Şriftin ölçüsü / 633

"Gənc psixoloqların birinci debat çempionatı" yekunlaşdı

27 Yanvar 2017 [14:34]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun 8-ci qrant müsabiqəsinin qaliblərindən biri olan Allahquluzadə Nərgizin rəhbərliyi ilə "Gənc Psixoloqların birinci Debat Çempionatı” layihəsinin təlimləri başa çatdı.

Təlimlər üç mərhələdə həyata keçirildi. İlkin mərhələdə iki qrup olaraq gənclər debatın qaydaları, prinsipləri, mövzu seçimi və.s kimi debat haqda ilkin məlumatları əldə etdilər.

Təlimin ikinci günü isə debatın mərhələləri, spikerlərin vəzifələri və.s kimi bilgilərlə məlumatlandırıldılar. Son gün isə debatın necə olduğunu göstərmək üçün peşəkar debatçılar əyani şəkildə debat oynadılar. Təlimlərin keçirilməsində Sənan Niyazi, Ürfan İsmayılov və digər debat təcrübəsinə malik təlimçilər iştirak etmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Gənc Psixoloqların birinci Debat Çempionatı” layihəsinin təlimləri zamanı Allahquluzadə Nərgizə təşkilatı işlərdə Debat Vətəndaş Cəmiyyəti (DVC) və Gənc Psixoloqlar İctimai Birliyi (GPB) dəstək olmuşdur.


Nisə Rəhimova