Şriftin ölçüsü / 628

Cəb­hə xət­tin­də tez-tez təx­ri­bat­lar tö­rə­dən Er­mə­nis­tan...

06 Fevral 2017 [14:11]
ATƏT-in Minsk Qru­pu­nun həm­sədrlə­ri Mün­hen təh­lü­kə­siz­lik konfran­sı çər­çi­və­sin­də Azər­bay­can və Er­mə­nis­tan xa­ri­ci iş­lər na­zir­lə­ri­nin gö­rü­şü­nü təş­kil et­mə­yə ha­zır­dır. Xə­bər ve­ril­di­yi ki­mi, bu ba­rə­də ATƏT-in Minsk Qru­pu­nun ru­si­ya­lı həm­səd­ri İqor Po­pov mə­lu­mat ve­rib. Onun söz­lə­ri­nə gö­rə, gö­rüş fev­ra­lın or­ta­la­rın­da təş­kil olu­na bi­lər.

Po­pov qeyd edib ki, həm­sədrlər konfrans çər­çi­və­sin­də hər iki öl­kə­nin XİN rəh­bər­lə­ri­lə ay­rı-ay­rı­lıq­da gö­rüş­lər ke­çir­mək is­tə­yir: "Əgər na­zir­lər ma­raq nü­ma­yiş et­dir­sə­lər, biz on­la­rın bir­gə gö­rü­şü­nü təş­kil edə­cə­yik".

Həm­sədr bil­di­rib ki, ötən yay Sankt-Pe­ter­burqda əl­də olu­nan ra­zı­laş­ma­ya əsa­sən, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li ilə bağ­lı Ru­si­ya-Azər­bay­can-Er­mə­nis­tan for­ma­tı üz­rə iş­lər da­vam et­di­ri­lir: "Bu ya­xın­lar­da Dağ­lıq Qa­ra­bağ mə­sə­lə­si Ser­gey Lav­rov­la Ed­vard Nal­bandyan və da­ha son­ra El­mar Məm­məd­ya­rov tə­rə­fin­dən mü­za­ki­rə olu­nub. La­zı­mi şə­ra­it ya­ra­dıl­dıq­dan son­ra üç­tə­rəf­li gö­rü­şün ke­çi­ril­mə­si üçün də im­kan mey­da­na gə­lə­cək".

Qeyd edək ki, 53-cü il­lik Mün­hen Təh­lü­kə­siz­lik Konfran­sı 17-19 fev­ral ta­rix­lə­rin­də ke­çi­ri­lə­cək.

Bu ara­da Azər­bay­can xa­ri­ci si­ya­sət ida­rə­si­nin baş­çı­sı El­mar Məm­məd­ya­rov de­yib ki, sül­hün tə­min olun­ma­sı ilə bağ­lı po­zi­tiv­lik yox­dur: "Re­gi­on­da sül­hün tə­min olun­ma­sı, re­gi­o­nun gə­lə­cək in­ki­şa­fı və mü­na­qi­şə­nin həl­li perspek­tiv­lə­ri ilə bağ­lı bir də­nə də ol­sun po­zi­tiv fi­kir yox­dur".

Bü­tün bun­la­rın fo­nun­da, uzun fa­si­lə­dən son­ra iki öl­kə xa­ri­ci iş­lər na­zir­lə­ri­nin gö­rü­şü baş tu­tar­sa, Mün­hen da­nı­şıq­la­rın­dan nə­sə göz­lə­mə­yə də­yər­mi?

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən AMİP-in baş ka­ti­bi Ar­zu­xan Əli­za­də­nin söz­lə­ri­nə gö­rə, in­di­ki şə­ra­it­də da­nı­şıq­lar­dan han­sı­sa po­zi­tiv nə­ti­cə göz­lə­mək yer­siz­dir: "Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­zam­lan­ma­sı is­ti­qa­mə­tin­də da­nı­şıq­lar bər­pa olu­na bi­lər. An­caq bu o an­la­ma gəl­mə­mə­li­dir ki, ke­çi­ri­lən gö­rüş da­nı­şıq­lar­da han­sı­sa irə­li­lə­yi­şi özün­də eh­ti­va edə­cək. Bu gö­rüş da­nı­şıq­lar pro­se­sin­də ya­ra­nan fa­si­lə­nin ara­dan gö­tü­rül­mə­si ba­xı­mın­dan ilk ad­dım ola bi­lər. Da­nı­şıq­la­rın da­yan­ma­sı­nın sə­bə­bi isə ye­nə də iş­ğal­çı öl­kə­nin destruk­tiv möv­qe tut­ma­sı ilə bağ­lı­dır. Cəb­hə xət­tin­də tez-tez təx­ri­bat­lar tö­rə­dən Er­mə­nis­tan tə­rə­fi bu­nun­la da­nı­şıq­lar­dan ya­yın­ma­ğa ça­lı­şır. Be­lə olan hal­da, Mün­hen da­nı­şıq­la­rın­dan nə­sə göz­lə­mək olar­mı? Tə­bii ki, bu­na inan­maq sa­də­lövhlük olar. Həm­sədrlər da­nı­şıq xa­ti­ri­nə gö­rü­şü təş­kil edir­lər. He­sab edir­lər ki, heç ol­ma­maq­dan­sa, ol­ma­ğı yax­şı­dır. Tə­ki re­gi­on­da ge­niş­miq­yas­lı hər­bi toq­quş­ma­lar baş­la­ma­sın. Baş­qa bir tə­rəf­dən, ap­rel­də Er­mə­nis­tan­da seç­ki ke­çi­ri­lə­cək. Er­mə­nis­tan par­la­mentli döv­lə­tə keç­mək is­tə­yir. Seç­ki­lər ya­xın­laş­dıq­ca, öl­kə­də gər­gin­lik, intri­qa­lar ar­tır. Be­lə bir mü­rək­kəb si­tu­a­si­ya­da Mün­hen gö­rü­şün­dən nə­sə göz­lə­mək əbəs­dir".


Millət