Şriftin ölçüsü / 175

A.İsmayılovun cəsarəti və kişiliyi çatırsa...

25 Iyul 2017 [15:49]

Aslan İsmayılov son günlər Azərbaycandakı rusiyapərəst siyasətçilərin aktivləşdiyini bildirib. O, bunun Azərbaycanla Rusiya arasında münasibətlərin kəskinləşməsi fonunda baş verdiyini vurğulayıb. A.İsmayılov hətta adlar da çəkərək, bu sırada eks-baş nazir Surət Hüseynov, keçmiş müdafiə naziri Rəhim Qazıyev, AMİP lideri Etibar Məmmədovun ismini hallandırıb.

Onun bu haqda dediklərinə AMİP-dən sərt cavab gecikməyib. AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirib: " A.İsmayılovun AMİP və onun lideri Etibar Məmmədova olan kini-kidurəti, nifrəti sonda onun özünü boğacaq. Mən onun bu sərsəm, axmaq fikirlərinə cavab verməyə də bilərdım, çünki hər yoldan ötənə daş atmazlar. Lakin belələrinin ağzına vurmasan azğınlaşır. Bu adam Rusiya tərəfindən Azərbaycana xüsusi tapşırıqla göndərilən adamdır və indiyədək də ölkəmizə və millətimizə qarşı işlədilməkdədir. Başqalarını Rusiyapərəstlikdə ittiham edən şəxs Sumqayıt hadisələri zamanı Moskava tərəfindən Azərbaycana ona görə göndərilmişdi ki, dövlət ittihamçısı sifətində günahsız azərbaycanlılara qarşı divan tutsun. Onun xüsusi cənfəşanlığı və səyi nəticəsində hadislərin baiskarları, cinayətkar ermənilər qaldı qıraqda suçsuz azərbaycanlılar ən ağır cəzaya, hətta ölüm cəzasına məhkum edildilər. Kişilikdən, qeyrətdən, haqdan, ədalətdən dəm vuran A.İsmayılovun həqiqətən cəsarəti və kişiliyi çatırsa Sumqayıt hadisələri zamanı qurulan məhkəmədə prokuror kimi çıxışlarını, o cümlədən ittiham çıxışını mətbuta versin. O zaman onum maskası, əsil eybəcər və məkrli sifəti bir daha görünəcək.

O, bu gün də erməniləri müdafiə etməkdədir. Bu da təsadüfi deyil. Görünən odur ki, ermənilərə məxsus "Əmirə Piç” quşçuluq şirkəti Aslan İsmayılovun altına yumurta düzüb. Onun üçün heç bir fəqri yoxdur pul müqbilində üstündə oturduğu nə yumurtadır. Millətimizə qənim kəsilən erməniləri müdafiə etməsinə də həyasızcasına özünə haqq qazandırmağa çalışır. Belələrinin başqalarını ittiham etməsi bir yana ağzını açmağa belə haqqı yoxdur. Üstəlik də bu ağız hər dəfə açılanda ətrafı üfunət bürüyürsə.”


Millət