Şriftin ölçüsü / 624

MDB Mədəni əməkdaşlıq üzrə Şurasının XXXI iclasını keçirilir

05 Oktyabr 2016 [16:06]
MDB iştirakçı-dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının XXXI iclasında Nazirlik təmsil olunur

5-6 oktyabr 2016-cı il tarixində Qazaxıstan Respublikasının Astana şəhərində MDB iştirakçı-dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının XXXI iclası təşkil olunur və burada "MDB iştirakçı-dövlətlərinin mədəniyyət sahəsində 2016-2020-ci illərdə əməkdaşlığının əsas tədbirləri”nin icrası haqqında”, "MDB iştirakçı-dövlətlərində mədəniyyət sahəsində Müstəqil Dövlətlər Birliyinin 25 illiyinə həsr edilmiş tədbirlər haqqında” və digər bu kimi məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyini tədbirdə Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli təmsil edir.


Millət