Şriftin ölçüsü / 52

Bu suveren qərardır

15 Iyul 2017 [12:02]
ABŞ-ın müdafiə naziri Ceyms Mettis hesab edir ki, rəsmi Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksi almaq niyyəti bu ölkənin suveren haqqıdır.

Virtualaz.org TASS agentliyinə istinadən bildirir ki, Mettis bununla əlaqədar jurnalistlərin sualını cavablandırarkən deyib: "Bu suveren qərardır, bu qədər”.

Bunun yanaşı, o, S-400 komplekslərinin Türkiyənin üzv olduğu NATO-nun hərbi texnikası ilə uyuşmazlığı barədə eyhamı cavabsız qoymayıb.

"Problem ondadır ki, NATO sistemlərini Rusiya texnikası ilə necə uyğunlaşdıracaqlar. Onlar heç bir zaman operativ nöqteyi-nəzərdən uyuşa bilməz”, - Pentaqon başçısı qeyd edib.

Xatırladaq ki, Rusiya və Türkiyə S-400 təchizatı ilə bağlı sazişin texniki tərəflərini razılaşdırıblar.


Millət