Şriftin ölçüsü / 324

Canım Vətənim, Torpağım, Dövlətim Azərbaycanım.

09 Iyun 2017 [15:20]

Allah mənə qismət etsin öz Vətənimdə, Torpağımda uyuyum. Hər iki dünyada öz torpağımla nəfəs alım. Ruhum burada, müstəqil Azərbaycanda dincəlir.Bu məndən asılı deyil, niyə belədir bilmirəm. Dövlətim öz evimdir. Nə yeyirəm, nə içirəm, yatıram, oxuyuram, yazıram, pozuram- özüm bilərəm. Ona görədə öz evimdə - Vətənimdə rahatam. Bir insan kimi mənim də çox saylı problemlərim var. Amma onları həll etmək üçün, heç yerə getməyə ehtiyac duymuram. Moskva və ya indi də qərbə bu mənada üz tutmuram. Həll edə bildiyimi həll edirəm, olmayanı da zamanın axarına və insanların mərifətinə-mədəniyyətinə aid edirəm.

Problemlərin həll olması və ya inkişafa maneçiliklər müvafiq vəzifəli insanların Vətəndaşlarımızın düşüncə, dərk və mədəniyyətlərindəki problemlərlə bağlıdır. Eybi yoxdu, Allah onlara da kömək olsun. Kimdə nə çatışmırsa Allah ona onu bəxş etsin .

Vətən-"və” bağlayıcısı ilə "tən” sözünün birləşməsindən yaradılıbdır. Yəni "və” dən əvvəl hər birimiz gəlirik ki, Vətən, Torpaq, Dövlət işimizdə "Tən” gələk. Bax, onda Müstəqil yaşamağımız əbədi olar. Onda problem deyil, problemin həllinin çox asan olduğunu görərik.

HAQQ-iki hadisəyə toxunmağa, seçməyə insanları qadir etməyib. Biri Valideyin, digəri isə Vətəndir. Bu ikisindən başqa bütün məsələlər ancaq və ancaq Seçgi yolu ilə olmalıdır. İnsan sənətini, dostunu, ailəsini, yəni valideyin və Vətəndən başqa nə varsa hər şeyi seçməyə məhkumdur. Bunun nə dərəcədə işləməməsi bax həmin müxtəlif problemlərin yaranmasına səbəbdir. Allaha şükür nə qədər qlobal işlər görürük.

Təqribən 200 il əsarət dövrümüzdə canımızı,malımızı verdik, nə xeyri oldu. Axırda üstümüzə "öz” paytaxtımız Moskvadan tanklar yeridildi. İndi isə baxın bu qədər tikinti abadlıq işləri aparılır. Təbii ki, sevinirik. Amma burada da problemlər var, onları özümüz həll etməliyik. Yaşayış binaları tikiriksə, yanında yaşıllıq və uşaqlar üçündə oyun meydancası olmalıdır. Amma nə edirik, artıq səkiləri, yaşıllıqları qırıb yerində nə isə tikinti aparırıq. Səki də ?! Bu artıq əxlaq çatışmamazlığı və müstəqil yaşamağın mənasını, gücünü, ən əsası da təbiətin,oksigenin,suyun insan sağlamlığındakı əhəmiyyətini dərk etməmək deməkdir.

Bəzi yeni yaşayış massivlərinə baxın binalar əladır, amma iç-içə tikilir.Bir evdən o birinə əl uzatsan çatar. Yəni gördüyümüz bütün sahələr üzrə işlərimizə insan sağlamlığına , psixologiyasına ancaq müsbət təsir edə biləcək cəhətdən yanaşmalıyıq. Axı bizi Allah insan kimi dünyaya gətirib,ağlımıza seçmək proqramı verib. Düşüncə, ağıl seçmək üçündür- yaşamaq deməkdir. Yekunda, cavan Müstəqil Dövlətimizin bütün məsələlərinin həlli artıq özümüzdən asılıdır. Ən əsası torpaqlarımızın işğaldan azad olunması da. Çox Şükür. Allaha inam və iman, Valideyinə ancaq hörmət, elmdə , sənətdə inkişaf, mədəniyyətdə,yoldaşlıqda təbii olmağı, Müstəqil Dövlətçiliyimizin ictimai əsası kimi qəbul etməliyik. Dünyada artıq qlobal işlər görmüşük və görürük. Kultural dəyərlərə hörmətlə yanaşırıq. Konfranslar, sərgilər, müxtəlif yarışlar və.s. bunlara aiddir. İndi isə artıq bir-birimizə də qiymət verməyi bacarmalıyıq.

Bu qiymətdə isə ancaq müsbət çalarları axtarmalıyıq. Onda çatışmazlıqlar öz-özünə həll olardı. Torpağımızın, Vətənimizin tamlığını öz əməllərimizdə sübut etməliyik. İnanıram ki, biz bu istiqamətdə gedirik, ləngdə olsa. Burada surətə ehtiyacımız var.Hər iki dünyada rahat yaşamaq, yatmaq İNSANA məxsusdur. Sən bunu bilmirsən? Sən,sən,mən,biz ,hamımız bilmirik?! Sənin uğurun mənim uğurumdur.Bu şüar deyil, həyat tərzimiz olmalıdır. Özümə və Sizlərə inam hissi ilə.

Aydın Niftalı oğlu.