Şriftin ölçüsü / 212

AMİP Lideri Etibar Məmmədov Yəhya Həsənovu təbrik etdi

15 Iyun 2017 [15:08]

AMİP Lideri Etibar Məmmədov AMİP Siyasi Şurasının üzvü Yəhya Həsənovu yubleyi münasibəti ilə təbrik edib. "Millət"ə daxil olan təbrik məktubunda deyilir:

"Hörmətli Yəhya bəy!

Sizi 55 illik yubeliyiniz münasibəti ilə təbrik edir, Sizə möhkəm can sağlığı, şəxsi həyatınızda və fəaliyyətinizdə bundan sonra da uğurlar arzulayıram.

Siz ömürünüzün böyük hissəsinin xalqına, millətinə, vətəninə və torpağına xidmətdə keçirmisiniz. Bu yolda heç nəyinizi əsirgəməmiş, heç nədən çəkinməmisiniz. Yüksək ixtisaslı gənc kadr olaraq istehsalatdan başladığınız əmək fəaliyyətiniz daima insanların rifah halının və yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəlib. İmkanlarınız daxilində hər kəsə kömək etməyə və problemlərinin həllinə yardımçı olmağa çalışmısınız. Sovet İmperiyasına qarşı millətimizin azadlıq və istiqlal uğrunda apardığı mübarizədə fəal iştirak etməklə yanaşı, hər cür dəstəyinizi əsirgəməmisiniz. Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşmasında Sizin də özünəməxsus rolunuz olmuşdur.

Müstəqil Azərbaycanın qeydiyyatdan keşmiş ilk siyasi təşkilatı olan Azərbaycan Milli İstiqlal Partiyasının Binəqədi Rayon Təşkilatının qurucularından olaraq çalışmısnız ki, partiya cəmiyyətdə özünə möhkəm yer tutsun, milyonların sevdiyi, inandığı və etibar etdiyi partiyaya çevrilsin. Sizin kimi silahdaşlarımzımn böyük zəhməti və aktiv fəaliyyəti nəticəsində AMİP cağdaç Azərbaycan siyasi tarixinin ən yüksək zirvəsində olub.

Uzun illər rəhbərlik etdiyiniz AMİP Binəqədi Rayon Təşkilatı Sizin yüksək təşkilatçılığınız, bacarığınız və fədakarlığınız sayəsində təkcə partiya daxilində deyil, ölkə üzrə də öndə gedən yerli təşkilat kimi böyük nüfuza malik olub.

Səmimiyyətinizlə, insanlarla ünsiyyət bacarığınızla, siyasi hazırlığınızla və prinsipiallığınızla istər partiya daxilində, istərsə də partiya xaricində özünüzə çoxlu dost və tərəfdaş qazandırmısınız. Bu gün də AMİP Siyasi Şurasının üzü kimi Sizə etimad göstərilib və bu etimadı doğruldaraq, üzərinizə götürdüyünüz məsuliyyətin öhdəsindən bacarıqla gəlirsiniz. Heç bir təzyiq, qorxu, təhlükələr, eləcə də, şirnikləndirici vasitələr Sizi tutduğunuz yoldan, daşıdığınız ali ideyalardan və sahib olduğunuz dəyərlərdən çəkindirə bilməyib. Demokratiya, hüquqi dövlət uğrunda aparılan mücadilənin ön sıralarında qətiyyətlə irəliyə doğru addımlayırsınız. İnanıram ki, Azərbaycanı bütövləşdirməyə, demokratikləşdirməyə, cicəklənməyə milyonlara soydaşlarımızın ardıcıl mübarizəsi və Sizin də iştirakınızla tezliklə nail ola biləcəyik.

Sizi bir daha təbrik edir, Sizə firəvan həyat, arzu və istəklərinizə çatmağınızı və yeni-yeni nailiyyətlər arzulayıram.

Etibar Məmmədov

AMİP Lideri

15 iyun 2017-ci il"


Millət