Şriftin ölçüsü / 677

Isa Qəmbərovun təyin etdiyi hökümət milli hökümət idimi?

14 Aprel 2017 [16:12]

(Yaxın tariximizə bir nəzər, yaxut Tərtərdən yaxın tariximiz necə görünür?)
Bir tərəfdən sərhəd rayonu, digər tərəfdən də müxtəlif regionların, millətlərin yaşadığı Tərtərdə Xalq Hərəkatı dövründə və sonra vəziyyət daha mürəkkəb idi. Üstəlik bütün hakimiyyətlərin oyunları burada daha çox olduğundan Tərtərdən baxmaqla ölkədə baş verənləri daha aydın görmək olur. Mən kommunizmə inanan olmuşam, universitetdə komsomol işçisi olmuşam. Ancaq atamın, sonralar M.H. Şəhriyarın, Bəxtiyar Vahabzadənin və Universitetdə millətini sevən müəllimlərimin təsiri ilə Türkçülük, Nəsiminin, Füzulinin, Xətainin, bir çox Azərbaycan(TÜRK) və dünya klassiklərinin əsərlərindən Tanrı eşqinə bağlılıq, əşya deyil, insani hisslərin əsiri olmama, millətimə, insanlara, insanlığa lazım ola bilməyin həyat amalı kimi qavramama səbəb olmuşdu. 1977-də böyük Azərbaycan yazıçısı və dövlət adamı Şıxəli Qurbanovun qətlə yetirilməsinin 10 illiyi ilə əlaqədar iştirak etdiyim ilk mitinq yürüş milli hisslərimin güclənməsinə səbəb oldu.
1988-də Tərtərdə hakimiyyət bir Xalq Cəbhəsi elan etdi. Buraya hakimiyyətin adamları-idarə müəssisə müdirləri daxil edilmişdi. Bakıdan fərqli olaraq, rayonda hamı bir-birini tanıdığından bu qurum qəbul edilmədi. Onda hakimiyyət 1989-cu ildə tanınmış ziyalıların bəzilərinin, o cümlədən mənim(o vaxt PXMŞ-da inspektor işləyirdim) də daxil olduğum bir AXC Rayon Şöbəsinin Təşkilat Komitəsini yaratmağa təşəbbüs etdi. Cəmi iki iclasının baş tutduğu bu qurupda istədikləri oyunu oynamağa, xüsusilə yerli-gəlmə, Qarabağlı-qeyri-Qarabağlı oyunları oynanmağa başlandı ki Qarabağlı olsam belə, millətçi kimi, bu hərəkətin millətə qarşı düşmənçilik olduğunu bildiyimdən vəziyyəti dəyişməyə çalışdım. Təşkilat Komitəsində olan gəncləri qovdular ki, siz gedin gənclər təşkilatı yaradın. Dözə bilmədim və: "Sizi mötərizə xaricində qoyacağam”,--deyib çıxdım. Həmin gəncləri toplayıb, yığıncaq üçün vaxt təyin etdim (soralar həmin gənclərin bir çoxunu ələ alıb mənim əleyhimə onlardan istifadə etdilər) və kənd-kənd gəzərək, bütün təzyiqlərə baxmayaraq, Təşkilat Komitəsi yaratmaqla möhtəşəm bir təəsis konfransı keçirdik. Ən böyük zalda insanlar ayaq üsə AXC Tərtər Rayon Şöbəsinin Təəsis olunmasına şahidlik edirdi(konfransın sədri idim və konfransda bütün rayon ictimaiyyəti, mətbuat nümayəndələri təmsil olunurdu).
AXC yaranandan az sonra(1989) kürt Yunusun oğlu İsa Qəmbərov və tərəfdarları(o qrupa P.Hüseynov,Leyla Yunusova, Zərdüşt Əlizadə və.. daxil idilər) Azərbaycanda milli istiqlal hərəkatına qarşı mübarizə aparmaq üçün AXC İdarə Heyəti tərkibində "Liberal” qanad yaratdılar. Onlar Qorbaçovun SSRİ-ni yeni adla (Konfederasiya) saxlamaq planını müdafiə edirdilər.
Həmin il (1989) Ə.Elçibəydən bir teleqram aldıq. Teleqramda AXC sədri bizi Azərbaycan Dram Teatrının zalına- AXC-nin II konfransına dəvət edirdi. Bir neçə saat sonra yeni bir teleqramda İsa Qəmbərov, Pənah Hüseynov, Z.Əlizadə... II konfransdan bir gün öncə Azərbaycan EA Akt zalında müşavirəyə dəvət edirdi.
EA Akt zalına gələndə yerləri hökümət adamları tərəfindən tutulmuş gördük. Çoxumuz ayaq üstə müşavirənin səbəbini maraqla gözləməyə başladıq.Təccübümüzə səbəb bir də Ə.Elçibəyin müşavirədə iştirak etməməsi idi. İsa Qəmbərov rəyasət heyətinə keçib: mən sədrəm,-dedi. O zaman Bakıda tətil hərəkatı genişlənmişdi. Tətil hərəkatına E.Məmmədov başçılıq edirdi. Ermənistana gedən qatarların dayandırılması imperiyaya sərf eləmirdi. Çünki maddi sıxıntıya düşmüş ermənilər Qarabağ oyunundan imtina edə bilərdilər. Bu isə imperiyanın planlarının alt-üst olması demək idi. Pənah Hüseynov: Mən məruzəçiyəm,-dedi və Etibar Məmmədovun ermənilərin hüquqlarını pozduğunu, bunun demokratiyaya zidd olduğunu qeyd edərək onun AXC İdarə Heyəti üzvlüyündən azad olmasını tələb etdi("Biz Bakıda tətil olmasını qərarlaşdırmışdıq, Ermənistana gedən qatarların qarşısının alınmasını deyi, Etibarsa ermənistana gedən qatarların getməsinin qarşısını almaqla, ermənilərin hüquqlarını pozub..?!”). Aydındı ki, zalı tərk etdik və heç bir qərar qəbul edə bilmədilər.
1990 19-20 yanvarda nəinki Bakıda, hətta gedib Lənkəranda meşəyə qaçıb gizlənmiş AXC üzvlərini həps etdilər, İsa hətta Moskva TV ilə müxalifət nümayəndəsi kimi təbliğ olundu. Yanvar soyqırımından dərhal sonra İsa Qəmbərov və tərəfdarları AXC-ni yenidən parçalayıb Şimali Demokratik Azərbaycan Partiyası(ŞDAP) elan etdilər.
İsa Qəmbərov və tərəfdarları imperiyaya qarşı nəinki heç bir tədbirə başçılıq etmədilər, hətta bütan tədbirlərə imperiyanın mənafeyindən qiymət verir, imperiyaya qarşı radikal addımlara qarşı çıxırdılar.
1991-də Azərbaycanın Müstəqilliyi Haqqında Konstitusiya Aktının qəbulu hər bir Vətənsevər üçün gözlənilən böyük nailiyyət idi. Çünkü burada Məmmədəmin və silahdaşlarının əsasını qoyduqları dövlət sisteminin bərpa olunduğu qeyd edilirdi. Amma sən saydığını say, görək imperiya və onun AXC-yə yerləşdirilmiş KQB agentləri nə sayır...
Əgər demokratik qüvvələr hakimiyyətə gəlsəydi nə olardı? 1) Azad parlament seçkiləri keçirilib, azad seçkinin əsası qoyulardı. 2)Müsavatçıların(İsavatçıların yox...) parlamentli respublika sistemi bərpa olunar, parlamentdəki xəyənatkar kommunistlər məclis dışı buraxılardılar. 3) Kiçik bir komissiya yaranar, onların iştirakı ilə KQB arxivləri açılar, hakimiyyətdə təmsil olunan düşmən casusları zərərsizləşdirilərdilər. Beləliklə, Azərbaycan bütün problemlərdən xilas olardı...
Əlbəttə, bu Azərbaycanın düşmənlərinin qorxunc yuxusu idi və buna yol verməmək üçün öz casuslarından ən etibarlısını hakimiyyətə gətirib, bunun qarşısını almalıydılar. Aldılar da...
Erməni havadarı olan 7 ölkənin yardımı ilə hakimiyyətə gətirilən Kürt Yunusun oğlu İsa Qəmbərov bir neçə günə nazirləri, icra başçılarını təyin edərək, KQB arxivlərinin müdafiəsində durdu, parlamant seçkisinin qarşısını aldı, kommunist sistemini bəzi kosmetik dəyişiklərlə bərpa etdi. Bu gün partiyalarının adını Müsavat qoysalar da Müsavatçıların bir neçə günə yaradıb tətbiq etdikləri devlət sisteminin bərpa olunmasının qarşısını almaqla Məmmədəminə və Müsavatçılara ağır zərbə vurdular. Bir adam o yeddi ölkə hökümətindən birinin erməni əleyhdarı, yaxud Azərbaycanın istiqlalı tərəfdarı olduğunu göstərə bilərmi?.. Bircə nümunə, lap S.Dəmirəl olasa belə, o da daxil. Digərlərindən də ki danışmağına dəyməz.
İsa Qəmbərovun hakimiyyətə gətirilməsinə dəstəkçi olsam belə(sonrakı addımlarını gözləmirdim) xeyli əvvəl bəyanat verip AMİP RT təsis etmişdim. İndi isə heç bir partiyaya və liderə inanmıram. On ildən çoxdu biitərəfəm.Türkiyədən MHP yə inamım vardı, onun da lideri qəlp çıxdı.

Tərtərdən "AXC-Müsavat” adlandırılan "milli” hökümətin görüntüsü.
Dedilər qurtardı Vətənin dərdi
Dəyişdilər, qara oldu al masa.
Böyüyümüz təzə darğa göndərdi,
Salam almaz, canı çıxar almasa!
Beləliklə, bütün hakimiyyət- həm ali(parlament: İsa Qəmbərov çıxana qədər Ali Sovet adlandı.), həm də icra strukturları İsa Qəmbərovun əlinə keçdi. Beləliklə, Azərbaycanda KQB agentura şəbəkəsi vasitəsi ilə düşmənə Azərbaycanı parçalamaq, qarşıdurma yaradıb istənilən adamı hakimiyyətə gətirmək, orduya düşmən yerləşdirib torpaqları təhvil vermək üçün hər cür şərait yarandı.
Tərtər bölgəsinə Rusiya-Ermənistan casusu mühüm hərbi vəzifəyə təyin olundu. Ona əsgərlərimizi arxadan güllələtdirmək, ən igid komandirlərimizi güllələmək və torpaqları satmaq üçün hər cür şərait yaradıldı.
Tərtərə Əbdürrəhman Vəzirovun ən yaxın dostu( Ə.Vəzirov Gəncədə birinci katib olanda, Z.İsmayılov "Kirovabad kommunisti” qəzetinin redaktoru idi.) Zahid İsmayılovun( Zahid həmçinin Aşıq Şəmşirin qızının həyat yoldaşıdır) kürəkəni Sərdar Həmidov İcra Hakimiyyəti başçısı Təyin olundu. O vaxta qədər Sərdar çaxırı içib başının altına qoyub küçədə yatırdı. Bir dəfə də qumar üstə bıçaqlanmışdı. Z. İsmayılovun xahişi ilə Sərdarı paykom katibi M.Hüseynov İstehlak cəmiyyətinin sədri vəzifəsinə qədər qaldırıldı. Xalq hərəkatı dövründə Sərdar Tərtər RP komitəsinin birinci katibi Məmmədqulu Hüseynovun "vur iyidi” idi. Xalq hərəkatına qarşı kürtləri başına yığıb mübarizə aparanların önündə gedirdi. Üstəlik yuxarıda qeyd elədiyimiz erməni casusu əsgərlərimizi güllələdikcə ona güvənir, ona ayrı-ayrı regionlardan gətirilmiş qızlardan ibarət hərəmxana yaratmışdılar. Sərdar Həmidov 20 yanvar faciəsindən sonra AXC-nin acığına Kommunist Partiyası sırasına keçdi...
Erməni casusu əlaqə telefonu ilə(rasiyayla) ermənilərə əsgərləri göndərəcəyi yeri bildirir, növbətçi radisti güllələyirmiş, biri isə bunu əsgər yoldaşlarına xəbər verincə: "Qaç,...səni güllələyəcək”,- deyirlər. Əslən Bərdədən olan əsgər Sərdar Həmidova pənah gətirir, Sərdarın əmri ilə həmin əsgər İcra Hakimiyyətinin həyətində güllələnir. Üstəlik yalvarır ki, icazə verin danışım sonra güllələyin, ona danışmağa icazə vermirlər... Bərdədə bu şəhidin yerinə gedən olmur ki, "Vətən xaini”dir?! Bu əhvalat məni Sərdarla qabaq-qabağa gətirdi...
Surətlə Rəhimin bir rus generalı ilə sanıram gizli anlaşması nəticəsində torpaqlar azad olunmuşdu. Tək Xankəndində qalan ermənilər Laçından çıxıb getməyə koridor üçün yalvarırdılar. Amma ondan öncə Ağdərənin evlərini satdığı üçün etiraz edən Ağdərə Rayon İcra başçısı F.Haqverdiyevin acığına Sərdar(bəlkə daha ciddi səbəb vardı) Bakıya gəlib parlamentdə oturub Ağdərə inzibati ərazisini ləğv elətdirərək, bir tərəfdən Kəlbəcərin arxasını boşaltdı, digər tərəfdən sərhəddi Tərtərə dayadı. Beləliklə danışığa görə Ağdərənin çaxırının pulu rus generalına verilməli idi. Mənim məlumatıma görə Rəhim Qazıyev Sərdarın yanına çaxırın pulu üçün gəlir. Sərdar Rəhimə iki şillə vurur( sonralar deyərdi ki, sillə ilə vurdum papağı diyirləndi), sonra gedib Surətə iki şillə vurmaqla qoşunu Gəncəyə çəkdirdi...
Mənə telefonçu qadın zəng vurub:
--Haranı istəyirsiniz bağlayım, sabah Tərtəri verirlər,-dedi(1993-cü il idi, H.Əliyev parlamentə sədr gəlmişdi). Mən əvvəl Səhləbad yoluna çıxıb gördüm ki, tanklar Şəhriyar(Marağa) tərəfə doğru çəkilir. Dərhal evə gəlib, rəhmətlik Babək Hüseynoğluna(TV şirkətinin sədri idi) məlumat verdim. Gecə həmin qadın ağlaya-ağlaya yenidən zəng vurdu. Qabil Hüseynliyə(Prezident müşaviri idi), E.Məmmədova məlumat verdim. Sonra kəndlərə gedib adamlaımıza insanlarla iş aparmalarını tapşırdım. Səhərisi Buruc kəndinə iki top atdılar, ardınca bazarın ağzında göyə avtomatlardan atəş açıb: Qaçın erməni gəldi, avtomobillərə qoyulmuş səsgücləndiricilərdən: Qaçın, erməni gəldi,-deyə bağıraraq insanları evlərindən çıxıb qaçmağa məcbur etdilər. Mən əlbəttə sərhəddin Gəncədən gətirilmiş qüvvə ilə möhkəmləndirildiyini bilirdim.
Amma ikinci dəfə Tərtərin, veriləsi( Tərtərin verilməsi, Bərdənin, Yevlağın verilməsi, Gəncə daxil böyük bir ərazinin mühasirəyə alınıb məhv olması demək idi) Sərdarın Nəcməddinin üstünə silah çəkməsi ilə dayandırılmışdı. Bunu hamı bilir, amma xainlər özlərini qəhrəman kimi aparıb, dövlət müstəqilliyimiz üçün canını fəda edənlərə qara yaxıldığının şahidi olmasam yenə susmaqda davam edər, həqiqətlərin açığa çıxmasına biganə qalardım...
İndi soruşuram:
-- Dövlət quruculuğu ilə məşğul olmalı olan, ərazi bütövlüyü təhlükədə olan bir ölkədə imperiyaya xidmət edənləri gizlədən bir hökümətə MİLLİ HÖKÜMƏT,-demək olarmı?!
--Milli hökümətin qurulmasına qarşı hər cür mane olan bir hökümət
--Təşkil edənin ölkəyə ərazi iddiası ilə çıxış edən bir millətin nümayəndəsi olan hökümət
--1989-da düşməni(erməniləri) müdafiə etmiş bir adamın təyin etdiyi hökümət
--Xalq hərəkatını parçalamış, düşmənlə separat danışığın nəticəsində hakimiyyətə gələnin təyin etdiyi hökümət,
--Naziri çıxıb TV də Prezidentini gözdən salan("Biz burada devlət işləri ilə məşğuluq, o da(Ə.Elçibəy) Gəncədə Tamaranı axtarır”) hökümət
--Rayon rəhbəri Müdafiə Nazirinə şillə atıb torpaqları boşaltdıran bir hökümət
--Komandir korpusuna yüksək səlahiyyət verib, üstünə qoşun çəkib qəsdən qarşıdurma yaradan hökümət
--Naziri TV ilə bir müxalifət RT sədrini hədələyib dəstəsi ilə üstünə gəlib, biabırcasına geri dönən hökümət
--Bir muxalifət RT sədri Vətən xainlərinə milləti satanlara mane olduğu üçün üstünə (qorxutmaq üçün) zirehli maşın sürdürən, başının üstündən, ayağının altından avtomat silahdan atəş açdırıb, qorxmadığını görüb üç nəticəsiz sui-qəst təşkil etdirən hökümət
--Ən çətin rayonuna imperiyanın nümayəndəsini təyin edən və onun əsgərləri güllələməsinə göz yuman hökümət
--Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi: "Necə olur ki, öldürülmüş əsgərlərin çoxu arxadan güllələnir?!”,--dediyi üçün toyda güllələnməsinə göz yuman( Öldürüldükdən sonra Milli Qəhrəman adı verilib) hökümət
--Torpaqların tamamilə azad olunması üçün bir neçə saat tələb olunurkən, azad olunmasına mane olub, birtərəfli qaydada atəşkəs elan edən hökümət
--Atəşkəs rejimi elan edildikdən sonra arxadan qətlə yetirilmiş minlərlə əsgərinin kimin öldürdüyü ilə maraqlanmayan hökümət
Milli hökümət adlana bilərmi?!..
O hökümətdə milli olan tək Ə.Elçibəy idi. Onun da əl-qolu imperiya casusları tərəfindən bağlanmışdı.
Dünya qopur, qirpılmır da göz ünə
Biqeyrətin üzü nədi, gözü nə?
Masa çırpam masabazın gözünə,
Deyəm: "Qansız, ver Vətəni, al masa!”.

Arif Əzizbəyli.
Filoloq, publisist.