Şriftin ölçüsü / 302

Siyavuş Novruzovun portallarla bağlı təklifi gecikmiş təklif idi

13 Mart 2017 [17:36]
Milli Məclisin deputatı Siyavuş Novruzovun məlum təklifi təkcə sosial şəbəkələrlə yox, eyni zamanda internet portalları ilə də bağlıdır.

Bunu SalamNews-a Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan deyib.

Aqil Aslan vurğulayıb ki, S.Novruzov deyib ki, kimlərsə internet portallarında, sosial şəbəkələrdə saxta adlarla kimlərisə təhqir edir, böhtan yazır: "O, təklif edib ki, buna görə ya internet portalının sahibi məsuliyyətə cəlb olunmalıdır, yaxud da elə bir sistem qurulmalıdır ki, şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib şərh yazılsın ki, təhqir yazanın kimliyi müəyyən edilsin. İndi mən bilmirəm hörmətli millət vəkili dünən Milli Məclisdə müzakirəyə çıxarılan qanunu oxuyubmu? Yoxsa oxumadan belə bir təklif verir? Onsuz da "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklərdə qeyd olunur ki, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında təhqir və böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar yaya bilməz. Yəni bu qadağan edilir. Əgər bu qadağa qanunda öz əksini tapıbsa, o zaman Siyavuş Novruzovun portallarla bağlı təklifi gecikmiş təklif idi.

Qaldı ki, onun sosial şəbəkələrlə bağlı təklifinə, bu, Azərbaycan qanunvericiliyi ilə tənzimlənə bilməz. Çünki sosial şəbəkələr, məsələn, "Facebook", "Twitter" xarici ölkələrə məxsusdur. Onu yalnız ABŞ qanunvericiliyi ilə tənzimləmək olar ki, sosial şəbəkədə qeydiyyat şəxsiyyət vəsiqəsilə olsun, ya olmasın. Hal hazırda Azərbaycan vətəndaşlarının daha çox istifadə etdiyi sosial şəbəkə "Facebook"dur və onun sahibi də ABŞ vətəndaşıdır. Mark isə "Facebook"da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsi tələb etmir.


Millət