Şriftin ölçüsü / 808

Lavrovun söylədikləri Azərbaycanın daxili işlərinə açıq müdaxilə, suverenliyinə hörmətsizlik və təhdid deməkdir

18 Yanvar 2017 [11:32]
Çərşənbə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada 2016-cı ilin yekunları ilə bağlı geniş mətbuat konfransı keçirib. Konfrans zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunan Lavrov bildirib ki, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır. XİN rəhbəri bəyan edib ki, münaqişənin həlli ilə bağlı bir sıra sənədlər mövcuddur.

Lavrov ötən ilin aprelində təmas xəttində baş verən hadisələrdən söz açıb: "Ötən ilin aprelində baş vermiş qanlı hadisə dərin narahatlıq yaradır. Rusiya həmin vaxt qan tökülməsinin qarşısının alınmasında vacib rol oynayıb”.

Bloger Aleksandr Lapşinin ölkəmizin sərhədlərini pozduğu və işğal olunmuş Azərbaycan torpaqlarına icazəsiz səfər etdiyi üçün Azərbaycanın sorğusu əsasında Belarusda saxlanması məsələsinə də münasibət bildirən Sergey Lavrov Rusiyanın istənilən jurnalist və şəxsin hər hansı yeri ziyarət etməsinin kriminallaşdırılmasının əleyhinə olduğunu bildirib: "Biz həmçinin Rusiya vətəndaşının üçüncü ölkəyə ekstradisiyasına qarşıyıq. Bizim Belarusla istənilən şəxsin ekstradisiya sahəsində vahid siyasətimiz mövcuddur və bu məsələ ilə əlaqədar diplomatik fəaliyyət aparmışıq. Lapşin həmçinin İsrail vətəndaşıdır. İsrail diplomatları da onunla təmasdadırlar. Bütün tədbirləri görəcəyik ki, məsələ həll olunsun. Təbii ki, bu, Rusiya vətəndaşının bütün hüquqlarının qorunması şərti ilə ediləcək”.

Qeyd edək ki, Rusiya XİN rəhbərinin bu açıqlamaları Azərbaycanda narazılıqla qarşılanır.

Politoloq Əli Orucluya görə, Sergey Lavrovun bu açıqlaması Rusiyanın təkcə Azərbaycana deyil, ümumilikdə beynəlxalq hüquqa və nizam-intizama göstərdiyi münasibətin daha bir aydın ifadəsidir. Onun sözlərinə görə, Moskvanın dövlətlərin daxili işlərinə qarışması, separatizmi dəstəkləməsi yürütdüyü siyasətin tərkib hissəsidir: "Lavrovun münaqişəyə və Azərbaycanın ərazi bütövlüyünə bu cür sayğısızlığı təəssüf və etiraz doğurmaya bilməz. ATƏT-in Minsk qrupunun həmsədrlərindən və BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi işğalla bağlı bu qurumların qəbul etdiyi qətnamələri və digər sənədləri nəzərə almamaq, açıq-aşkar işğalçıya dəstək verməkdir, beynəlxalq hüquqa və qurumlara "tüpürməkdir”. Hesab edirəm ki, Lavrovun bu sərsəmləmələrinə təkcə xarici işlər nazirinin etirazı ilə kifayətlənməməli, daha sərt formada cavabı verilməlidir”.Politoloq Əli Orucluya görə, Sergey Lavrovun bu açıqlaması Rusiyanın təkcə Azərbaycana deyil, ümumilikdə beynəlxalq hüquqa və nizam-intizama göstərdiyi münasibətin daha bir aydın ifadəsidir. Onun sözlərinə görə, Moskvanın dövlətlərin daxili işlərinə qarışması, separatizmi dəstəkləməsi yürütdüyü siyasətin tərkib hissəsidir: "Lavrovun münaqişəyə və Azərbaycanın ərazi bütövlüyünə bu cür sayğısızlığı təəssüf və etiraz doğurmaya bilməz. ATƏT-in Minsk qrupunun həmsədrlərindən və BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi işğalla bağlı bu qurumların qəbul etdiyi qətnamələri və digər sənədləri nəzərə almamaq, açıq-aşkar işğalçıya dəstək verməkdir, beynəlxalq hüquqa və qurumlara "tüpürməkdir”. Hesab edirəm ki, Lavrovun bu sərsəmləmələrinə təkcə xarici işlər nazirinin etirazı ilə kifayətlənməməli, daha sərt formada cavabı verilməlidir.

Mən həm də o fikirdəyəm ki, Azərbaycan iqtidarı hələ də dostunun və düşməninin kim olduğunu tam ayrıd edə bilməyib. Münqişənin ATƏT-in öhdəsinə buraxılması yanlışdır və bu yanlılıq uzun illərdir ki, davam edir. Mən demırəm ki, Rusiyaya qarşı cəbhə açaq, münasibətlərin və əlaqələrin korlanmasına təsir edəcək addımlar atılsın. Bəlkə də Lavrov belə fikirləri bilərəkdən söyləməklə Moskva ilə Bakı arasında olan münsibətlərə xələl gətirmək məqsədi güdüb. Lakin bu kimi həssas mövzulara qərəzli və birtərəfli yanaşıldıqda adekvat cavab verilməlidir. Bu Azərbaycanın daxili işlərinə açıq müdaxilə, suverenliyinə hörmətsizlik və təhdid deməkdir. Dağlıq Qarabaq münaqişənin həllini tədricən Azərbaycan öz daxili və milli işi, vacib pobleminə çevrilməsinə doğru istiqmət götürməlidir. Bu Azərbaycan xalqının və dövlətinin çözə biləcəyi və çözməli olduğu problemdir.
Münaqişənin həllinin xarici vasitəçilərdən, hansısa qurumlardan alaraq daxilimizə daşımağın artıq çoxdan zamanıdır."

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Sergey Lavrov, nəhayət, ağzında saxladığı fikri dilə gətirib. "Mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı suala Lavrov belə cavab verdi ki, "Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır”. Başqa sözlə, Lavrov demək istəyir ki, Dağlıq Qarabağın statusu bəlli olmalı və Azərbaycan müharibəyə başlamayacağı təminatı verməlidir ki, işğal altındakı torpaqlar boşaldılsın” deyən politoloqun fikrincə, bu cür həll bizə lazım deyil: "Lavrovun dedikləri Dağlıq Qarabağın "müstəqilliyinə” yol açır. Lavrov tam ermənilərin dediyini təkrarlayıb və İrəvanın çox çalışdığı "paket həll” variantını tələffüz edib. Bundan sonra hələ də inananlar var ki, Rusiya Ermənistanı Dağlıq Qarabağ ətrafındakı rayonları qeyd-şərtsiz boşaltmağa məcbur edəcək”.
Şahinoğlunun dediyinə görə, Rusiyanın xarici siyasət idarəsinin rəhbərinin mətbuat konfransında Qarabağla bağlı söylədiklərinin hamısı Azərbaycanın əleyhinədir: "O hətta Qarabağa səfər edən jurnalistə də dəstək verib”.

Politoloq Nəsimi Məmmədli isə bildirdi ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olsa da, faktiki olaraq Qarabağ probleminin yaradıcısı və ətraf rayonların da daxil olduğu işğalı gerçəkləşdirən dövlətdir. Müsahibimizin fikrincə, bu həqiqəti Azərbaycan hökuməti beynəlxalq tribunalardan sərt şəkildə səsləndirmədikcə, ünvanı dünya ictimaiyyətinə birbaşa göstərmədikcə problemin həllində müsbət dönüş mümkün olmayacaq: "Nə Rusiya öz bəyanatlarına və siyasətinə korrektlər edəcək, nə də başqa dövlətlər bu həqiqəti səsləndirərək işğalçılara təzyiq göstərəcək”.

Onun sözlərinə görə, Rusiya Ermənistanın strateji müttəfiqi və etibarlı dostu kimi durmadan onları ən müasir silahlarla silahlandırır. Bu bədnam qonşularımız isə hər əlverişli məqamda torpaqlarımıza göz dikir, suverenliyimizə təhlükə törədir və milli mövcudluğumuza qənim kəsilir. "Rusiyanın problemin həllinə yanaşmasında, hərbi-siyasi davranışlarında hər hansı təəccüblü hal yoxdur. Rusiya daim Ermənistanın maraqlarını qoruyub və imkanı çatdıqca qoruyacaq. Bu, onun yüzillərə dayanan "Qafqaz siyasəti”nin əsas sütunlarından biridir. Odur ki, Lavrovun açıqlaması birbaşa Rusiya Federasiyasının təməl siyasi kursudur”.

Məmmədli təəssüflə bildirdi ki, Azərbaycanın hazırkı diplomatiyası ölkəmizə yaxşı gələcək vəd etmir. Politoloqun fikrincə, bu siyasətin davam etməsi həm təhlükəsizliyimizə ciddi təhdid yarada, həm də ölkəmizin beynəlxalq aləmdən təcridinə gətirib çıxara bilər: "Dünyanın nəhəng dövlətlərinin toqquşan və uzlaşan maraqları kontekstində yeni beynəlxalq siyasi münasibətlər sistemi yaranmaqdadır. Belə bir şəraitdə münaqişəli dövlətlərin aydın xarici siyasət yürütmələri vacibdir. Nədənsə hökumət rəsmiləri siyasi seçim öncəliyini Rusiyaya verib. Hətta bir sıra məsələlərdə Qərblə münasibətləri süni şəkildə gərginləşdirib Rusiya ilə açıq və gizli həmrəylik nümayiş etdirmək daha ciddi problemlərə yol aça bilər. Hesab edirəm ki, Azərbaycan hökuməti Rusiyanın Qarabağla bağlı ssenarisində rol almaqdan qəti şəkildə imtina etməlidir”.

Millət