Qəzet haqqında
|
Dost saytlar
|
Əlaqə
ANA SƏHİFƏ
GÜNDƏM
Sİyasət
CƏMİYYƏT
İqtisadİyyat
GÜNEY
Dünya
TÜRK DÜNYASI
İdman
Mədənİyyət
Müsahİbə
AKTUAL
AMİP
Məramnamə
Nizamnamə
Partiya Tarixi
Rəhbərlik
Qurultaylar
Beynəlxalq əlaqələri
Daxili tədbirlər
Xarici tədbirlər
Əlaqə
Şriftin ölçüsü / 622
Vəziyyət o yerə gəlib çatıb ki...
12 Yanvar 2017 [15:56]
Arzuxan Əlizadə: "Bu cür laqeydlik qurumun münaqişənin həllində səmimi olmamasından irəli gəlir"
img
"Həmsədrlərin belə qeyri-adekvat mövqeyi tənqid olunmalı və buna görə onlara rəsmən etiraz edilməlidir"
Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı ötən ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində insident zamanı həlak olmuş azərbaycanlı hərbçinin meyitini dərhal vətəninə qaytarmağa çağırıb.
Bu, Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları həmsədrlərinin bəyanatında öz əksini tapıb. İqor Popov, Stefan Viskonti və Riçard Hoqlandın birgə bəyanatında deyilir: "Həmsədrlər 2010-cu ildə Həştərxan görüşündə əldə olunan razılaşmaya uyğun olaraq, həlak olan hərbçinin qalıqlarını vətəninə qaytarmağa çağırır. Biz tərəfləri qarşılıqlı ittihamlara son qoymağa və yerlərdə vəziyyətin sabitləşdirilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırıq. Atəşkəsin pozulması qəbuledilməzdir və tərəflərin gücdən istifadə etməmək barədə tam məsuliyyət daşıdıqları öhdəliklərə ziddir. Həmsədrlər Ermənistan və Azərbaycanı Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmalara ciddi riayət etməyə çağırır".
Qeyd edək ki, dekabrın 29-da, səhər saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Daha sonra meyitinin qarşı tərəfin əlində olması məlum olub və bunu Ermənistanın rəsmi orqanları da təsdiqləyib. Ancaq 15 günə yaxındır qarşı tərəf heç bir beynəlxalq konvensiyanı saymayaraq, cəsədi təhvil vermir. İşin qəribə tərəfi həm də ondan ibarətdir ki, münaqişənin tənzimlənməsini öz üzərinə götürən ATƏT-in Minsk Qrupu buna adekvat reaksiya vermir. Halbuki, qurum borclu idi ki, yaranmış vəziyyətlə bağlı dərhal Ermənistana çağırış etsin.
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən
AMİP-in baş katibi Arzuxan Əlizadənin
sözlərinə görə, bu cür laqeydlik qurumun münaqişənin həllində səmimi olmamasından irəli gəlir: "ATƏT-in Minsk Qrupunun ötən 25 ildə səmərəsiz fəaliyyəti göz qabağındadır. Vəziyyət o yerə gəlib çatıb ki, artıq neçə ildir həmsədrlərin adı gələndə cəmiyyətdə ikrah hissi yaranır. Yəni qurum praktiki olaraq münaqişənin həlli ilə bağlı heç bir səy göstərmir. Sadəcə, vaxtaşırı regiona səfər edərək görüntü yaradırlar. Onların yeganə istəyi mövcud status-kvonun vaxtını uzatmaqdır. Belə olmasaydı, onlar işğalçı dövlət qarşısında konkret tələblər qoyardı. Azərbaycanın ziyanına işləyən məqamlardan biri də ondan ibarətdir ki, hər üç həmsədrin münaqişənin dondurulması ilə bağlı maraqları üst-üstə düşür. Bir sıra geosiyasi məsələlərdə Rusiya ilə Qərbin mövqelərinin haçalanmasına, tərəflər arasında müəyyən məsələlərlə bağlı ciddi fikir ayrılıqlarına baxmayaraq, Dağlıq Qarabağ məsələsində mövqelər uzlaşır. Bu da yaxşı bir şey vəd etmir. Təəssüf ki, mövcud reallıq bundan ibarətdir. Hesab edirəm ki, həmsədrlərin belə qeyri-adekvat mövqeyi tənqid olunmalı və buna görə onlara rəsmən etiraz edilməlidir".
Vidadi ORDAHALLI
Digər Xəbərlər
Işğaldakı torpaqları azad etmək Azərbaycanın qarşısında dayanan ən başlıca vəzifədir
Bu seçki iqtidar komandasının növbəti məğlubiyyəti və əsil fiasko oldu
ATƏT prezident seçkilərinə mənfi rəy verdi və hücuma məruz qaldı
Hökumət təkcə yaş baxımından deyil, düşüncə baxımından da gəncləşməlidir
Əhali seçkini baykot edir, seçici fəallığı çox aşağıdır
Hakimiyyət müxalifət düşərgəsindən deyil, hakimiyyətdaxili müxalifət və mübarizədən çəkinir
AKTUAL
Əldə edilən üstünlüyü yeniləmək lazımdır ki, düşməndə arxayınçılıq olmasın
İstəmirik ki, ölkədə gərginlik və qarşıdurma yaransın
Doğum gününüz mübarək sayqılı Lider! /VİDEO/
Vəzifələr də artıq silki xarakter almaqdadır və nəsildən nəsilə otürülür
Ən çox oxunan
İbrətamiz həyat yolu /VİDEO/
Əldə edilən üstünlüyü yeniləmək lazımdır ki, düşməndə arxayınçılıq olmasın
Bəzi təşkilatlar isə indidən parlament seçkilərinə hazırlaşır
Bu seçki iqtidar komandasının növbəti məğlubiyyəti və əsil fiasko oldu
Işğaldakı torpaqları azad etmək Azərbaycanın qarşısında dayanan ən başlıca vəzifədir
Müsahibə
Mənim üçün ən dəyərli hədiyyə dostlarımın, yaxınlarımın məni yada salaraq təbrik etməsidir
DÜNYA
15.03.2018
Böyük Britaniya-Rusiya münasibətləri gərginləşir
29.01.2018
İŞİD terror təşkilatı İrana hücum edib.
04.10.2017
Ankara və Tehrandan mühüm razıılaşma
03.10.2017
BMT TŞ qərarlarına riayət olunması bütün ölkələr üçün prioritet olmalıdır
TÜRK DÜNYASI
28.03.2018
Türk generallar görüşdü
03.10.2017
İraq ortaq gələcəyin qurulmalı olduğu bir ölkədir
17.04.2017
Ərdoğanın minimal referendum qələbəsi
15.03.2017
TRT Avaz kanalının quruluşunun 8- ci il dönümünü Bakı da qeyd ediləcək
İdman
Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib
Mədəniyyət
Çinlilər Azərbaycana daha çox gələcək – Yeni saziş