Şriftin ölçüsü / 635

Ifrat tənqid də, tərirf də inkişafa aparmaz

22 Fevral 2017 [18:02]

Hər ikisi dağıdıcıdır, qurucu deyil
Tənqid sözünün kökü "tən”-dir, yəni tənqid etdiyin hadisənin qabardılmasından da çox ,onun baş verməsində özünün də günahını, səhvinı görürsən. Özün də dediyin fikirə tən gəlməlisən.

Bəzən başa düşülmür , ağac öz meyvəsini tənqid edir. Axı o meyvə ücün səni torpağa əkiblər, su, gübrə veriblər, dibini belləyiblər, sən də o meyvəni yetişdiribsən. Sən axı onda kimi tənqid edirsən.

Sən tənqid yox, ətrafdan, təbiətdən üzr istəməlisən və geri çəkilməlisən ki, bir də ziyanlı meyvə yetişdirməyəsən.

Evin yox idi, ev tikildi, indi evdə nə isə xoşuna gəlmir başlayırsan tənqid etməyə. Evi kimlərsə uçurmaq istəyir. Sən də yenə tənqid edirsən, bəlkə evi ucurmaq istəyənlərə hec xəbərin olmasa belə qoşulubsan?

Tənqid cəmiyyətdə özünə artıq yer tutub. Bəzən pataloji hal forması olaraq problemi həll etmək əvəzinə öz həmfikirlərini də başlayırsan tənqid etməyə ki, problemləri məndən yaxşı həll edən tapılmaz. Burada həm tənqid xatirinə tənqid var, həm də özünü şişirtmə. Bu artıq təzaddır. Buna eyforiya da deyilir.

Bəzi adamlar özlərinin ciyninə, ancaq tənqid generalı markası yapışdırıblar. Beləki hər hansı bir prosesə özünün dediyi kimi tənqidi fikir söyləməsə onun "generallığını sanki əlindən alarlar.
Ən əsası odur ki, nə tənqid edirsinizsə edin, amma müstəqil evimiz olan- dövlətimizi qoruyun. Yenə də yad əllər, yad əlifbalar, yalançı tarixlər, yad familiyalar, küləklər, tozanağımızı götürməsinlər. Tarixin arxivinə yenidən atılmayaq.

Nə göylərə qalxmaq istəyirəm,nə də ayaq altında qalmaq. İnsan kimi sadə, inkişafa mane olmayan, başqasının uğrunu öz uğru kimi qəbul edənlərin icərisində özümü rahat hiss edərdim.

Vallah bilmədim tənqid etdim, yoxsa tərif. Sadəcə öz Müstəqil Dövlətimdə (evimdə) isinmək, işləmək, rahat yaşamaq istəyirəm. Amma dəqiq bilirəm ATA-ANA və Vətəndən başqa hər şeyi insan özü secməlidir. Yoxsa faciədir, yəni bir birini inkar etmək başlayır. Cəmiyyətin ən ağır siyasi xəstəliyi də elə budur. Bundan uzaq duraq.

Tənqid və tərif bir birini tamamlayanda cəmiyyətin nizam tərəzisi düzələr.
Haqqı nahaq yeyən, zamanında qan qusar
Haqdan qorx, nahaqdan uzaq dur.
Haqq insanın zəhmətidir
Haqqı bastalamaq- Allahı inkar etmək, Ata-Ananı ac qoymaqdır.
Haqqı taptalamaq- Allahın qapılarını üzünə baqlamaqdır.
Haqq səfalı dünya, nahaq isə çirkablıqdır.
Haqq mərdliyin, nahaq isə namərdliyin rəmzidir.
Haqq istilik, nahaq soyuqluq gətirər.
Əsil insanın adı haqq, soyadı isə zəhmətdir.

AYDIN ƏLIYEV
AMİP MŞ sədri, dosent