Şriftin ölçüsü / 131

Bey­nəl­xalq qu­rum­lar iş­ğal­çı­lıq si­ya­sə­ti apa­ran Er­mə­nis­ta­na be­lə bir şə­ra­it ya­ra­dır

06 Iyul 2017 [17:27]
Ar­zu­xan Əli­za­də: "Hər­çənd bu­nun baş tu­ta­ca­ğı tam bəl­li de­yil"

Ya­yı­lan mə­lu­mat­la­ra gö­rə, iş­ğal­çı Er­mə­nis­tan Su­ri­ya­da sül­hya­rat­ma əmə­liy­yat­la­rın­da iş­ti­rak et­mək is­tə­yir. Serj Sar­kis­ya­nın bu­nun­la bağ­lı mü­da­fiə na­zi­ri Vi­gen Sar­kis­ya­na mü­əy­yən gös­tə­riş­lər ver­di­yi de­yi­lir.

Er­mə­nis­ta­nın mü­da­fiə na­zi­ri V.Sar­kis­yan bir müd­dət ön­cə Ru­si­ya me­dia­sı­na mü­sa­hi­bə­sin­də "er­mə­ni si­lah­lı qüv­və­lə­ri Su­ri­ya xal­qı­na kö­mək edə bi­lər" de­yə bil­dir­miş­di. Yə­ni gö­rü­nən odur ki, Er­mə­nis­tan bun­da ma­raq­lı­dır. Bax­ma­ya­raq ki, V.Sar­kis­yan so­nun­cu mət­bu­at kon­fran­sın­da bu ba­rə­də ge­niş da­nış­maq­dan ya­yı­nıb. O de­yib ki, Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri­nin Su­ri­ya­da sül­hya­rat­ma mis­si­ya­sı­na cəlb olun­ma­sı mü­za­ki­rə olun­mur. Onun fik­rin­cə, Mil­li Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın ic­la­sın­da Su­ri­ya­da­kı və­ziy­yət və er­mə­ni ic­ma­sı­nın və­ziy­yə­ti­nə da­ir he­sa­bat mü­za­ki­rə edi­lib. An­caq o, kö­nül­lü­lər­dən iba­rət dəs­tə­nin bu iş­də iş­ti­rak edə­cə­yi­ni is­tis­na et­mə­yib.

İs­tə­ni­lən hal­da, bey­nəl­xalq bir­li­yin Er­mə­nis­ta­na be­lə bir im­ka­nı ver­mə­si ba­şa­dü­şü­lən de­yil. Nə­zə­rə al­maq la­zım­dır ki, bir müd­dət əv­vəl Er­mə­nis­ta­nın Qa­za­xıs­tan və Qır­ğı­zıs­tan­la bir­gə Su­ri­ya­ya sülh­mə­ram­lı qüv­və gön­də­rə­cə­yi ba­rə­də mə­lu­mat ya­yıl­mış­dı. Bü­tün hal­lar­da, bu­na nə ad ver­mək olar?

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən AMİP-in baş ka­ti­bi Ar­zu­xan Əli­za­də­nin söz­lə­ri­nə gö­rə, tə­ca­vüz­kar döv­lə­tə be­lə bir im­ka­nın ve­ril­mə­si bia­bır­çı­lıq­dır: "Hər­çənd bu­nun baş tu­ta­ca­ğı tam bəl­li de­yil. Ona gö­rə ki, bu ba­rə­də zid­diy­yət­li mə­lu­mat­lar do­la­şır. An­caq nə­zə­rə al­maq la­zım­dır ki, bu bi­rin­ci də­fə de­yil baş ve­rir. Bu­nun­la bağ­lı mü­əy­yən is­tə­yin ol­du­ğu hiss olu­nur. Di­gər tə­rəf­dən, iş­ğal­çı Er­mə­nis­tan Li­van­da, Ko­so­va­da sül­hya­rat­ma əmə­liy­yat­la­rın­da iş­ti­rak edir. Tə­əs­süf­lər ol­sun ki, bey­nəl­xalq qu­rum­lar iş­ğal­çı­lıq si­ya­sə­ti apa­ran Er­mə­nis­ta­na be­lə bir şə­ra­it ya­ra­dır. Hal­bu­ki, bu­nun özü heç bir mən­ti­qə sığ­mır. Ona gö­rə ki, Er­mə­nis­tan di­gər öl­kə­nin bey­nəl­xalq hü­quq­la ta­nı­nan əra­zi­lə­ri­nin 20 fai­zi­ni iş­ğal edib. Be­lə olan hal­da, əl­bət­tə ki, bu cür öl­kə­nin sül­hya­rat­ma əmə­liy­yat­la­rın­da iş­ti­rak et­mə­si bia­bır­çı­lıq­dır. Düz­dür, bey­nəl­xalq sə­nəd­lər­də Er­mə­nis­tan bir­ba­şa iş­ğal­çı­lıq­da it­ti­ham olun­mur. Ora­da de­yi­lir ki, gu­ya Dağ­lıq Qa­ra­bağ­da­kı et­nik er­mə­ni­lər tor­paq­la­rı iş­ğal edib. An­caq on­lar öz­lə­ri də yax­şı bi­lir ki, iş­ğa­lı hə­ya­ta ke­çi­rən tə­rəf məhz Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri­dir. O üz­dən, iş­ğal­çı bir döv­lə­tə sül­hya­rat­ma əmə­liy­yat­la­rın­da iş­ti­rak et­mək mis­si­ya­sı­nın ve­ril­mə­si utanc­ve­ri­ci­dir".


Millət