Şriftin ölçüsü / 332

ABŞ-ın Su­ri­ya­ya zər­bə­lər en­dir­mə­si Tür­ki­yə­nin ma­raq­la­rı­na ca­vab ve­rir

14 Aprel 2017 [16:45]
Ru­si­ya­nın Əsə­di han­sı həd­də qə­dər mü­da­fiə edə­cə­yi pro­ses­lə­rin ge­di­şin­dən ası­lı­dır"
img

Əli Oru­cov: "Su­ri­ya mə­sə­lə­sin­də Ru­si­ya­nın ro­lu Ər­do­ğa­nın ça­ğı­rı­şı ilə de­yil, ABŞ-la əl­də olu­na­caq ra­zı­laş­ma əsa­sın­da mü­əy­yən edi­lir"

Tür­ki­yə pre­zi­den­ti Rə­cəb Tay­yib Ər­do­ğan he­sab edir ki, Ru­si­ya Su­ri­ya pre­zi­den­ti Bə­şər Əsə­di dəs­tək­lə­mə­yə son qo­ya­caq və bu öl­kə­də ABŞ-la bir­lik­də hə­rə­kət edə­cək.

İs­tan­bul­da re­fe­ren­dum­la bağ­lı ak­si­ya­da çı­xış edən R.T. Ər­do­ğan kim­yə­vi hü­cu­ma ca­vab ola­raq ABŞ-ın Su­ri­ya­ya ra­ket zər­bə­si en­dir­mə­si­ni də müs­bət də­yər­lən­di­rib. Tür­ki­yə pre­zi­den­ti ABŞ-ın tək bu ad­dım­la ki­fa­yət­lən­mə­yə­cə­yi­nə ümid edib: "Biz he­sab edi­rik ki, Ru­si­ya da, ən azı, Əsə­di mü­da­fiə et­mə­yi da­yan­dı­ra­caq".

Bir növ, bu­nun­la Ər­do­ğan Ru­si­ya­ya ça­ğı­rış edib ki, Əsəd re­ji­mi­nə dəs­tə­yi da­yan­dır­sın. Za­tən, iki öl­kə­nin Su­ri­ya mə­sə­lə­sin­də əsas fi­kir ay­rı­lı­ğı bu­nun­la bağ­lı­dır. Gö­rü­nən odur ki, tə­rəf­lə­rin bu mə­sə­lə­də fi­kir ay­rı­lı­ğı qal­maq­da­dır.

Di­gər tə­rəf­dən, Bir­ləş­miş Ştat­la­rın 45-ci pre­zi­den­ti Do­nald Tramp hə­lə seç­ki kam­pa­ni­ya­sı za­ma­nı Su­ri­ya mü­na­qi­şə­si ilə bağ­lı müx­tə­lif fi­kir­lər səs­lən­di­rib. Onun de­dik­lə­ri Bə­şər Əsə­di dəs­tək­lə­yən Ru­si­ya hö­ku­mə­tin­də bö­yük ümid­lər do­ğur­du. La­kin pre­zi­dent­lik kür­sü­sü­nə əy­lə­şən Tramp qı­sa müd­dət son­ra Pu­ti­nin is­tək və ma­raq­la­rı da­xi­lin­də dav­ran­ma­ya­ca­ğı­nı əya­ni şə­kil­də gös­tər­mə­yə baş­la­dı. O za­man Tramp bil­di­rir­di ki, Or­ta Şərq­də­ki prob­lem­lə­rin həl­li bi­la­va­si­tə ora­da­kı güc­lü yer­li li­der­lər­dən ası­lı­dır. La­kin ha­zır­da Tramp hö­ku­mə­ti­nin Bə­şər Əsə­din get­mə­si­ni is­tə­mə­si ön­cə söy­lə­dik­lə­ri ilə qə­tiy­yən uz­laş­mır. ABŞ-a məx­sus avia­si­ya və hər­bi gə­mi­lər­dən Homs­da­kı Su­ri­ya or­du­su­nun "Şəy­rat" ba­za­sı­na 50-dək ra­ket atıl­ma­sı tam fərq­li mən­zə­rə ya­rat­dı. Rəs­mi Va­şinq­ton ra­ket zər­bə­lə­ri­nin en­di­ril­mə­si­ni kim­yə­vi si­lah­dan is­ti­fa­də­yə ca­vab ki­mi gös­tə­rir. Ər­do­ğa­nın Su­ri­ya mə­sə­lə­sin­də Ru­si­ya­ya ün­van­la­dı­ğı ça­ğı­rı­şı eks­pert­lər ne­cə də­yər­lən­di­rir?

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən AMİP Si­ya­si Şu­ra­sı­nın üz­vü Əli Oru­co­vun söz­lə­ri­nə gö­rə, ABŞ-ın Su­ri­ya­ya zər­bə­lər en­dir­mə­si Tür­ki­yə­nin ma­raq­la­rı­na ca­vab ve­rir: "Son dövr­lər Ru­si­ya ilə Tür­ki­yə ara­sın­da mü­əy­yən ya­xın­laş­ma mü­şa­hi­də olun­sa da, prin­si­pi­al mə­sə­lə­lər­də tə­rəf­lər ara­sın­da fi­kir ay­rı­lıq­la­rı qal­maq­da­dır. Bun­lar­dan ən baş­lı­ca­sı, tə­bii ki, Əsəd re­ji­mi­nə mü­na­si­bət­dir. ABŞ Su­ri­ya­nı bom­ba­la­yan­dan son­ra Tür­ki­yə­nin onu dəs­tək­lə­mə­si ye­ni si­tua­si­ya for­ma­laş­dır­ma­ğa baş­la­yıb. Düz­dür, Ru­si­ya ilə si­ya­si əla­qə­lə­ri nor­mal­laş­dır­dıq­dan son­ra Tür­ki­yə bir müd­dət Bə­şər Əsə­din dev­ril­mə­si mə­sə­lə­si­ni gör­məz­dən gəl­di. Bu ona gö­rə baş ve­rir­di ki, ABŞ-Tür­ki­yə mü­na­si­bət­lə­rin­də bir sı­ra fi­kir ay­rı­lıq­la­rı var idi. An­caq Ru­si­ya ilə Tür­ki­yə nə qə­dər or­taq möv­qe sər­gi­lə­sə də, Su­ri­ya­da ya­naş­ma­lar toq­qu­şur­du. Tür­ki­yə pre­zi­den­ti Ər­do­ğan ABŞ-ın Su­ri­ya­ya hü­cu­mun­dan son­ra bu­nu dəs­tək­lə­di, Bə­şər Əsə­din get­mə­si­ni vur­ğu­la­dı və Ru­si­ya­nı Əsə­də kö­mək et­mə­mə­yə ça­ğır­dı. Ru­si­ya­nın Əsə­di han­sı həd­də qə­dər mü­da­fiə edə­cə­yi pro­ses­lə­rin ge­di­şin­dən ası­lı­dır. Ola bil­sin ki, Pu­tin bu­nun mü­qa­bi­lin­də ABŞ-dan geo­si­ya­si ba­xım­dan nə­sə qo­par­maq is­tə­yir. kBa­zar­lıq baş tut­sa, o za­man Ru­si­ya­nın Əsəd­dən dəs­tə­yi çə­kə­cə­yi sü­rət­lə­nə­cə. Yox, or­taq ra­zı­laş­ma əl­də olun­ma­sa, pro­ses­lər uza­na­caq. De­mə­yim odur ki, Su­ri­ya mə­sə­lə­sin­də Ru­si­ya­nın ro­lu Ər­do­ğa­nın ça­ğı­rı­şı ilə de­yil, ABŞ-la əl­də olu­na­caq ra­zı­laş­ma əsa­sın­da mü­əy­yən edi­lir".


Millət