Şriftin ölçüsü / 151

Tanınmış alim Mehriban Əliyevaya müraciət etdi

06 Iyul 2017 [17:06]

Paxıllığı və pisliyi yığışdıraq

Hərə özünə söz versin - tövbə etsin mən daha heç kimə, heç bir yaxşı işə mane olmayacam. Sənətimdə məndən üstün olana kömək edəcəyəm ki, o daha üstün olsun. Nəticədə hamımıza, dövlətimizə xeyir olsun.

Azərbaycanda bu fəlsəfi mənfi məvhum getdikcə artır. Qabaqlar qadınlarda paxıllıq çox olardı, əyinə, geyimə və s. görə. İndi isə biz kişilərdə. Biabırçılıqdır.

Filosoflarımızın bu barədə fikirlərini bilməyimiz bəlkə də yerinə düşərdi.

Bu işlərin kökündə həm də mənəvi görməmişlik durur. Mənim inəyim səninkindən yaxşıdır – faktiki mahiyyətdə bu məsələlər belə alınır.

Paxıllıq və pislik insanda şəxsiyyətin deqratasiyasını, yəni düşüncə, ağıl geriləməsini göstərir.

Rusiya Tibb Elmləri Akademiyasının Farmakologiya ETİ – nun alimləri ilə birgə Meksidol adlı dərman maddəsinin ilk tədqiqatçılarından biri mənəm. Nə olsun? Azərbaycanda kimdi buna baxan. Xarici ölkə alimləri bu işə görə mənə, faktiki müstəqil Azərbaycan dövlətçiliyinə istinadlar edirlər. Bizdə isə qiymət verən yoxdur. Hətta "qonşular ” belə - "A. Əliyev. Avtoreferat. Bakı. 1987 – ci il” istinadlar edirlər. Faktiki elmdə cüzi də olsa Azərbaycan bayrağının qaldırılmasına nail olmuşuq. 30 – dan çox xarici istinadlar var.

Meksidolun qıcolma əleyhinə - epilepsiya əleyhinə təsirini elmi – tədqiqat işində ilk dəfə mən sübut etmişəm. Tibb elmləri namizədi üzrə elmi işimdə aparıcı müəssisə kimi İ. M. Seçenov adına I Moskva Tibb Universiteti olmuşdur. Rusiya alimləri öz elmi işlərində bunu həmişə qeyd edirlər. Bu nəticə isə 3 – oksipiridin törəməsi olan SOP - 1, oksipin şrifləri ilə qeyd olunmuş Meksidolun SSRİ Səhiyyə Nazirliyinin Farmakologiya komitəsində 1985 – ci il 13 Dekabr №21 qərarı ilə ( 5 % - li 2 ml ampulalarda ) klinikalarda, o cümlədən epilepsiya klinikasında xəstələr üzərində tədbiq-tədqiq edilməsinə icazə verildi. 1996 – cı ildən Meksidol tibbə tədbiq edildi. 2003 – cü ildə isə Rusiya höküməti öz vətəndaş alimlərini dövlət mükafatına layiq gördü.

Mənim elmi rəhbərim prof. T. A. Voronina " Avtoreferat. Bakı. 1987–ci il ” sənədinə əsaslanmaqla Azərbaycanda eyni qiyməti mənə verə bilərlər fikrini söylədi. Bu günə kimi elmi istinadlar gəlir. Nə xeyri?

Öz ölkəmizdə bu dərmanla müdafiələr edilir, alimlik dərəcələri alınır, amma öz vətəndaşımız A. Əliyevə istinad edilmir. Hökümətimiz haradan bilsin?

Artiq son 2-3 ildə başlamışam özüm danışmağa. Axı təbliğati məsələlərinin müstəqil dövlətimiz üçün nə qədər böyük əhəmiyyəti olduğunu bilmirik?! O cümlədən elmdə.

Paxıllığı, pisliyi müstəqil dövlətçiliyimiz naminə bütün sahələr üzrə qurtaraq. Ayıbdır. Axı, paxıllıq və pislik bizim mentalitetimizdə, xüsusiyyətimizdə yoxdur . İnanıram ki, Azərbaycan Dövləti və müstəqil dövlətçiliyini daima özündə yaşadan insanlar tarix boyu olmuş, var və olacaqdır.

Aydin Əliyev

tibb üzrə fəlsəfə doktoru, dosent