­də mü­hüm ro­la ma­lik­dir. Mü­səl­man öl­kə­lə­ri­nin bə­zi­lə­ri­nin əra­zi­lə­ri­nin iş­ğal edil­mə­si, Su­ri­ya­da, Yə­mən­də qət­li­am­la­rın tö­rə­dil­mə­si­nə son qo­yul­ma­lı­dır".

Tür­ki­yə­nin Azər­bay­can­da­kı mü­vəq­qə­ti iş­lər və­ki­li Me­ral Bar­las isə KİV-lə­rin mə­su­liy­yət­li ol­ma­sı­nı zə­ru­ri sa­yıb:

"Tür­ki­yə və Azər­bay­can me­di­a­sı ara­sın­da sıx əla­qə var. Gü­nü­müz­də bir­tə­rəf­li ya­yı­ma üs­tün­lük ve­rən Qərb me­di­a­sı var. Dağ­lıq Qa­ra­bağ, Kipr ki­mi prob­lem­lər də bey­nəl­xalq ic­ti­ma­iy­yə­tə yan­lış şə­kil­də çat­dı­rı­lır".

Son­da konfran­sın ye­kun bə­ya­na­tı oxu­nub və im­za­la­nıb.

Bü­töv­lük­də İƏT-ə Üzv Döv­lət­lə­rin Jur­na­listlə­ri As­so­si­a­si­ya­sı­nın ya­ra­dıl­ma­sı Dağ­lıq Qa­ra­bağ prob­le­mi­nin həl­li­nə hər han­sı tə­kan ve­rə bi­lər­mi?

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən AMİP-in baş ka­ti­bi Ar­zu­xan Əli­za­də bu­na bir qə­dər fərqli priz­ma­dan ya­naş­dı: "De­mək ki, bu qu­ru­mun ya­ra­dıl­ma­sı mü­na­qi­şə­nin həl­li­nə han­sı­sa for­ma­da tə­sir edə­cək, bu doğ­ru ol­maz. Ona gö­rə ki, be­lə bir qu­ru­mun bir­ba­şa tə­sir gös­tər­mək im­ka­nı yox­dur. An­caq As­so­si­a­si­ya­nın ya­ra­dıl­ma­sı Dağ­lıq Qa­ra­bağ­la bağ­lı hə­qi­qət­lə­rin is­lam öl­kə­lə­rin­də ya­yıl­ma­sı­na müs­bət tə­kan ve­rə bi­lər. Çün­ki nə­zə­rə al­ma­lı­yıq ki, is­lam döv­lət­lə­ri­nin heç də ha­mı­sı bu­nun­la bağ­lı mü­fəs­səl in­for­ma­si­ya­ya ma­lik de­yil. Elə is­lam döv­lət­lə­ri var ki, Er­mə­nis­tan­la sıx si­ya­si, mə­də­ni, iq­ti­sa­di-ti­ca­rət əla­qə­lə­ri­nə ma­lik­dir. Mə­sə­lən, bə­zi ərəb döv­lət­lə­ri var ki, ora­da er­mə­ni lob­bi­si güc­lü­dür və mü­əy­yən tə­sir rı­çaq­la­rı­na ma­lik­dir. Ya­xın Şərqdə yer­lə­şən Li­van­da çox­say­lı er­mə­ni ya­şa­yır. Di­gər bən­zər mü­səl­man öl­kə­lə­ri var ki, ora­da er­mə­ni­lər fə­al­dır və Dağ­lıq Qa­ra­bağ­la bağ­lı yan­lış tə­səv­vür for­ma­laş­dır­ma­ğa ça­lı­şır. He­sab edi­rəm ki, bu­nun qar­şı­sı­nı al­maq ba­xı­mın­dan is­lam öl­kə­lə­ri­nin me­di­a­sı sıx əmək­daş­lıq et­mə­li­dir. Azər­bay­can da bu im­kan­dan mak­si­mum sə­mə­rə­li is­ti­fa­də edib Dağ­lıq Qa­ra­bağ­la bağ­lı hə­qi­qət­lə­ri dün­ya­ya çat­dır­ma­lı­dır".

Vi­da­di OR­DA­HAL­LI


Millət