Şriftin ölçüsü / 478

Sar­kis­yan bu bə­ya­na­tı tə­sa­dü­fən səs­lən­dir­mə­yib

10 Mart 2017 [18:54]
El­şən Mus­ta­fa­yev: "Sar­kis­yan onu bü­rü­yən təh­lü­kə­ni dərk et­di­yi üçün be­lə eti­ra­fı et­mə­yə məc­bur­dur"

Fran­sa­ya sə­fər et­miş Er­mə­nis­tan pre­zi­den­ti Serj Sar­kis­yan "Fran­ce Press" agentli­yi­nə mü­sa­hi­bə­sin­də Qa­ra­bağ­da mü­ha­ri­bə təh­lü­kə­si­nin qal­dı­ğı­nı de­yib.

Onun söz­lə­ri­nə gö­rə, er­mə­ni ic­ti­mai şü­u­run­da hər­bi əmə­liy­yat­la­rın baş­la­ma­sı za­man mə­sə­lə­si­dir, ola bil­sin bir ne­çə həf­tə və ya ayın mə­sə­lə­si­dir. "Bu sə­bəb­dən si­lah­lı qüv­və­lə­rin baş ko­man­da­nı və mü­da­fiə na­zi­ri gü­nü sa­bah baş­la­ya bi­lə­cək mü­ha­ri­bə­yə ha­zır ol­ma­lı­dır", - de­yə Sar­kis­yan bil­di­rib.

Bu­nun­la be­lə, Er­mə­nis­tan döv­lət baş­çı­sı əla­və edib ki, hər­bi əmə­liy­yat­la­rın bər­pa­sı­nın ya­xın gə­lə­cə­yin mə­sə­lə­si ol­du­ğu­na inan­mır, an­caq heç nə­yi is­tis­na et­mir.

Sar­kis­yan Ru­si­ya­nın Azər­bay­ca­na mil­yard dol­lar­lıq si­lah sat­ma­sı­nı "ağ­rı­lı qar­şı­la­dıq­la­rı­nı" da bil­di­rib.

"Biz bun­dan tə­əs­süf­lə­ni­rik, çün­ki Ru­si­ya bi­zim stra­te­ji müt­tə­fi­qi­miz­dir", - o de­yib.

Sar­kis­ya­nın atəş­kə­sin bir ne­çə həf­tə­yə po­zu­la bil­mə­si­nə işa­rə et­mə­si nə­yin əla­mə­ti sa­yı­la bi­lər?

AMİP Katibi  El­şən Mus­ta­fa­ye­vin söz­lə­ri­nə gö­rə, Sar­kis­yan bu bə­ya­na­tı tə­sa­dü­fən səs­lən­dir­mə­yib: "Ar­tıq Er­mə­nis­tan pre­zi­den­ti dərk edir ki, ma­nevr im­kan­la­rı bi­tib. Heç bir gü­zəş­tə get­mə­mək­lə konflik­tin həl­li­nə ma­ne olur. Azər­bay­can isə möv­qe­yin­də­ki prin­si­pi­al­lı­ğı qo­ru­yur. Bu­nun da so­nu mü­ha­ri­bə­yə sə­bəb ola bi­lər. Məhz bu­nu dərk et­di­yi üçün mü­ha­ri­bə anon­su ve­rir. Bi­lir ki, Azər­bay­ca­nın öz tor­paq­la­rı­nı azad et­mə­yə tam haq­qı var. Mü­ha­ri­bə ol­sa be­lə, bu, Azər­bay­can xal­qı­nın və döv­lə­ti­mi­zin öz mə­sə­lə­si­dir. Döv­lət baş­çı­sı bu ba­rə­də is­tə­ni­lən an qə­rar qə­bul edə bi­lər. Bu mə­sə­lə an­caq döv­lət baş­çı­sı­nın müs­təs­na sə­la­hiy­yə­ti­nə da­xil mə­sə­lə­dir, ikin­ci və ya üçün­cü bir qüv­və­nin Azər­bay­ca­nın mü­ha­ri­bə­yə baş­la­yıb-baş­la­ma­ma­sı mə­sə­lə­si­nə heç bir aid­diy­yə­ti yox­dur. Ay­dın­dır ki, Azər­bay­can Dağ­lıq Qa­ra­bağ mə­sə­lə­sin­də tam haq­lı möv­qe sər­gi­lə­yir, möv­cud sta­tus-kvo ilə qə­tiy­yən ba­rış­mır. Döv­lət baş­çı­sı da də­fə­lər­lə qeyd edib ki, biz heç vaxt möv­cud sta­tus-kvo ilə ba­rış­mı­rıq və tor­paq­la­rı­mı­zı iş­ğal­dan azad edə­nə qə­dər möv­qe­yi­miz­dən dön­mə­yə­cə­yik.

Azər­bay­can tam haq­lı­dır və sər­gi­lə­di­yi möv­qe bir­ba­şa bey­nəl­xalq hü­quq nor­ma­la­rı­na əsas­la­nır. Sar­kis­yan onu bü­rü­yən təh­lü­kə­ni dərk et­di­yi üçün be­lə eti­ra­fı et­mə­yə məc­bur­dur".