Şriftin ölçüsü / 398

AMİP Lideri Etibar Məmmədov Məhərrəm Həsənovu təbrik etdi

15 Iyul 2017 [13:02]

AMİP Lideri Etibar Məmmədov AMİP Siyasi Şurasının üzvü Məhərrəm Həsənovu 55 illik yubleyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

"Hörmətli Məhərrəm bəy!

Sizi anadan olmağınızın 55 illik yubileyi münasibəti ilə təbrik edir, Sizə möhkəm can sağlığı, şəxsi həyatınızda və fəaliyyətinizdə bundan sonra da uğurlar arzulayıram.

Siz istiqlal məkfurəsini özündə yaşadan, Vətən və Millət sevgisini daima əziz tutan, xalıqının dərdini və sevincini paylaşa bilən, onun haqq səsini ucadan deməyi bacaran dəyərli ziyalılardansınız. Azadlıq və müstəqillik uğrunda gedən mübarizədə fəal iştirakınız Sizin bu ali ideyalara nə qədər bağlı olduğunuzu bir daha təsdiqlədi.

Siyasi fəaliyyətinizdə də ölkəmizdə demokratiyanın və sivil dəyərlərin bərqərar olunması, Azərbaycanının birləşməsi və bütövləşməsi, dünyanın ən qabaqçıl, inkişaf etmiş bir dövlətə çevrilməsi, habelə tarixi torpaqlarımıza qovuşmağı əsas hədəfə çevirmisiniz. Yüksək təşkilatçılığınız və insanlarla ünsiyyət bacarığınız sayəsində uzun müddət rəhbərlik etdiyiniz AMİP Xətai Rayon Təşkilatı təkcə partiyanın deyil, ölkənin ən güclü və mütəşəkkil təşkilatı olub. Sizə seçicilər böyük etimad göstərərək dəfələrlə paytaxtın böyük rayonlarından olan Xətai rayon bələdiyyəsinə üzv seçiblər. Bu Sizə inam və gördüyünüz zəhmətin təzahürüdür.

Bu gün də Siz əqidədaşlarınızla siyasi mübarizənin önündəsiniz. AMİP Siyasi Şurasının üzvü kimi üzərinizə düşən vəzifəni məsuliyyətlə yerinə yetirirsiniz. Mənsub olduğunuz partiyanın ölkənin ən güclü və nüfuzlu partiyası olaraq öz mövqeyini qoruyub saxlaması, beynəlxaql əlaqələrinin daha da gücləndirilməsi üçün səylərinizi əsirgəmirsiniz. Şəxsi keyfiyyətləriniz, gələcyə inamınız, qazandığınız böyük təcrübə və prinsipiallığınız Sizi daha əzmkar, mübariz və sarsılmaz edib. İnanıram ki, Sizi qarşıda daha böyük uğurlar və zəfərlər gözləyir.

Etibar Məmmədov

AMİP Lideri

Bakı şəhəri. 16 iyul 2017-ci il"



Millət