Şriftin ölçüsü / 215

Hakimiyyətdə mərkəzdənqaçma meylləri artır

19 May 2017 [18:53]
5 elektron media orqanına girişin məhkəmə qərarı ilə bloklanmasına ABŞ, Britaniya kimi ölkələrdən, həmçinin Avropa Şurasından, digər bir neçə tanınmış beynəlxalq təşkilatdan reaksiyalar gəlməkdədir. Verilən qərarın media azadlığını pozduğu qeyd edilir və Azərbaycandan narazılıq ifadə olunur. Belə görünür ki, Azərbaycan-Qərb münasibətlərində sözügedən məsələ yeni bir soyuqluq yaratmaqdadır.
Rusiyadan təzyiq xarakterli addımların atıldığı bir vaxtda Qərblə münasibətlərin korlanmasına gətirib çıxara bilən hərəkətlərə yol verilməsi suallar yaradır.

AMİP katibi Əli Orucov isə bildirdi ki, münasibətlərin gərginləşməsində Rusiya təsiri görünür: "5 mətbuat orqanına blok qoyulması da ölkədə alternativsizlik yaratmaq, bütün sahələrə total nəzarəti saxlamaqdan irəli gəlir. Nəzərə alsaq ki, qarşıdan prezident seçkiləri gəlir və hakimiyyətdə mərkəzdənqaçma meylləri artır, ölkədə neftin ucuzlaşması fonunda hərtərəfli böhran dərinləşir. Regionda və dünyada gedən sürətli proseslər, beynəlxalq və regional güclərin şiddətli qarşıdurmaları Azərbaycan iqtidarını narahat etməyə bilməz. Bundan sonra siyasi institutların tamam sıradan çıxarılması xətti götürüləcək və Qərblə münasibətlər daha da gərginləşəcək. Çünki görünən odur ki, Qərb də artıq anlayır ki, özünün enerji təhlükəsizliyini, iqtisadi, geopolitik maraqlarını davamlı və möhkəm siyasi sabitlik olmadan təmin etmək mümkün deyil”.




Millət