Şriftin ölçüsü / 553

Tanınmış siyasətçi Aslan İsmayılovu şoumen adlandırdı

30 Dekabr 2016 [09:30]
Aslan İsmayılov, Etibar Məmmədova, Rəhim Qazıyevə və Surət Hüseynova ironiya edib.

Siyasi şoumen və hüquqşünas olan bu adamın, siyasi və hüquqi bilik səviyyəsi Surət Hüseynovla eyni olduğundan, ona olan ironiyaya susmaq olar. Amma Etibar Məmmədov və Rəhim Qazıyevə ironiyasına susmayacam. Dələduzluqla məşğuldur!

Səni, Rəhim Qazıyev debata çağırır, qaçırsan, jurnalistlərin çağırışından və suallarından yalvarıb yayınırsan, saxladığın fb səhifəsindən də belə şeylər yazırsan? Kimsən sən? Ay debatdan qaçan siyasi şoumen, arqumentlərini və iddialarını sübut edə bilməyən "hüquqçu".

Rəhim Qazıyevi ittiham edib, debatdan qaçan istənilən siyasətçi yalançıdır. Haqqında iddia ilə çıxış edib, arqumentlərini üzbə-üz sübut edə bilməyən kimdir, ona da cəmiyyət qərar versin.

Hakimiyyətin siyasi iradəsi çatıb Etibar Məmmədovu Baş Nazir təyin edəcəksə, cəmiyyət bundan udacaq. Şəxsən səni isə Aslan İsmayılov, heç bir dövlət vəzifəsinə təyin etmək olmaz, tv-də hava proqnozu söyləyən şoumen ola bilərsiz.

Etibar Məmmədov 90 - cı illərdə sistem qurmaqdan, güclü media və vətəndaş cəmiyyətindən, liberal iqtisadiyyatdan danışaraq, milli xətti qoruyan partiya qurub. Hər bir siyasətçi kimi onun da yanlışlıqları ola bilər. Strukturları normal işləyən, siyasi məkanda ciddi təsirləri olan partiyası hamı kimi məğlub olanda da, siyasətdən əsasən çəkilməyi bacaran demokrat kimi davranıb.

2003 cü ildə AXCP - nin qərarı ilə Etibar Məmmədovu minlərlə adamın iştirak etdiyi mitinqlərdə aparıcı olaraq dəstəkləmişəm, insanları ona səs verməyə çağırmışam. Doğru bildiyimi etmişəm, hesab edirəm ki, indi sənin şoumen ironiyanı oxuyan gənclər aldanmamalıdır. Gənclərə məsləhət bilərdim ki, 90-cı illərin Millət qəzetlərini alıb oxusunlar.

Aslankimilərin, fərqli ideoloji mərkəzlərdə illərdir çırpıntı yaparaq düşdüyü marginal vəziyyəti gözdən keçirdikdə aydın olur ki, Etibar Məmmədovun dövlət idarəetməsində səlahiyyətli olmasından cəmiyyətimiz qazanar.

Hava atma Aslan İsmayılov, sən havalanmısan, səndən ancaq hava proqnozu söyləyən olar.


Asya Cəlilova