Şriftin ölçüsü / 604

"Sta­tus-kvo" də­yiş­di­ril­mə­lidir

16 Dekabr 2016 [13:08]
Xa­ri­ci iş­lər na­zi­ri El­mar Məm­məd­ya­rov Fran­sa­nın ATƏT-in Minsk Qru­pun­da­kı həm­səd­ri Ste­fan Vis­kon­ti ilə gö­rü­şüb. ö­rüş­də ATƏT-in Minsk Qru­pu­nun həm­sədrlə­ri­nin va­si­tə­çi­li­yi ilə Er­mə­nis­tan-Azər­bay­can mü­na­qi­şə­si­nin həl­li is­ti­qa­mə­tin­də apa­rı­lan da­nı­şıq­lar pro­se­si­nin in­ten­siv­ləş­di­ril­mə­si və möv­cud və­ziy­yə­tin də­yiş­di­ril­mə­si ba­rə­də fi­kir mü­ba­di­lə­si apa­rı­lıb.

Na­zir Azər­bay­ca­nın ATƏT-in Minsk Qru­pu­nun həm­sədrlə­ri ilə bir­lik­də mü­na­qi­şə­nin substan­tiv da­nı­şıq­lar yo­lu ilə həl­li üz­rə səy­lə­ri­ni da­vam et­di­rə­cə­yi­ni bil­di­rib.

Na­zir substan­tiv da­nı­şıq­lar yo­lu de­yən­də han­sı pro­se­si nə­zər­də tu­tur?

Ekspert El­şən Mus­ta­fa­ye­vin söz­lə­ri­nə gö­rə, Azər­bay­can tə­rə­fi bu ter­min­dən çox is­ti­fa­də edir: "Ma­hiy­yət eti­ba­ri­lə de­yi­lən pro­ses özün­də bir sı­ra mər­hə­lə­ni eh­ti­va edir. Əv­vəl­cə mü­na­qi­şə­nin həl­li­nə da­ir hər­tə­rəf­li si­ya­si pro­se­sin tər­kib his­sə­si ki­mi qə­bu­le­dil­məz və qey­ri-da­vam­lı olan "sta­tus-kvo" də­yiş­di­ril­mə­li və Er­mə­nis­tan qo­şun­la­rı iş­ğal olun­muş Azər­bay­can əra­zi­lə­rin­dən çı­xa­rıl­ma­lı­dır. Er­mə­nis­tan atəş­kəs is­tə­yir­sə, atəş­kə­sin po­zul­ma­sı­nın sə­bə­bi olan iş­ğal fak­tı­na və Er­mə­nis­tan qo­şun­la­rı­nın Azər­bay­can əra­zi­lə­rin­də qa­nun­suz möv­cud­lu­ğu­na son qo­yul­ma­lı­dır. Mü­na­qi­şə­nin həl­li­nin əsas­la­rı ar­tıq çox­dan mə­lum­dur. Er­mə­nis­tan öz xal­qı­nı sül­hə ha­zır­la­ma­lı və mü­na­qi­şə­nin həl­li pro­se­si ba­rə­də düz­gün mə­lu­mat­lan­dır­ma­lı­dır. İrə­li­lə­yi­şə na­il ol­maq üçün BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın mə­lum qət­na­mə­lə­ri­nə uy­ğun ola­raq, Er­mə­nis­tan qo­şun­la­rı iş­ğal olun­muş Azər­bay­can əra­zi­lə­rin­dən çı­xa­rıl­ma­lı və hər­bi iş­ğal fak­tı­na son qo­yul­ma­lı­dır. Na­zir da­nı­şıq­lar nə­ti­cə­sin­də əl­də olu­na­caq ra­zı­laş­ma­dan son­ra di­gər is­ti­qa­mət­lər üz­rə mü­za­ki­rə­lə­rin apa­rıl­ma­sı­nı nə­zər­də tu­tur. Bu, konkret nə­ti­cə­lə­rə söy­kə­nən mər­hə­lə­li da­nı­şıq­lar pro­se­si­dir".


Millət