Şriftin ölçüsü / 573

"NA­TO-nun Av­ro­pa­da­kı funksi­ya­sı­nı ye­ni qu­rum öz üzə­ri­nə gö­tü­rə­cək"

30 Noyabr 2016 [10:15]
Bir müd­dət əv­vəl Av­ro­pa Ko­mis­si­ya­sı­nın səd­ri Jan-Klod Yun­ker tə­rə­fin­dən or­ta­ya atı­lan "or­taq Av­ro­pa or­du­su" fik­ri Do­nald Tram­pın ABŞ pre­zi­den­ti se­çil­mə­si ar­dın­dan ye­ni­dən gün­də­mə gə­lib. Av­ro­pa Par­la­men­ti­nin (AP) son ic­la­sın­da "Or­taq Av­ro­pa or­du­su"nun ya­ra­dıl­ma­sı ilə bağ­lı qə­rar la­yi­hə­si qə­bul edi­lib.

Qu­rum AB-yə üzv öl­kə­lə­rin hər­bi əmək­daş­lı­ğı güc­lən­dir­mə­si üçün "or­taq bir mü­da­fiə qüv­və­lə­ri­nin" ya­ra­dıl­ma­sı və bir hər­bi əmə­liy­yat mər­kə­zi­nin qu­rul­ma­sı­nı eh­ti­va edən qə­ra­rı təs­diq­lə­yib. Av­ro­par­la­mentdə 255 sə­sə qar­şı 369 səs­lə qə­bul edi­lən qə­rar­da üzv öl­kə­lə­rə mü­da­fiə xərclə­ri­ni ar­tır­maq ça­ğı­rı­şı da yer alır.

Ya­ra­dı­la­caq or­taq mü­da­fiə qüv­və­lə­ri­ni "Hər­bi Şen­gen" ad­lan­dı­ran Es­to­ni­ya­nın keç­miş xa­ri­ci iş­lər na­zi­ri Pit bil­di­rir ki, Av­ro­pa döv­lət­lə­ri­nin təh­lü­kə­siz­li­yi get­dik­cə da­ha da zə­if­lə­yir. Onun söz­lə­ri­nə gö­rə, AB özü­nü mü­da­fiə et­mək və təh­lü­kə­siz­li­yi­ni ar­tır­maq üçün da­ha çox iş gör­mə­li­dir: "Bir­li­yi­miz­də bö­yük mü­da­fiə çə­tin­lik­lə­ri var. Av­ro­pa NA­TO və ABŞ-ın dəs­tə­yi­nə bel bağ­la­yır".

Av­ro­par­la­men­tin hər han­sı bir hü­qu­qi qüv­və­si ol­ma­yan qə­ra­rı­nın 15-16 de­kabrda ke­çi­ri­lə­cək AB li­der­lə­ri­nin sam­mi­tin­də mü­za­ki­rə edi­lə­cə­yi göz­lə­nir.

Qeyd edək ki, Av­ro­pa Ko­mis­si­ya­sı­nın səd­ri Jan-Klod Yun­ker tə­rə­fin­dən or­ta­ya atı­lan "or­taq mü­da­fiə" fik­ri sentyabrda­kı zir­və­də Fran­sa və Al­ma­ni­ya tə­rə­fin­dən dəs­tək­lən­miş­di. An­caq bu fik­rə qar­şı çı­xan İn­gil­tə­rə­nin re­fe­ren­dum­la AB-dən ay­rıl­ma­sı və Do­nald Tram­pın ABŞ pre­zi­den­ti se­çil­mə­si bu tə­şəb­bü­sün hə­ya­ta ke­çi­ril­mə­si­ni is­tə­yən­lə­rin sa­yı­nı ar­tır­dı. Tram­pın seç­ki kam­pa­ni­ya­sı za­ma­nı ABŞ-ın NA­TO-ya ayır­dı­ğı xərclə­ri tən­qid et­mə­si və bu xərclə­ri azal­da bi­lə­cə­yi na­ra­hat­lı­ğı da Av­ro­pa­da "or­taq mü­da­fiə" fik­ri­nin hə­ya­ta ke­çi­ril­mə­si­ni güc­lən­di­rir.

Av­ro­pa or­du­su­nun ya­ra­dıl­ma­sı ilə bağ­lı, de­mək olar ki, bü­tün zə­ru­ri ad­dım­lar atı­lıb. Ək­sər ekspertlər bu qə­ra­rın ve­ril­mə­si­ni NA­TO-nun so­nu­nun çat­ma­sı ki­mi şərh edir. Bu fik­ri nə də­rə­cə­də əsas­lı say­maq olar?

Azər­bay­can Mil­li İs­tiq­lal Par­ti­ya­sı­nın funksi­o­ne­ri El­şən Mus­ta­fa­yev qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, heç də bü­tün Av­ro­pa öl­kə­lə­ri va­hid si­lah­lı qüv­və­lər ide­ya­sı­nı dəs­tək­lə­mir: "On­la­rın qə­na­ə­ti­nə gö­rə, ye­ni qu­ru­mun ya­ra­dıl­ma­sı çı­xış yo­lu de­yil. Bil­di­rir­lər ki, NA­TO üz­vü olan Av­ro­pa öl­kə­lə­ri üçün ən yax­şı qə­rar mü­da­fiə xərclə­ri üçün mün­tə­zəm ödə­niş­lər edil­mə­si­dir. Am­ma ək­sər Av­ro­pa öl­kə­lə­ri va­hid or­du­nun ya­ra­dıl­ma­sı­nı zə­ru­ri sa­yır və mə­sə­lə­də li­der­lik Al­ma­ni­ya­ya məx­sus­dur. Ümu­miy­yət­lə, ötən il­dən bu mə­sə­lə Al­ma­ni­ya tə­rə­fin­dən da­ha fə­al şə­kil­də gün­də­mə gə­ti­ri­lir. Qə­na­ət be­lə­dir ki, bu ide­ya ger­çək­ləş­sə, hə­min or­du­dan Ru­si­ya­nın ya­rat­dı­ğı təh­lü­kə­lə­rin də öh­də­sin­dən gəl­mək üçün is­ti­fa­də olu­na bi­lər. Ha­zır­da Av­ro­pa İt­ti­fa­qı öl­kə­lə­ri­nin təh­lü­kə­siz­li­yi­ni əsa­sən mil­li or­du­lar tə­min edir. Am­ma bu iş­lə qlo­bal miq­yas­da qey­ri-Av­ro­pa öl­kə­lə­ri­nin də təm­sil olun­du­ğu NA­TO məş­ğul olur. Be­lə və­ziy­yət isə Av­ro­pa­nın qlo­bal pro­ses­lər­də fə­al şə­kil­də iş­ti­ra­kı­na im­kan ver­mir. Bu­nu Uk­ray­na olay­la­rı da ay­dın gös­tər­di. Faktdır ki, Uk­ray­na­da­kı son ha­di­sə­lər Şər­qi Av­ro­pa­da hər­bi-si­ya­si və­ziy­yə­ti xey­li kəs­kin­ləş­dir­di və Av­ro­pa İt­ti­fa­qın­da cid­di na­ra­hat­lı­ğa sə­bəb ol­du. Av­ro­pa təh­lü­kə­siz­lik sis­te­mi­ni təh­did edən re­al təh­lü­kə ya­ran­dı. Va­hid ümu­mav­ro­pa or­du­su­nun ya­ra­dıl­ma­sı ide­ya­sı­nı da elə bu hal ak­tu­al­laş­dır­dı.

ABŞ isə mü­əy­yən mə­na­da NA­TO-nu tək­rar­la­yan hər­bi struk­tu­run ya­ra­dıl­ma­sı la­yi­hə­si­nə heç bir cid­di dəs­tək ver­mə­yə­cə­yi­ni bil­di­rir. Çün­ki bu şə­ra­it­də ABŞ NA­TO-da is­tə­di­yi fə­a­liy­yə­ti gös­tə­rə bil­mə­yə­cək. Ha­zır­da ABŞ gös­tər­mək is­tə­yir ki, NA­TO Av­ro­pa­da təh­lü­kə­siz­li­yi tə­min edə bi­lər. NA­TO-nun 2017-ci il plan­la­rı­na gö­rə, Şər­qi Av­ro­pa­da­kı 60 min­lik müt­tə­fiq or­du bir­lik­lə­ri 100 mi­nə qə­dər ar­tı­rı­la­caq. Av­ro­pa or­du­su­nun ya­ran­ma­sı NA­TO-nun bu plan­la­rı­nın re­al­laş­ma­ma­sı­na da sə­bəb ola bi­lər. Çün­ki bir-bi­ri­ni tək­rar­la­yan qu­rum­la­rın ma­liy­yə­ləş­mə­si çox çə­tin­dir. Bə­zi Av­ro­pa öl­kə­lə­ri NA­TO-ya üzvlük ödə­niş­lə­ri­ni be­lə et­mə­yə çə­tin­lik çə­kir­sə və bu­nun da mü­qa­bi­lin­də ye­ni ya­ra­nan qu­ru­ma dəs­tək ve­rir­sə, de­mə­li, NA­TO-nun Av­ro­pa­da­kı funksi­ya­sı­nı ye­ni qu­rum öz üzə­ri­nə gö­tü­rə­cək".


Millət