Şriftin ölçüsü / 550

Autizm sindromlu uşaqları olan ailələrin maarifləndirilməsinə başlanıldı

06 Fevral 2017 [14:37]
Bakı şəhərində "Autizm sindromlu uşaqları olan ailələrin maarifləndirilməsi” layihəsi icra edilir. Məlumata görə, Kəmalə Həmidovanın rəhbərliyi ilə icra edilən layihə Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qaliblərindən biridir və fondun dəstəyi ilə həyata keçirilir.
Azərbaycanda autizm sindromlu uşaqları olan valideynlərin maarifləndirilməsi layihəsinin icrası müddətində həm ailələrin, həm də gənclərin bu mövzuda maarifləndirilməsi üçün təlimlər və fərdi konsultasiyalar nəzərdə tutulmuş, layihənin artıq 2 təlimi keçirilmişdir.
Təlimlərdə Mədinə Tibb Mərkəzinin psixoloqu Gülnar Səttarova autizm sindormu, əlamətləri, yaranma səbəbləri, autizm sindromlu uşaqların özünəməxsus, sərhədli və rutin davranışları, simptomları barədə danışaraq, əyani formada əlamətləri göstərdi, psixoloq-təlimçi tərəfindən terapiya üsulları, özbaxım bacarıqları haqqında ətraflı məlumat verildi, videolar vasitəsi ilə terapiya formalarını əyani şəkildə nümayiş etdirildi, təlimçi loqoped Dürdanə Bağırova autizm sindromlu uşaqlarda mövcud nitq problemləri ilə işləmə üsulları barədə danışaraq, əyani şəkildə istifadə edilən metodikaları nümayiş etdirdi, pedaqoq Arzu Abdulla isə ayrı-ayrı tapşırıqlar vasitəsi ilə autizm sindromlu uşaqlarda kiçik matorikanın inkişaf etdirilməsi ilə bağlı ətraflı məlumat verdi. Təlimlərdə təkrar-təkrar autizm sindromuna olan yanaşmanın autizm sindromlu uşaqların reabilitasiya prosesinə faydalı olmasında çox önəm daşıması vurğulandı.
Autizm sindromlu uşaqları olan ailələlərin maarifləndirililməsi layihəsinin növbəti təlimi növbəti həftə autizm sindromlu uşaqları olan ailələr üçün keçiriləcək.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi, Mədinə Tibb Mərkəzinin və Gənc Psixoloqlar İctimai Birliyinin təşkilatı dəstəyi ilə həyata keçirilir.



Nisə Rəhimova