Şriftin ölçüsü / 586

Ru­si­ya­nın da­xi­lin­də be­lə tən­qi­di fi­kir­lə­rin yer al­ma­sı tə­bi­i­dir

13 Yanvar 2017 [16:36]

"Çün­ki onun yü­rüt­dü­yü si­ya­sət re­gi­o­nun iq­ti­sa­di in­ki­şa­fı­na mən­fi tə­sir edir"

SSRİ-nin çö­kü­şün­dən son­ra ya­ra­nan və hə­lə də həl­li­ni ta­pa bil­mə­yən əsas prob­lem­lər­dən bi­ri də Xə­zər də­ni­zi­nin hü­qu­qi sta­tu­su ilə bağ­lı­dır. Bir da­ha xa­tır­la­daq ki, bu mə­sə­lə­dən da­ha çox əziy­yət çə­kən Azər­bay­can tə­rə­fi­dir.

Çün­ki bu hal də­niz­də sər­həd­lə­rin tam mü­əy­yən edil­mə­si­nə ma­neə ya­rat­maq­la ya­na­şı, həm də mü­əy­yən ya­taq­la­rın iş­lən­mə­si­nin qar­şı­sı­nı alır. Mə­sə­lən, Ru­si­ya və İran üzün­dən "Transxə­zər"in çə­ki­li­şi hə­lə də hə­ya­ta keç­mir. Hal­bu­ki, Moskva­nın bu is­ti­qa­mət­də hə­ya­ta ke­çir­di­yi si­ya­sət in­di Ru­si­ya­nın özün­də də sərt tən­qid hə­də­fi­nə çev­ri­lir. Bu­ra­da get­dik­cə da­ha açıq fi­kir­lər səs­lə­nir ki, Ru­si­ya Xə­zə­ri hər­bi­ləş­dir­mək əvə­zi­nə, də­niz­də di­gər sa­hil­ya­nı öl­kə­lər­lə iq­ti­sa­di əmək­daş­lı­ğı in­ki­şaf et­dir­sə, da­ha çox mən­fə­ət əl­də et­miş olar.

Ru­si­ya­nın "ga­ze­ta.ru" say­tı ya­zır ki, Ru­si­ya­nı ida­rə edən­lə­rin Xə­zər də­ni­zi­nə ma­ra­ğı uzun müd­dət hər şey­dən əv­vəl Şi­ma­li Qaf­qaz­da sa­bit­li­yi tə­min et­mək is­tə­yi ilə bağ­lı olub. Am­ma qeyd edi­lir ki, Xə­zər do­nan­ma­sı­nın Çe­çe­nis­tan və Da­ğıs­tan­da dö­yüş hə­rə­kət­lə­rin­də iş­ti­rak də­rə­cə­si ilə Su­ri­ya­da dö­yüş əmə­liy­yat­la­rı­na cəlb edil­mə­si­ni mü­qa­yi­sə et­mək çox çə­tin­dir: "Ru­si­ya Xə­zər də­ni­zi­nin ak­va­to­ri­ya­sın­dan Su­ri­ya­da­kı dö­yüş­çü­lə­rin möv­qe­lə­ri­nə ra­ket­lər­lə sar­sı­dı­cı zər­bə­lər vu­rub. Ha­zır­da Ru­si­ya­nın Xə­zər do­nan­ma­sı 60-dan çox hər­bi gə­mi və ka­ter, həm­çi­nin təx­mi­nən 20 min şəx­si he­yət­dən iba­rət­dir. Ru­si­ya bu ba­xım­dan Xə­zər­ya­nı öl­kə­lə­rin bü­tün qa­lan hər­bi do­nan­ma­la­rı­nı üs­tə­lə­yir. Keç­miş vaxtlar­da Xə­zər də­ni­zi Ru­si­ya­nın hər­bi və iq­ti­sa­di ekspan­si­ya­sı­nın əsas is­ti­qa­mət­lə­rin­dən bi­ri idi. Məhz bu­ra­da Ru­si­ya­nın hər­bi do­nan­ma­sı ya­ra­nır­dı və məhz Xə­zər də­ni­zi­nin sər­vət­lə­ri Ru­si­ya­nı pla­ne­tin apa­rı­cı ener­ge­ti­ka döv­lə­ti et­di".

Ru­si­ya­nın özün­də Moskva­nın Xə­zər­də hə­ya­ta ke­çir­di­yi si­ya­sə­tin tən­qid olun­ma­sı­nı və baş­qa al­ter­na­ti­vin tək­lif edil­mə­si­ni ne­cə xa­rak­te­ri­zə et­mək olar?

AMİP katibi El­şən Mus­ta­fa­yev qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, mə­lum ol­du­ğu ki­mi, Xə­zə­rin sta­tu­su ba­rə­də ra­zı­laş­ma in­di­yə ki­mi əl­də edil­mə­yib: "Bu­nun­la bağ­lı ye­kun ra­zı­laş­ma­nın 2016-cı il­də As­ta­na­da ke­çi­ril­mə­si plan­laş­dı­rı­lan 5-ci sam­mit­də im­za­lan­ma­sı göz­lə­nir­di, an­caq son­ra­dan təd­bir 2017-ci ilə ke­çi­ril­di. Ha­zır­da Ba­kı, Ak­tau, Türkmən­ba­şı və Bən­dər-Ən­zə­li li­man­la­rı­nın yük döv­riy­yə­si bir ne­çə mil­yon ton­la he­sab­la­nır. Nə­ti­cə­də Xə­zər­də yük­lə­rin da­şın­ma­sı­nın əsas marşrut­la­rı Azər­bay­can-Qa­za­xıs­tan-Türkmə­nis­tan-İran dördbu­ca­ğı­nın pe­ri­met­ri üz­rə uza­nır. Ru­si­ya­nın da­xi­lin­də be­lə tən­qi­di fi­kir­lə­rin yer al­ma­sı tə­bi­i­dir. Çün­ki Ru­si­ya Xə­zər ak­va­to­ri­ya­sın­da da­ha çox hər­bi üs­tün­lü­yü­nü nü­ma­yiş et­dir­mək is­tə­yir. An­caq hə­min ət­raf­da olan öl­kə­lər­lə iq­ti­sa­di əla­qə­lə­rin sü­rət­lən­di­ril­mə­si Ru­si­ya və baş­qa Xə­zər­ya­nı öl­kə­lər üçün da­ha bö­yük ef­fekt ve­rə bi­lər. Dü­şün­mü­rəm ki, Xə­zər­də kim­sə Ru­si­ya ilə hər­bi mü­na­qi­şə­yə gir­mək­də ma­raq­lı ol­sun. Xə­zər qa­pa­lı də­niz ol­du­ğu üçün ora kə­nar­dan mü­da­xi­lə də müm­kün de­yil. Bu sə­bəb­dən də Ru­si­ya­nın haq­lı tən­qid­lər­dən nə­ti­cə çı­xar­ma­sı la­zım­dır. Çün­ki onun yü­rüt­dü­yü si­ya­sət re­gi­o­nun iq­ti­sa­di in­ki­şa­fı­na mən­fi tə­sir edir".


Millət