Şriftin ölçüsü / 232

“Sadəcə vəzifələrin adları dəyişilib”

09 Iyun 2017 [15:28]

Ölkə başçısının sərəncamı ilə Prezident Administrasiyasında ciddi struktur dəyişiklikləri aparıldı. Bir neçə yüksək rütbəli məmur vəzifəsini itirdi. Hesab edilir ki, struktur islahatlarının növbəti hədəfi Nazirlər Kabinetidir.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov da ciddi dəyişiklərin olacağını gözləmədiyini vurğuladı:

"Bu islahat deyil, sadəcə olaraq təyinatdır. Sadəcə vəzifələrin adları dəyişilib. Bu dəfə də yeni simalar görmədik. Postdan kənarda qalan sadəcə 3 nəfər oldu. Bunun da gələcək inkişafa, perspektivə heç bir aidiyyatı olmayacaq. Nazirlər Kabinetində də eyni dəyişikliklərin şahidi olacağıq. Burada da şəxslər deyil, sadəcə, vəzifələr dəyişəcək. Cəmiyyətin, ölkənin inkişafı üçün isə ciddi struktur islahatlarına ehtiyac var. Ancaq yəqin ki, yenə də bunu görməyəcəyik”


Millət