Şriftin ölçüsü / 533

Fuad Əliyev Almaniyanın Azərbaycandakı səfirin müavini Paul Amannla görüşüb

31 Oktyabr 2016 [14:48]
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirin siyasi məsələlər üzrə müavini Paul Amann ilə görüşüb.

Partiyanın mətbuat xidmətindən "Millət"ə daxil olan məlumata görə, görüşdə Azərbaycan-Almaniya dövlətlərarası münasibətlər, Azərbaycanda keçirilən referendumdan sonra ictimai-siyasi vəziyyət, siyasi məhbus və müxalifət nümayəndələrinin həbsləri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

"İqtidar nümayəndələri Avropa Parlamentində və digər beynəlxalq qurumlarda bəyan edirlər ki, Azərbaycanda söz azadlığı var, demokratik cəmiyyətin prinsiplərdən biri olan plüralizm mövcüddur. Amma həyatda qarşılaşdığımız problemlər onların dediklərini tam əksini göstərir. Vətəndaşlar və xüsusilə gənclər bir yazıya görə, icazəli mitinglərdə iştraka görə "narkotik istifadəçı” adı ilə həbs olunular.” – ALDP sədri qeyd edib.

Fuad Əliyev Azərbaycan-Almaniya dövlətlərarası münasibətlərin genişlənməsini və dərinləşməsini arzulayıb.

Paul Amann öz növbəsində görüşün səmərəli olduğunu vurğulayaraq görüşlərin davamlı olacağına ümüd etdiyini bildirib.


Nisə Rəhimova