Şriftin ölçüsü / 639

Ayaz Mütəllibov niyə məsuliyyətdən kənarda qalıb?

19 Yanvar 2017 [17:31]
İki gündən sonra 1990-cı ilin 20 Yanvar faciəsi bütün ölkədə qeyd ediləcək. Lakin təəssüflər olsun ki, üstündən 27 illik bir zaman keçməsinə baxmayaraq, hələ də 20 Yanvar faciəsinin müqəssirləri məsuliyyətə cəlb edilməyib. Hansı ki, bu mənzərə özlüyündə bəzi sualları aktuallaşdırır.

Azərbaycan höluməti bunca müddət ərzində 20 Yanvar faciəsinin müqəssirlərinin məsuliyyətə cəlb edilməsi istiqmaətində bütün lazımi addımları atıbmı? Doğrudanmı bu məsələdə rəsmi Bakının edə biləcəyi heç nə yoxdur?

Moderator.az-a açıqlama verən AMİP Siyasi Şurasının üzvü Əli Orucov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

"Çox təəssüf ki, Azərbaycanda faciələrimiz ancaq ildönümlərdə yada salınır. Həmin gün bir-iki tədbir keçirməklə işlərimizi bitmiş hesab edirik. Dediklərimizi də özümüzdən başqa eşidən olmur. Bunun üçün sistemli və ardıcıl iş aparılmalı, dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərini çatdırmaq lazımdır. Bunu dövlət yürütdüyü xarici siyasətin proritetlərindən birinə çevirməlidir. İstər 20 Yanvar, istər Xocalı, istər soyqırım olsun, bunlar umummilli ideologiyaya çevrilməli, birləşdirici faktor olmalıdır. Təəssüf ki, biz bu təbliğatdan istıfadədə ermənilərdən çox geridə qalırıq. Doğrudur, son illər H.Əliyev Fondu bununla bağlı xeyli işlər görüb. Müəyyən nəticələri də var. Lakin bunu təkcə Fondun üzərinə qoymaq, onun uğurlarına şərik olmaq doğru deyil. Belə səthi yanaşmaların nəticəsidir ki, 20 Yanvar qətliamının da, Xocalının da, digər faciələrimzin də günahkarları, bu insanlıq əleyhinə olan cinayətkarlarda əli olan canilər hüquqi məsuliyyətdən kənarda qala biliblər. Qorxmaq, çəkinmək lazım deyil, cünkı haqq, ədalət bizim tərəfdədir.

20 Yanvar Şəhidləri anım günü də gördüyünüz kimi, bır-iki gün deyəcəyik, ağlayıb-sızlayacağıq, sonra bu məsələ qalacaq növbəti ildönümünə.

20 Yanvar qırğınlarında birbaşa əli olan və bu qırğını tərədən keçmiş SSRİ-nin rəhbər şəxsləri qalsın bir yana, o vaxt sovet qoşunlarını Bakıya dəvət edənlərdən olan o zamankı Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovun hüquq-mühafizə oraqanları heç ifadəsini almayıb, hadisələri araşdırmayıblar. Əsil faciə baxın budur”.


Millət