Şriftin ölçüsü / 778

İlk növbədə xalq problemləri görüb birləşməli öz sözünü deməyi bacarmalıdır

01 Fevral 2017 [14:58]
Əli Orucov: "Xalq problemləri görüb birləşməli və müxalifətin birliyinə qoşulmalıdır”
.
"Millətin bu birlikdə iştirakı olmalıdır”

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) siyasi şurasının üzvü Əli Orucov "Cümhuriyət” qəzetinə deyib ki, müxlaifətin birliyi Azərbaycan kimi ölkələrdə o qədər də əhəmiyyət daşımır. Ə.Orucovun sözlərinə görə, əgər seçkilərin nəticələri total şəkildə pozulursa, seçicilərin prosesdə iştirakı normal qaydada təmin olunmursa, müxalifətin hansısa formada seçkilərdə öz namizədi, yaxud namizədləri ilə iştirakı müsbət nəticə verməyəcək: "İlk növbədə ölkədə normal seçki mühitinin yaradılmasına nail olmaq lazımdır. Bu problem həll olunsa, birləşib-birləşməmək o qədər də vacib olmayacaq. İlk növbədə xalq problemləri görüb birləşməli və müxalifətin birliyinə qoşulmalıdır. Məsələ də xalqın birliyi olmalıdır. Millət öz sözünü deməyi bacarmalıdır”.


Mənsur