Şriftin ölçüsü / 645

"Azad cəmiyyətin prinsipləri" mövzusunda Beynəlxaq konfrans keçirilib

07 Dekabr 2016 [15:56]

3-4 dekabr 2016-cı il tarixlərində Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), İsveçin Moderat partiyası (Moderaterna) və Jarl Hjalmarson fondunun birgə təşkilarçılığı ilə Bakı şəhərində ”Azad cəmiyyətin prinsipləri" mövzusunda Beynəlxaq konfrans keçirilmişdir.

Konfransda AMİP rəhbərliyi və İsveç siasətçiləri Evelina Lorentzon, Patrik Stromer, Riçard Törnqvist af Strömlə yanaşı AMİP rayon təşkilatlarının sədrləri, Partiyanın Gənclər və qadınlar Təkilatlarının fəalları iştirak etmişlər.

İki gün davam edən Konfransda "Biz niyə Sağ Mərkəzçiyik? - Bizi birləşdirən əsas Prinsiplər”, "İnsan Hüquqları və Şəxsi Mülkiyyətin əhəmiyyəti", "Qanunun Aliliyi-Avropa Dəyərlərinə açar”, "Gələcəkdə Azərbaycan siyasətinin və AMİP-in qarşısında duran vəzifələr” mövzularında keçirilən panellərdə AMİP-dən və Moderat partiyasından olan məruzəçilər çıxış etmiş və məruzələr ətrafında geniş diskissiyalar keçirilmişdir.

Yekunda Konfransın işi və əhəmiyyəti yüksək qiymətləndirilmiş, gələcəkdə Bakıda və Stokholmda müxtəlif aktual mövzular üzrə birgə tədbirlər keçirilməsi qərara alınmışdır.


Asya Cəlilova