Şriftin ölçüsü / 636

"Bölgələrdən səslər –3” layihəsinin icrasına başlanılıb

13 Mart 2017 [17:48]

Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə icra etdiyi "Bölgələrdən səslər –3” layihəsi artıq start götürüb. Layihənin məqsədi:

– İstedadlı gəncləri üzə çıxarmaq;

– Ədəbiyyat təsərrüfatının canlanmasına dəstək olmaq;

– Yeni imzaların respublika dövri nəşrlərində ardıcıl çıxışına nail olmaq;

– DGTYB-nin bir ədəbi təsisat olaraq institusional inkişafına çalışmaq;

– Şeir festivalı düzənləmək;

– Festivalda daha uğurlu çıxış edən gənc yazarların ödülləndirilməsini təmin etmək;

– "Bölgələrdən səslər” toplusunun 3-cü cildini nəşr etmək;

– Bölgə yazarlarının problemləri və yara­dıcılıq uğurları, habelə bölgələrdəki ədəbiyyat təsər­rüfa­tının bugünü barədə donoru (AGİN), ilgili qurum və quruluşları – ədəbi ictimaiyyəti bilgi­ləndirməkdən (və s.) ibarətdir.

2017-ci ilin iyul ayının birinci ongünlüyündə tamamlanacaq dörd aylıq layihə çərçivəsində gənc, istedadlı yazarların əsərlərindən ibarət "Bölgələrdən səslər – 3” toplusu tərtib edilərək, nəfs nəşrlə ictimaiyyətə təqdim ediləcəkdir.

Qeyd edək ki, DGTYB indiyə kimi "Bölgələrdən səslər” toplunun iki cildini nəşr edərək ictimaiyyətə təqdim edib. Toplunun birinci cildi 2012-ci, ikinci cildi isə 2014-cü ildə işıq üzü görüb. Azərbaycanın müxtəlif bölgələrində yazıb-yaradan və perspektiv vəd edən gənclərin ədəbi örnəklərini əhatə edən toplunun hər iki cildi ədəbi mühitdə maraqla qarşılanıb.


Nisə Rəhimova