Azərbaycanda İslam ölkələrinin həmrəylik idman yarışları
06 Fevral 2017 [14:15]
İslam
ölkələrinin həmrəylikləri üçün idman yarışlarının keçirilməsi hər mənada çox
vacibdir.
Ən əvvəl
islam ölkələrinə dünyada gedən qlobal məsələlərin həllində aparıcı yer tutmaq
getdikcə çox böyük bir problemə çevrilir.
Bu,
qlobal məsələlərə ərazi bütövlüyü, ekoloji problemlər, qida-ərzaq, dərman,
silah,elm və təhsilin inkişaf istiqamətlərinin keyfiyyəti, yerinin müəyyənləşdirilməsi
və s. aid olunur.
Qlobalizasiya
gedən müasir dünyada artıq ölkələrə bir mənalı şəkildə aşagılayıcı olaraq bazar
kimi baxılır.
Fikir
verin, ən əsası da bu mənada islam ölkələrinə yanaşma bazar münasibəti kimidir.
Dünyada aparılan müharibələr elə bazarlar ("ölkələr”) uğrunda aparılan mübarizə-müharibələrdir.
Təbii
ki, ölkədə demokratiya və güclü konstitusion idarəedici hakimiyyət varsa o ölkəyə
yanaşma fərqli və ehtiyatlı olur.
Xüsusən
də islam ölkəsində.
Dünyada
faktiki olaraq xristian ölkələrinin ərazilərində birbaşa müharibələr aparılmır.
Çünki,
onlarda hərtərəfli həmrəyliklər neçə yüz illərdir ki, mövcuddur. Hətta öz
"Papa”ları da var.
Təbii
ki, ağıllıdırlar. Harda ki, elmə, təhsilə və demokratiyaya üstünlük verilir,
orada problemlər az və həlli sadə olar. Bu isə dövlətin müstəqil təbii yaşam
düsturudur.
Azərbaycanda
tarixən bütün dinlərə münasibət fərqsiz olub. Digər din və din sahibləri heç
bir fərq qoyulmadan bizdə həmişə yaşayiblar və yaşayirlar.
Hətta
buna baxmayaraq bu gün müstəqil Azərbaycan dövləti çox saylı dinlərin –
multikulturizmin deyərdim ki, mərkəzlərindən biri olsa da baxın, işğal olunmuş
Qarabağ torpaqlarımızı azad etməyimizə nə qədər açıq təhdidlər edirlər. Bu
faktdir.
Dünyada
islamafobiya deyil, xristianofobiya var. Xristian ol, problemin yoxdur.
İslamafobiyanı da onlar çıxarıblar və istifadə edirlər. Söhbət insanlardan
getmir, problem siyasətdədir.
Açığı
bunun digər bir səbəbi də islam ölkələri arasında həmin o qlobal problemlərdə
tam və yekdil həmrəyliyin olmamasıdır.
Yenə
özümüzün torpaqlarımızın tamlığı problemini misal göstərə bilərəm.
Ona
görə də islam ölkələri arasında müxtəlif sahələr üzrə həmrəyliyin –
yaxınlaşmaların aparılması çox aktual və vacibdir.
Müstəqil
Azərbaycan Dövlətimizin bu gün, bu mənada apardığı siyasətin düşüncəli, uğurlu
və ölkəmizə həm də beynəlxalq aləmdə - qlobal probləmlərin həllində bütöv söz və
əməl sahibi olduğumuzun sübutudur - göstəricisidir.
Torpaqlarımızın
işğaldan azad olunması və həmrəyliklərimizin getdikcə çoxalması istiqamətində
aparılan işlərdə, fikrimcə heç bir müxalifət – iqtidar münasibətlərinin
axtarışından belə söhbət gedə bilməz.
Bakida
keçiriləcək bu idman yarışı özümüzün müstəqil düşüncəmiz, hərəkətimiz, dünya ölkələri
arasında sayılan yerimiz və ən nəhayət də yüksək həmrəylik, dini mədəniyyətimizin
sübutu olacaqdır.
Müstəqil
Azərbaycan Dövləti olaraq biz bunu 2012 Avrovijın mahnı festifalında, 2015
Avropa oyunları idman yarışlarında da təsdiq etmişik. İnşəallah bu yarış da
uğurla yerinə yetiriləcəkdir.
İdeologiyamız,
düşüncəmiz, hər bir sahədə həmrəyliyə, demokratiyaya, elmə, təhsilə, mədəniyyətə
əsaslanmaqla inkişaf yolumuz ancaq və ancaq Azərbaycan dövlətinin müstəqilliyidir.
P.S. Müəllifin
Avropa mahnı festivalı ilə əlaqədar "Təbib” qəzetinin №11, 14, iyun 2012-ci il
tarixli yazısında və I Avropa oyunları ilə bağlı məqaləsi "Millətim” qəzetində
2015-ci il fevralın 2-də çap edilmiş, həmçinin "Millət.az” saytında verilmişdir.