İrəvan Azadlıq Təşkilatı əvflə bağlı bəyanat verdi
18 Mart 2017 [11:31]
Azərbaycan Prezidenti İlham Əliyevin martın 16-da
imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam
imzalayıb. Sərəncamla bağlı İrəvan Azadlıq
Təşkilatı bəyanat yayıb. Təşkilatdan "Millət”ə daxil olan bəyanatda deyilir: "Prezident
İlham Əliyevin sonucu əfv fərmanını alqışlayır, müsbət qiymətləndiririk. Lakin İrəvan
Azadlıq Təşkilatı verilən cəzasını tam çəkmiş Əli İnsanova və digər siyasi məhbuslara
şamil edilməməsi təəssüf doğurur.
Təşkilat hakimiyyətin ölkədə milli həmrəyliyə
və barışığa nail olunma istiqamətində müstəsna əhəmiyyət daşıyan siyasi məhbus
problemini birdəfəlik həll etməməsi, siyasi əqidəsinə, tənqidi fikirlərinə və şəxsi
münasibətlərinə görə insan hüquq və azadlıqlarına sayğısız münasibəti, eləcə də
sui-istifadə halları ciddi narahatlıq keçirir.
Təşkilat
hakimiyyəti Azərbaycan Respublikasının Konstitusiyasına, ölkə qanunvericiliyinə,
Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına, həmçinin, üzərinə götürdüyü beynəlxalq
öhdəliklərə və hüquq normalarına əməl etməyə humanizm prinsiplərinə sadiqliq
göstərməyə çağıraraq keçmiş səhiyyə
naziri Əli İnsanov və bütün siyasi məhbusların
tezliklə azadlığa buraxılmasını tələb edir. Hesab edirik ki, bu addım Novruz
Bayramında Azərbaycan xalqına edilən ən böyük təbrik olardı.