Şriftin ölçüsü / 668

İran­da ya­şa­yan soy­daş­la­rı­mız­la bağ­lı prob­lem­lə­rin həl­li­ni tap­ma­sı­nı is­tə­yi­rik.

21 Dekabr 2016 [12:27]
"İs­tə­ni­lən hal­da, qə­bul olu­na­caq Xar­ti­ya­nın qa­nun­la­rın tə­mi­na­tı­na kö­mə­yi də­yə­cək­sə, bu­nu al­qış­la­ya bi­lə­rik"
img

El­şən Mus­ta­fa­yev: "Əsa­sən də biz İran­da ya­şa­yan soy­daş­la­rı­mız­la bağ­lı prob­lem­lə­rin həl­li­ni tap­ma­sı­nı is­tə­yi­rik"

İran pre­zi­den­ti Hə­sən Ru­ha­ni İran ta­ri­xin­də ilk də­fə ola­raq Və­tən­daş­la­rın Hü­quq­la­rı Xar­ti­ya­sı­nı təq­dim edə­cək. Bu ba­rə­də IRINN te­le­ka­na­lı mə­lu­mat ya­yıb.

H.Ru­ha­ni­nin söz­lə­ri­nə gö­rə, Xar­ti­ya öl­kə Konsti­tu­si­ya­sı­nın bü­tün müd­də­a­la­rı­nın ic­ra­sı­na kö­mək edə­cək. O əla­və edib ki, Konsti­tu­si­ya­nın müd­də­a­la­rı­nın ic­ra­sı­na məhz pre­zi­dent ca­vab­deh­lik da­şı­yır.

Bu Xar­ti­ya­nın qə­bul edil­mə­si han­sı ye­ni­lik­lə­rə sə­bəb ola­caq?

Mil­li İs­tiq­lal Par­ti­ya­sı­nın bey­nəl­xalq mə­sə­lə­lər üz­rə ka­ti­bi El­şən Mus­ta­fa­yev qə­ze­ti­mi­zə bil­dir­di ki, hər bir öl­kə­nin konsti­tu­si­ya­sı onun ana qa­nu­nu sa­yı­lır: "İran Konsti­tu­si­ya­sın­da is­tər mil­li az­lıq­lar, is­tər­sə də in­san haq­la­rı ilə bağ­lı çox mü­tə­rəq­qi fi­kir­lər var. An­caq tə­əs­süf­lər ol­sun ki, on­la­rın heç bi­ri re­al hə­yat­da tət­biq olun­mur. Xar­ti­ya ilə bağ­lı pre­zi­dent de­yib ki, Konsti­tu­si­ya­nın bü­tün mad­də­lə­ri­nin iş­lək­li­yi tə­min edi­lə­cək. Bu­ra­da hər şey ay­dın­dır. Be­lə nə­ti­cə­yə gə­li­nir ki, ana qa­nun­da olan müd­də­lar söz­də var. Bir fak­tı da bil­dir­mək is­tə­yi­rəm ki, İran ki­mi öl­kə­lər­də qə­bul edi­lən qa­nun­la­rın iş­lək­lik me­xa­niz­mi si­ya­si ira­də­yə bağ­lı olan mə­sə­lə­dir. İs­tə­ni­lən hal­da, qə­bul olu­na­caq Xar­ti­ya­nın qa­nun­la­rın tə­mi­na­tı­na kö­mə­yi də­yə­cək­sə, bu­nu al­qış­la­ya bi­lə­rik. Əsa­sən də biz İran­da ya­şa­yan soy­daş­la­rı­mız­la bağ­lı prob­lem­lə­rin həl­li­ni tap­ma­sı­nı is­tə­yi­rik. Öz di­lin­də ya­zıb-oxu­maq ki­mi tə­məl haq­la­rı İran Konsti­tu­si­ya­sın­da təs­bit olun­sa da, on­lar bun­dan məh­rum­dur. Ümid edi­rik ki, bu ye­ni­lik de­di­yi­miz dil prob­le­mi­nin həl­li­nə də kö­mək edə­cək".