Şriftin ölçüsü / 342

Bəşər Əsəddən həyasız dəyərləndirmə

21 Aprel 2017 [16:47]
Suriya münaqişəsi başlayandan bu yana yüz minlərlə deyil, on minlərlə insan ölüb”.

APA-nın məlumatına görə, bunu Suriya prezidenti Bəşər Əsəd "Sputnik”ə müsahibəsində deyib. O, BMT-nin açıqladığı rəqəmlərin düzgün olmadığını bildirib: "Barəsində xəbər almağın mümkün olmadığı insanlar da bu siyahıya daxil edilə bilər. Qərblilər ölü sayına öldürülən terrorçuları da daxil edir. Sayı daha çox olan terrorçular dövlət tərəfindən həyatını itirmiş şəxslər hesab edilmir. Eyni məsələ Suriyaya xaricdən gələn döyüşçülərlə də bağlıdır. Onların sayı on min, hətta yüz minə çatır”.

B. Əsəd qeyd edib ki, rəqəmlər vəziyyətin nə dərəcədə faciəvi olduğunu göstərmək və Suriyaya müdaxilə üçün əsas yaratmaq məqsədilə şişirdilir.


Millət