Şriftin ölçüsü / 533

Nazir Ə.Qarayev idarə rəislərini təyin etdi

27 Yanvar 2017 [14:26]
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən Ramiz Quliyev Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin, Ramiz Məmmədov Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin, Sənan Hacıyev Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin, İlyas Hacıyev Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin, Rza Quluyev Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin, Tahir Əliyev Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin, Əhməd Ramazanov Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin, Elçin Hüseynov Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin, Lətifə Mövsümova Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin, Vüsal Nəsirli Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.


Millət