Şriftin ölçüsü / 1235

Dövlət Müstəqilliyi Aktı necə qəbul olundu?

31 Oktyabr 2016 [16:47]

Bütün həy­a­tı boyu bir ömrü ya­şay­ır İn­qı­lab Na­di­rov. Döv­lə­ti­mi­zin eti­ma­dı ilə gön­də­ril­diyi bütün sa­hə­lər­də özünə məx­sus düzgün tə­miz iş prin­sip­lə­ri­ni qo­ruy­a­raq al­nı açıq, üzü ağ ve­ri­lən tap­şı­rıq­la­rı ye­ri­nə ye­ti­rib.Onun Azər­bayc­an xal­qı­nın ri­fa­hı na­mi­nə et­diyi xid­mət­lə­ri­ni sa­da­la­saq böyük bir ta­ri­xin ən ye­ni da­nıl­maz ye­ni tə­mə­li qoy­u­lar.
Ən böyük tarixi hadisə isə 1991-ci il 18 oktyabr müstəqillik aktının qəbul edilməsində göstərdiyi qətiyyətli xidmətidir. Azərbaycan xalqının bu gün azad, müstəqil yaşamasında Ali Sovetdə onlarla deputatla birlikdə mübarizə apararaq bizləri, bu günlərədək xoş anları yaşadan İnqlab Nadirovdan həmin anları öz dilindən eşitmək üçün müraciət etdik. Sağ olsun arzumuzu yerinə yetirdi. Müəllifin öz dilindən eşiddiklərimizi olduğu kimi dərc edirik.
Ta­ri­xi təcrübə gö­s­tə­rir ki, hər bir xalq mil­li müstə­qil­liyə qo­vuş­ma­sı üçün da­im müba­ri­zə apa­rır. Mil­li müstə­qil­liyə na­il olun­ma­sı isə döv­lət müstə­qil­li­liy­i­nin əl­də edil­mə­sin­dən ke­çir. Re­s­pub­li­ka­da ge­niş vüsət al­mış mil­li azad­lıq hə­rə­ka­tı özünün ku­li­mi­nasya həd­di­nə çat­mış­dı. Ulu ön­dər Hey­dər Əliy­e­vin Nax­çı­van MSSR-na rəh­bər­lik et­diyi dövr­də yə­ni, Mux­tar Re­s­pub­li­ka­nın ali or­qa­nı­nın 1990-cı il noy­a­b­rın 17-də ke­çi­ri­lən bi­rinci ses­siy­a­sın­da Nax­çı­van MSSR-nın adı­nın dəy­iş­di­ri­lə­rək , Nax­çı­van Mux­tar Re­s­pub­li­ka­sı ad­lan­dı­rıl­ma­sı ba­rə­də ta­ri­xi qə­rar qə­bul edil­di. Hə­min ses­siy­a­da həm­çi­nin Azər­bayc­an Xalq Cümhu­riyy­ə­ti­nin rəm­zi olan üçrə­ng­li döv­lət bay­rağ­ı­nın bər­pa və onun Nax­çı­van Mux­tar Re­s­pub­li­ka­sı­nın döv­lər bay­rağı ki­mi qə­bul edil­mə­si haq­qın­da yek­dil­lik­lə qə­rar qə­bul edil­di. Ey­ni za­man­da ye­ni gerb və him­nin ha­zır­lan­ma­sı üçün müsa­bi­qə elan edil­di.
Ta­rix və ta­le Azər­bayc­an xal­qı­na qi­s­mət et­di ki, ar­tıq o öz döv­lət müstə­qil­liyi haq­qın­da Kon­sti­tu­siya Ak­tı­nı qə­bul et­sin. Azər­bayc­an SSR Ali So­ve­ti "Azər­bayc­a­nın döv­lət müstə­qil­liy­i­ni bər­pa et­mək haq­qın­da” 1991- ci il av­qu­s­tun 30-da Bəy­a­nat qə­bul et­sə də, sə­nəd hüqu­qi ba­xım­dan for­mal xa­rak­ter da­şıy­ır­dı. Ali So­ve­tin 30 av­qust ta­rix­li bəy­a­na­ti ilə ya­na­şı ,"Azər­bayc­an Re­s­pub­li­ka­sı­nın Döv­lət Müstə­qil­liyi haq­qın­da Kon­sti­tu­siya Ak­tı” lay­i­hə­si­nin iki həf­tə müddə­tin­də ha­zır­lan­ma­sı ba­rə­də qə­rar qə­bul et­miş­dir. La­kin re­s­pub­li­ka rəh­bər­liyi bu işi iki aya qə­dər lə­ng­it­di. La­kin gec də ol­sa ,hö­ku­mə­tin ha­zır­la­dığı "Azər­bayc­an Re­s­pub­li­ka­sı­nın döv­lət müstə­qil­liy­i­nin bər­pa­sı haq­qın­da Ko­ni­s­ti­tu­siya Ak­tı "lay­i­hə­sin­də xey­li ça­tış­maz­lıq­lar, bo­ş­luq­lar var idi. Bu lay­i­hə okty­a­b­rın 17-də ke­çi­ri­ləc­ək Ali So­ve­tin ses­siy­a­sın­da müza­ki­rə olun­ma­lı idi. Hə­min lay­i­hə biz de­pu­tat­la­ra öncə pay­lan­mış­dı və onun­la ət­ra­f­lı ta­nış idik. Biz hə­min gün ic­la­sa gə­lər­kən hə­mi­şə ol­duğu ki­mi, Ali So­ve­tin gi­rəc­əy­in­də bi­zə qə­zet­lər ver­di­lər. Mə­nə də "Mil­lət” qə­ze­ti­nin hə­min gün çap­dan çıx­mış bir nüsxə­si­ni hə­diyyə et­di­lər. Qə­zet­də Eti­bar Məm­mə­do­vun və hüquqşünas Fu­ad Ağ­ay­e­vin bi­rgə ha­zır­la­dıq­la­rı "Azər­bayc­an Re­s­pub­li­ka­sı­nın Döv­lət Müstə­qil­liyi haq­qın­da Ko­ni­s­ti­tu­siya Ak­tı”nin ikinci - al­ter­na­tiv va­ri­an­tı dərc olun­muş­dur. Ses­siya ba­ş­lay­a­na qə­dər bu ma­te­ri­al­la ət­ra­f­lı ta­nış ol­dum. Axı döv­lət müstə­qil­liy­i­nin bər­pa­sı yüz il­də, min il­də olan ha­di­sə­lər­dən­dir. Döv­lət müstə­qil­liy­i­nin bər­pa­sı o de­mək idi ki, Azər­bayc­an bey­nəl­xalq hüqu­qun ye­ni suby­ek­ti­nə çe­v­ri­ləc­ək. Ona gö­rə də bu gündə­lik­də du­ran mə­sə­lə biz­dən çox diq­qət­li ol­mağı tə­ləb edir­di.
Ora­da mə­nim nə­zər­də tut­duğ­um bir çox mə­sə­lə­lər öz ək­si­ni tap­mış­dır. Be­lə­ki, bu­ra­da ilk növ­bə­də hüquq va­ris­liyi, bu­nun­la bağ­lı ya­ra­nan və ya­ra­nac­aq mülkiyy­ət mə­sə­lə­lə­ri­ni həll edir­di. Azər­bayc­an əra­zi­sin­də yer­lə­şən da­şın­maz əm­la­kın Azər­bayc­a­na məx­sus ol­ma­sı, da­şı­nar mülkiyy­ə­tin isə yal­nız müva­fiq sa­zi­ş­lər əsa­sın­da baş­qa döv­lə­tə ve­ril­mə­si, ke­ç­miş SSRİ qa­nun­ve­ric­i­liy­i­nin han­sı həd­lər­də, Azər­bayc­an əra­zi­sin­də hüqu­qi qüvvəyə ma­lik ol­ma­sı ba­rə­də mə­sə­lə­lər nə­zər­də tu­tu­lur­du. Bütün bun­lar nə­zə­riyy­ə­dən da­ha çox, prak­ti­ki mə­sə­lə­lər idi. Əg­ər qə­bul edil­səy­di ki, Azər­bayc­an əra­zi­sin­də yal­nız Azər­bayc­an qa­nun­la­rı iş­ləy­əc­ək, bu çox pis nə­tic­ə­lə­rə gə­ti­rib çı­xa­rar­dı.Çün ki, heç də SSRİ-nin bütün qa­nun­la­rı Azər­bayc­a­nın müstə­qil­liy­i­nə zidd olan qa­nun­lar dey­il­dir. Hö­ku­mət la­hiy­ə­sin­də mülkiyy­ət, sa­hib­kar­lıq­la bağ­lı müddə­a­lar yox də­rəc­ə­sin­də idi. Hö­ku­mət lay­i­hə­sin­də de­mək olar ki, pre­am­bu­la da yox idi. Kon­sti­tu­siya Ax­tın­da bey­nəl­xalq hüquq­la uz­la­şan, Azər­bayc­a­nın mə­na­fey­i­nə uyğ­un olan, da­nı­şıq­lar za­ma­nı is­ti­nad edi­lə bi­lən nor­ma­lar ol­ma­lı idi. Bütün bun­lar hö­ku­mə­tin ha­zır­la­dığı lay­i­hə­də yox idi. Ali So­ve­tin ses­siy­a­sı ba­ş­lay­an ki­mi hö­ku­mət ko­mis­siy­a­sı­nın sə­d­ri, de­pu­tat Hac­ı­ba­ba Əzi­mov ha­zır­la­dıq­la­rı lay­i­hə haq­qın­da çı­xış edib ge­niş mə­lu­mat ver­di. Müza­ki­rə ba­ş­lay­an ki­mi mən bi­rinci çı­xış edə­rək mə­ru­zə­çi­dən so­ruş­dum ki, siz lay­i­hə­ni ha­zır­lay­an­da bu ikinci al­ter­na­tiv va­ri­ant­dan is­ti­fa­də et­mi­si­niz­mi? O, isə mə­nə ca­vab ver­di ki, xeyr, is­ti­fa­də et­mə­mi­şik. Mə­lum ol­du ki, on­la­ra al­ter­na­tiv va­ri­ant tək­lif olun­sa da bun­lar onu qə­bul et­mək­dən im­ti­na edib­lər. Bun­dan so­nra mən çı­xış et­dim:
"Hör­mət­li Mil­lət və­kil­lə­ri! Əg­ər biz doğ­ru­dan da Azər­bayc­a­nın döv­lət müstə­qil­liy­i­ni bər­pa edi­rik­sə, on­da bi­rinc­i­si, Azər­bayc­an Re­s­pub­li­ka­sı­nın 1918-ci il may ay­ı­nın 28-dən 1920-ci ilin ap­re­lin 27-nə qə­dər mövc­ud ol­muş ey­ni ad­lı döv­lə­tin hüqu­qi xə­lə­fi ad­la­nı­rıq­sa, o vaxt Azər­bayc­a­nın əra­zi­si 114 min kva­d­rat ki­lo­metr ol­muş və ötən 70 il ər­zin­də Azər­bayc­an SSR öz əra­zi­si­nin fak­ti­ki ola­raq 28 min kva­d­rat ki­lo­me­t­ri­ni itir­miş­dir. Biz əg­ər döv­lət müstə­qil­liy­i­mi­zi bər­pa edi­rik­sə, de­mə­li, bu dövr ər­zin­də tor­paq­la­rın(28 min kv.km.) ve­ril­mə­si ilə əla­qə­dar çı­xa­rıl­mış qa­nun­lar, qə­rar­lar, bağ­lan­mış müqa­vi­lə­lər və s. sə­nəd­lər ləğv edil­mə­li­dir və biz hə­min əra­zi­lə­ri tə­ləb et­mə­liy­ik.
İkinc­i­si, " Mil­lət” qə­ze­tin­də de­pu­tat Eti­bar Məm­mə­dov və hüquqşünas Fu­ad Ağ­ay­e­vin bi­rgə ha­zır­la­dıq­la­rı ikinci qa­nun lay­i­hə­si var və mən onu oxu­mu­şam. Yə­qin ki, bə­zi de­pu­tat yol­da­ş­lar da oxuy­ub­lar. Mən tək­lif edi­rəm ki, ye­ni ko­mis­siya ya­ra­dıl­sın, hər iki la­hiy­əyə bi­rgə ba­xıl­sın, ye­ni Qa­nun la­hiy­ə­si ha­zır­lan­sın və ye­kun la­hiyə Ali So­ve­tin növ­bə­ti ses­siy­a­sın­da müza­ki­rə edil­sin.
Üçüncüsü, ye­kun qa­nun lay­i­hə­si tək­li­f­lər­lə bir­lik­də re­fe­ren­du­ma çı­xa­rıl­maq­la ümum­xalq müza­ki­rə­si­nə ve­ril­sin.”
Mə­nim çı­xı­şım­dan so­nra müza­ki­rə day­an­dı­rıl­dı və Ali So­vet qə­ra­ra al­dı ki, de­pu­tat Hac­ı­ba­ba Əzi­mov, hüquqşünas Şa­hin Əliy­ev, Fu­ad Ağ­ay­ev və Niy­a­zi Sə­fə­rov­dan iba­rət ye­ni iş­çi qru­pu ya­ra­dıl­sın və hər iki lay­i­hə üzə­rin­də ope­ra­tiv şə­kil­də iş apa­ra­raq va­hid ye­kun lay­i­hə ha­zır­lay­ıb Ali So­ve­tin ses­siy­a­sı­nın müza­ki­rə­si­nə təq­dim edil­sin. Hə­min gün ye­ni tər­kib­dən iba­rət ko­mis­siya çox gə­rg­in iş­ləy­ə­rək mükəm­məl bir lay­i­hə­ni ha­zır­lay­ıb okty­a­b­rın 18-də ses­siy­a­nın müza­ki­rə­si­nə təq­dim et­di. Nə­ticə eti­ba­ri­lə 18 okty­abrda müza­ki­rəyə çı­xa­rı­lan lay­i­hə­də al­ter­na­tiv tək­li­f­lə­rin çox his­sə­si­nin nə­zə­rə alın­ma­sı "Azər­bayc­an Re­s­pub­li­ka­sı­nın döv­lət müstə­qil­liyi haq­qın­da Ko­ni­s­ti­tu­siya Ak­tı”nın da­ha tək­mil sə­nəd ki­mi qə­bu­lu­na im­kan ver­di.
Bu gün mən qürur his­si ilə fəxr edi­rəm ki, o za­man tə­şəbbüska­rı ol­duğ­um mə­sə­lə­lər re­al­laş­dı və "Azər­bayc­an Re­s­pub­li­ka­sı­nın döv­lət müstə­qil­liy­iı haq­qın­da Ko­ni­s­ti­tu­siya Ak­tı” da­ha tək­mil for­ma­da qə­bul olun­du.
Ali So­vet tə­rə­fin­dən 1991-ci il okty­a­b­rın 18-də "Azər­bayc­an Re­s­pub­li­ka­sı­nın döv­lət müstə­qil­liy­iı haq­qın­da Ko­ni­s­ti­tu­siya Ak­tı” qə­bul et­mə­si­lə Azər­bayc­a­nın is­tiq­la­liyy­ə­ti bütün dünyaya bəy­an edil­di. Hə­min Kon­sti­tu­siya Ak­tı re­s­pub­li­ka­mı­zı rə­s­mi ola­raq Azər­bayc­an Xalq Cümhu­riyy­ə­ti­nin va­ri­si və müstə­qil re­s­pub­li­ka elan et­di.
Hə­min akt­da ey­ni za­man­da Azər­bayc­an xal­qı­nın ida­rə­et­mə for­ma­sı­nı se­ç­mək, baş­qa xal­q­lar­la müna­si­bət­lə­ri­ni müəyy­ən­ləş­dir­mək, siy­a­si, iq­ti­sa­di və mə­də­ni həy­a­tı­nı öz ta­ri­xi və mil­li ənə­nə­lə­ri­nə, ümum­bə­şə­ri dəy­ər­lə­rə uyğ­un in­ki­şaf et­dir­mək hüqu­qu tə­s­bit olun­du. "Azər­bayc­an Re­s­pub­li­ka­sı­nın döv­lət müstə­qil­liyi haq­qın­da Ko­ni­s­ti­tu­siya Ak­tı”nda Azər­bayc­an xal­qı­nın müstə­qil, dünyə­vi, de­mo­kra­tik, hüqu­qi və uni­tar döv­lət ya­rat­ma yo­lu­nu tut­ma­sı fi­k­ri öz ək­si­ni tap­dı. Bu ali sə­nəd­də ha­ki­miyy­ə­tin və eləcə də bütün tə­bii sər­vət­lə­rin xal­qa mən­sub­luğu, mülkiyy­ə­tin bütün for­ma­la­rı­nın bə­ra­bər­liyi, və­tən­da­ş­la­rın seç­ki hüqu­qu­nun, çox­par­tiy­a­lı si­s­te­min tə­mi­na­tı, ha­be­lə in­san və və­tən­daş hüquq və azad­lıq­la­rı­nın ümu­mi prin­sip­lə­ri də rə­s­mən elan edil­di.
Bu gün de­mək olar ki, Müstə­qil Azər­bayc­an döv­lə­ti dünya döv­lət­lə­ri cə­rg­ə­sin­də özünə­məx­sus iri ad­dım­lar­la irə­li­ləy­ir.
Bu gün müstə­qil­lik ak­tı­nın qə­bul edil­mə­si ta­ri­xi­nə nə­zər sa­lan­da İ.Na­di­ro­vun ic­ti­mai, siy­a­si fə­a­liyy­ə­tin­də ən önəm­li fə­a­liyy­ə­ti gö­rə bi­li­rik.Döv­lət Müstə­qil­lik Ak­tı­nın ha­zır­la­nan vax­tı fə­al iş­ti­rak edən İ.Na­di­rov hə­mi­şə­ki ki­mi öz ta­ri­xi fi­kir­lə­ri­ni və müza­ki­rə­lə­ri­ni əsas­lı şə­kil­də izah edə­rək müstə­qil­lik ak­tı­nın qə­bu­lu üçün re­fe­ren­dum ke­çi­ril­mə­si tə­lə­bi ilə çı­xış edir.1991-ci ilin de­ka­b­rın 29-da re­fe­ren­dum ke­çi­ril­di.Əvəz olun­maz in­san­la­rın say­ə­sin­də bu gün Azər­bayc­an xal­qı müstə­qil azad bir öl­kə­də ya­şay­ır.Anc­aq bu gün azad müstə­qil Azır­bayc­a­nın bu gü­nə qə­dər keç­diyi əzab­lı, ac­ı­lı, ağ­rı­lı çə­tin günlə­rin­də ağ­rı­la­rı ac­ı­la­rı çiy­in­lə­rin­də da­şıy­an, ölüm- di­rim müba­ri­zı­si­nə qal­xıb, gə­ləc­əy­i­miz üçün hər şeyi gözü önü­nə gə­ti­rən yüzlər­lə müba­riz və­tən oğ­ul­la­rı­nın əməy­i­nin mis­li bə­ra­bı­ri ol­ma­dığ­ı­nın bir da­ha şa­hi­di olu­ruq.Bun­la­rın, ya­şa­nan­la­rın can­lı şa­hid­lə­ri bu gündə bi­zim­lə­dir ya­şay­ıb ya­ra­dır, ömrünün gününü bir gün be­lə böş ke­çir­mir.
İ.Na­di­rov ça­lış­dığı sa­hə­lər­də ya­rat­dığı şə­ra­it, çək­dir­diyi yol­lar,tik­dir­diyi mək­təb­lər, ic­ra başc­i­sii iş­lə­diyi ray­on­lar­da apar­dı ye­ni­dən qur­ma iş­lə­ri ha­mı­nın gözü qa­bağ­ın­da olub.İn­qi­lab müəl­lim ya­zır, ya­ra­dır,ne­çə-ne­çə ki­tab­la­rın el­mi əsər­lə­rim müəl­li­fi­dir.Öl­kəyə mily­on­lar­la xey­ir ve­rən döv­lət əhə­miyy­ət­li ix­ti­ra­la­rı pre­zi­den­ti­miz tə­rə­fin­dən və xa­rici döv­lət­lər tə­rə­fin­dən ali müka­fat­lar­la qiy­mət­lən­di­ri­lib.Bu gün İn­qi­lab Na­di­rov Azər­bayc­an və­tən­da­şı ki­mi bir ne­çə xa­rici ol­kə­lə­rin or­den me­dal­la­rı ilə təl­tif olu­nub.
Biz Mər­hə­mət el­çi­si yur­na­lı ola­raq İn­qi­lab müəl­li­mə min­lər­lə Azər­bayc­an və­tən­da­ş­la­rı adın­dan can sağ­lığı,uzun ömürlər ar­zu­lay­ı­rıq və dey­i­rik.Əziz İn­qi­lab müəl­lim UCA YA­RA­DAN İN­SAN­LA­RI YA­RA­DIR.TA­RİX İSƏ YA­ŞA­DIR.VAR OLUN İN­Qİ­LAB MÜƏL­LİM.

İnqilab Ədil oğlu Nadirov,
Azərbaycan Respublikası ilk Milli Məclisinin üzvü, "Oktyabr İnqilabı”, "Qırmızı Əmək Bayrağı”,
"Şərəf Nişanı” ordenləri və medalla
təltif olunmuşdur. SSRİ kənd təsərüfatı əlaçısı. Yazıçılar Birliyinin üzvü Ehtiyatda olan polkovnik-leytenant
/Pressxeber.az/


Millət