Şriftin ölçüsü / 738

Nə qə­dər ki, iş­ğal fak­tı or­ta­dan qal­dı­rıl­ma­yıb...

18 Oktyabr 2016 [16:31]
Əli Oru­cov: "Pet­ros­yan bil­mir­di ki, Er­mə­nis­ta­nın apar­dı­ğı iş­ğal­çı­lıq si­ya­sə­ti öl­kə­ni təc­rid olun­ma­ğa və iq­ti­sa­di fə­la­kə­tə apa­rır?!"

"Er­mə­nis­ta­nı ya­xın za­man­da re­al iq­ti­sa­di fə­la­kət göz­lə­yir". Er­mə­nis­ta­nın bi­rin­ci pre­zi­den­ti Le­von Ter-Pet­ros­ya­nın öl­kə mət­bu­a­tın­da dərc edil­miş bə­ya­na­tın­da be­lə de­yi­lir.

"Re­jim ida­rə­çi­lik sis­te­mi­nin is­la­hat­laş­dı­rıl­ma­sı və seç­ki pro­se­si­nin səh­nə­ləş­di­ril­mə­si ilə məş­ğul ol­duq­ca, öl­kə­nin ya­xın za­man­da re­al iq­ti­sa­di fə­la­kət­lə üz­ləş­mə­si göz­lə­nir. Bu təd­bir­lər döv­lə­tin sağ­lam­laş­dı­rıl­ma­sı­na de­yil, iq­ti­da­rın ha­ki­miy­yə­ti­ni möh­kəm­lən­dir­mə­yə və əbə­di­ləş­dir­mə­yə xid­mət edir", - de­yə o qeyd edib.

Di­gər tə­rəf­dən, bu ilin 9 ayı ər­zin­də Er­mə­nis­ta­nın döv­lət bor­cu 517 mln. 200 min dol­lar ar­ta­raq 5 mlrd. 594 mln. 900 min dol­la­ra yük­sə­lib.

Er­mə­nis­tan KİV-lə­ri xə­bər ve­rir ki, tək­cə son bir ay­da Er­mə­nis­ta­nın döv­lət bor­cu 100 mln. dol­lar də­yə­rin­də ar­tıb.

Qeyd edək ki, Er­mə­nis­ta­nın döv­lət bor­cu­nun 4 mlrd. 590 mln. 500 min dol­la­rı xa­ri­ci bor­cun pa­yı­na dü­şür. Xa­ri­ci bor­ca Er­mə­nis­tan hö­ku­mə­ti və Mər­kə­zi Ban­kı­nın bey­nəl­xalq ma­liy­yə təş­ki­lat­la­rın­dan, banklar­dan və di­gər öl­kə­lər­dən gö­tür­dük­lə­ri borc da­xil­dir.

İc­ti­mai-si­ya­si böh­ran içə­ri­sin­də olan Er­mə­nis­tan iq­ti­sa­di tə­nəz­zül də ya­şa­yır. İş­ğal­çı öl­kə­yə xa­ri­ci in­ves­tor­lar ma­raq gös­tər­mir. Bu da Er­mə­nis­tan iq­ti­sa­diy­ya­tın­da­kı böh­ra­nın də­rin­ləş­mə­si­nə sə­bəb olub. "Jo­xo­vurd" qə­ze­ti ya­zır ki, xa­ric­dən gə­lən pul transfer­lə­ri ya­rı­ba­ya­rı aza­lıb. İx­rac isə 10-15 fa­iz ix­ti­sar olu­nub. Ha­zır­da Er­mə­nis­ta­nın val­yu­ta eh­ti­yat­la­rı son beş ilin ən aşa­ğı sə­viy­yə­sin­də­dir. Er­mə­nis­tan xa­ri­ci in­ves­tor­lar üçün on­suz da zə­if olan möv­qe­lə­ri­ni iti­rib.

Sö­zü­ge­dən mə­sə­lə ilə bağ­lı fi­kir­lə­ri­ni "Ba­kı-Xə­bər"lə bö­lü­şən AMİP funksi­o­ne­ri Əli Oru­co­vun söz­lə­ri­nə gö­rə, Pet­ros­ya­nın səs­lən­dir­di­yi fi­kir­lər­də ye­ni bir şey yox­dur: "İş­ğal­çı öl­kə hər ke­çən gün uçu­ru­ma yu­var­la­nır. Elə və­ziy­yə­tin bu həd­də düş­mə­si­nin gü­nah­kar­la­rın­dan bi­ri də öl­kə­nin sa­biq bi­rin­ci pre­zi­den­ti­dir. İn­di ha­ki­miy­yət­də olan qa­ni­çən­lə­ri it­ti­ham edir. Mə­sə­lə on­da­dır ki, məhz Le­von Ter-Pet­ros­ya­nın 8 il­lik pre­zi­dentli­yi döv­rün­də Dağ­lıq Qa­ra­bağ və ət­raf ra­yon­lar iş­ğal olun­du. On­dan son­ra apa­rı­lan da­nı­şıq­lar heç bir nə­ti­cə ver­mə­di. Pet­ros­yan bil­mir­di ki, Er­mə­nis­ta­nın apar­dı­ğı iş­ğal­çı­lıq si­ya­sə­ti öl­kə­ni təc­rid olun­ma­ğa və iq­ti­sa­di fə­la­kə­tə apa­rır?! Kəl­bə­cər iş­ğal olu­nan­dan son­ra, 1993-cü il­də Tür­ki­yə Er­mə­nis­tan­la sər­hə­di bağ­la­dı. O vaxtdan sər­həd bağ­lı­dır. Ay­dın mə­sə­lə­dir ki, açıq də­ni­zə çı­xı­şı ol­ma­yan öl­kə üçün bu yax­şı heç nə vəd et­mir. Yax­şı olar­dı ki, er­mə­ni­lər bu­nun əsl sə­bə­bi­ni dərk edib on­dan son­ra nə­ti­cə çı­xar­sın­lar. Nə qə­dər ki, iş­ğal fak­tı or­ta­dan qal­dı­rıl­ma­yıb, Er­mə­nis­tan so­si­al-iq­ti­sa­di böh­ran­dan çı­xa bil­mə­yə­cək".
Vi­da­di OR­DA­HAL­LI


Millət