Şriftin ölçüsü / 99

Rusiya və İran layihənin həyata keçməsində maraqlı olmaya bilərlər

06 Iyul 2017 [17:10]
"Cənub qaz dəhlizi” layihəsinin həyata keçməsinə kimlər mane olmaq istəyir?

İtaliyanın Melandunyo bölgəsində Azərbaycan qazını Avropaya nəql etmək üçün tikilən TAP kəmərinə görə təhlükəsizlik qüvvələri ilə "No TAP” komitəsinin fəalları arasında güclü toqquşmalar olub. Virtualaz.org İtaliya KİV-lərinə istinadən xəbər verir ki, ötən gecə yüzlərlə fəal və yerli sakin San-Fokada, TAP kəmərinin marşrutu üzərində qalan sonuncu 43 zeytun ağacının köçürülməsini əngəlləməyə çalışıb. Bu zaman güclü toqquşmalar baş verib.

Xəbər verildiyi kimi, çoxillik zeytun ağaçalarının köçürülməsi prosesi şoumen, rusiyapərəst Beppe Grillonun ("5 Star” hərəkatı, parlamentdə 22 faiz səslə təmsil olunur) yaratdığı "No TAP” komitəsinin güclü etirazlarına baxmayaraq aprel ayında başlayıb. Lakin mayın əvvəllərindən etibarən həm ağacları riskə atmamaq, həm çimərlik mövsümünə mane olmamaq üçün işlər dayandırılmışdı.

Bununla belə ötən gecə TAP konsorsiumunun podratçılarının qalan ağacları köçürmək üçün yük maşınları zirehli polis maşınlarının, karabinerlərin və maliyyə polisinin müşayiəti ilə Melandunyoya qayıdıblar. Bundan xəbər tutan anti-TAP fəalları texnikanın yolunu kəsib. Gecə yarısı bölgənin Vernole yüksəkliyində anti-TAP fəalları yolu bağlayıblar və texnikanın hərəkətini dayandırıblar. Lakin yüzlərlə polis müdaxilə edərək yolu açıb. Bütün gecə boyu davam edən toqquşmalarda ekstremistlər yol boyu çoxsaylı blok-postlar qoyublar, polislər vaxtaşırı olaraq onlara qarşı dəyənəkləri işə salıb. Buna baxmayaraq yolu açmaq mümkün olmayıb.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bildirdi ki, "Cənub qaz dəhlizi” ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək bir layihədir. Azərbaycan təbii qazını Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə Qərbi Avropaya çatdıracaq "Cənub qaz dəhlizi” layihəsinin reallaşdırılması Azərbaycana iqtisadi dividentlərlə yanaşı həm də çox ciddi siyasi dvidentlər vəd edir. Qarabağ problemi olan ölkənin isə belə siyasi dəstəyə çox ehtiyacı vardır.

Layihə ilk növbədə Azərbaycana daha dayanıqlı bazara çıxış imkanları verəcək: "Nəzərə almalıyıq ki, Avropa bazarı 450 milyondan artıq istehlakçısı olan ən böyük bazarlardan biridir və bu gün Avropa öz enerji təchizatı mənbələrini şaxələndirmək yolunda mümkün ola bilən hər addımı atmağa hazırdır. Təbii ki, gələcəkdə layihə çərçivəsində Avropaya nəql edilən mavi qazın həcmi artırılacaq ki, bu da Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından çox vacibdir. Çünki Avropanın təhlükəsizliyinin əsas elementlərindən biri məhz enerji təhlükəsizliyinin təmin edilməsidir. Xüsusilə də son bir neçə ildə dünya siyasət meydanında baş verən olaylar Avropaya Rusiya qazından asılılığın nə demək olduğunu göstərib. Bu səbəbdən də bu gün Avropa bu asılılıqdan qurtarmaq üçün koordinal addımlar atmaq məcburiyyətindədir. Əlbəttə ki, qonşularımız Rusiya və İran layihənin həyata keçməsində yumşaq desək maraqlı olmaya bilərlər. Lakin hesab edirəm ki, hazırda bu dövlətlərin layihənin reallaşmasına mane olmaq imkanları yoxdur, hətta olarsa belə əks təsirlə üzləşəcəkləri şübhəsizdir”.

A.Əlizadə vurğuladı ki, ötən illər ərzində güclü beynəlxalq dəstək qazanaraq regionun ən strateji layihələrindən biri kimi bu gün "Cənub qaz dəhlizi” layihəsi həm də "Cənub qaz dəhlizi” layihəsinin həyata keçməsinə kimlər mane olmaq istəyir?

A.Əlizadə vurğuladı ki, ötən illər ərzində güclü beynəlxalq dəstək qazanaraq regionun ən strateji layihələrindən biri kimi bu gün "Cənub qaz dəhlizi” layihəsi həm də Avropa Birliyinin rəsmi siyasi dəstək verdiyi yeganə layihədir. Bu layihənin İtaliyada hansısa bir ərazidə qarşısının alınmasına nail olmaq bunu istəyən qüvvələrə müyəssər olmayacaq: "Cənub qaz dəhlizi”nin beynəlxalq dəstək qazanmasının daha bir əyani sübutu da dünyanın super gücü sayılan ABŞ-ın ötən müddətdə layihə ilə bağlı keçirilən bütün tədbirlərdə yaxından iştirak etməsidir. İştirakla yanaşı ABŞ rəsmiləri dəfələrlə ABŞ-ın Avropanın enerji təhlükəsizliyinin Azərbaycan resursları ilə təmin olunmasında maraqlı olduğu mesajlarını da veriblər.

Deyilənlərlə yanaşı onu da nəzərə almaq lazımdır ki, İran hazırda qaz ixrac etmək imkanlarına malik deyil. Hətta gələcəkdə bu imkanlar yaranarsa belə, İran qazının da "Cənub qaz dəhlizi” vasitəsilə ixrac edilməsi mümkün hesab edilir. Belə ki, Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər".dir. Bu layihənin İtaliyada hansısa bir ərazidə qarşısının alınmasına nail olmaq bunu istəyən qüvvələrə müyəssər olmayacaq: "Cənub qaz dəhlizi”nin beynəlxalq dəstək qazanmasının daha bir əyani sübutu da dünyanın super gücü sayılan ABŞ-ın ötən müddətdə layihə ilə bağlı keçirilən bütün tədbirlərdə yaxından iştirak etməsidir. İştirakla yanaşı ABŞ rəsmiləri dəfələrlə ABŞ-ın Avropanın enerji təhlükəsizliyinin Azərbaycan resursları ilə təmin olunmasında maraqlı olduğu mesajlarını da veriblər.

Deyilənlərlə yanaşı onu da nəzərə almaq lazımdır ki, İran hazırda qaz ixrac etmək imkanlarına malik deyil. Hətta gələcəkdə bu imkanlar yaranarsa belə, İran qazının da "Cənub qaz dəhlizi” vasitəsilə ixrac edilməsi mümkün hesab edilir. Belə ki, Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər".

Millət