Şriftin ölçüsü / 143

Moskva ilə əlaqələrin pozulmasına yol verilməməlidir

02 Iyun 2017 [17:56]
Dünyanın bir neçə bölgəsində hərbi əməliyyatlara cəlb olunan və maliyyə gücü tədricən azalan Rusiyanın yaxın gələcəkdə daxili potensialının tükənəcəyi və bu səbəbdən də Kremlin post-sovet dövlətlərinə, eləcə də Azərbaycana təzyiqinin azalacağı ilə bağlı proqnozlar səslənir. Doğrudanmı bəlli bir zamandan sonra Rusiya post-sovet məkanına nəzarət imkanına malik olmayacaq? Rusiyanın daxili potensialının tükənəcəyi ehtimalı nə dərəcədə inandırıcıdır?

Moderator.az-a açıqlama verən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

"Təbii ki, heç nə əbədi deyil. Ən qəddar və ən möhtəşəm imperiyalar zamanı gələndə çöküb. Tənəzzül edib. 70 il dünyaya meydan oxuyan sovet imperiyası bir göz qırpımında tarixin arxivinə qovuşdu. Rusiyanın da nə zamansa müəyyən ərazi itkilərinə məruz qalacağına, bəzi xalqların, millətlərin öz azadlıqlarına qovuşacaqlarına şübhə yoxdur. Amma Rusiyanın potensialının tükənəcəyinə ümid bəsləmirəm. Mən tam bunun əksini düşünürəm.

Rusianın böyük potensialı var. İstər təbii resursları, istər insan, istər elmi-texniki və s. Hesab edirəm ki, Rusiya nəinki zəfləməyəcək, əksinə güclənir, dünyanın apıcı süper güclərindən birinə çevrilir. Çoxqütblü dünyaya can atır.

Bütün bunları Azərbaycan dövləti olaraq nəzərə almağımız lazımdır və Moskva ilə əlaqələrin pozulmasına yol verilməməlidir. Əks halda bədəli ağır olar”.


Millət