Şriftin ölçüsü / 242

Heyf o heyvana ki, onun adını sənə qoyublar

25 Iyul 2017 [15:57]
"Ancaq o siyahıda pulla böhtanlar yazan, bilə-bilə şər böhtan atan çoxlu sayda «jurnalist» gördüm. Onlardan biri, Əli Həziquliyevi elə bu hakimiyyətin, heç də ədalət güzgüsü olmayan, məhkəməsi belə bu günlərdə mənə böhtan atdığına görə cəzalandırdı.” Bu sitat Aslan İsmayilov adlı bir zadın (özümə söz vermişəm ki, bir daha Aslana şey yazmayacam. Çünki Apelyasiya məhkəməsinin hakimi Fuad Talışinskinin qərarına görə şey başqa şeyə deyilirmiş. Hələ şeydən yaxşı başı çıxan ekspertiza idarəsinin Almaz adlı ekspertinin verdiyi rəyi demirəm.) Facebook səhifəsindən götürülüb. İlkin olaraq bu zadla məhkəmə prosesinə xırdaca ekskurs edim. Demək Aslan İsmayılov məni və "Lent.az” saytını hələ ötən ilin dekabrında məhkəməyə vermişdi. İşə Xətai royon məhkəməsinin hakimi Səadət Səlimova baxdı və bizim xeyrimizə qərar çıxararaq Aslan İsmayilovun iddiasını rədd etdi. Sonra da məsələyə Apelyasiya Məhkəməsində hakim Fuad Talışinskinin sədrliyi ilə (iki nəfər də məhkəmə heyəti ilə birlikdə) baxildi. Uzun çək-çevirdən sonra üç nəfər kişidə bir qadının ürəyi olmadı ki, Aslan İsmayılova yerini göstərsin. Nə isə… Hakim heyəti Aslan İsmayılovun mənəvi dəyərini 1000 manata qiymətləndirərək (məncə hələ bu da çox idi) adama 500 manat olmaqla "Lent.az”la mənim aramda böldü. Sonra da bizə məsləhat verdi ki, gedib o zaddan üzr istəyib təkzib verək. Bu ekskursu niyə etdim? Gördüyünüz kimi hələ 6 ay əvvəl mən məhkəmədə adını vəkil qoyaraq insanları jantajla məşğul olan birisinə qalib gəlsəm də heç yerdə bir kəlmə də olsun yazmadım. Çünki belə ucuz reklamlar mənim çapım deyil. İndi bu "ləyaqət dağarcığı” məni "pulla böhtanlar yazan, bilə-bilə şər böhtan atan” kimi qələmə verərək növbəti böhtanını atır. Təbii ki, o buna görə məhkəmə qarşısında cavab verəcək. Bu məsələnin hüquqi tərəfidir və mən xüsusi ittiham qaydasında məhkəməyə müraciət edəcəm. İkinci tərəfi isə odur ki, sən, ləyaqət dağarcıgı, iki yaşlı Zəhranı qətlə yetirən erməniləri pul alıb müdafiə etmədinmi. "Emre Plic” ermənisini nə tez unutdun. Pula görə ermənini müdafiə edən bir şərəfsiz, ləyaqətsiz, alçaq hansı üzlə başqalarını ittiham edə bilər? (Məhkəmənin və ekspertin nəzərinə: mötərizədən qabaqkı cümlənin Aslan İsmayilova heç bir aidiyyatı yoxdur. Bu cümləni birbaşa iki yaşlı Zəhranın canına qıyan ermənilərə və pula görə ermənini müdafiə edənşərəfsizlərə şamil etmişəm).

İki gündən bir Sumqayit hadisələri ilə bağlı adını kitab qoyub yazdığın cızmaqaranı millətin gözünə soxursan. Və "oğru elə bağırdı, doğrunun bağrı yarıldı” prinsipi ilə dövlət ittihamçısı kimi çıxış etdiyin həmin hadisələrin cinayət işində özünün zibillərini ört basdır etmək üçün Ramiz Mehdiyevlə Mənsur İbayevə çamur atırsan: "Bu hadisələrdə başqa bir təqsirkar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. O, Mərkəzi Komitədə ideologiya üzrə katib olub. Və bütün məsələlərdən xəbəri olub, lakin susub, heç bir iş görməyib. İndi də bu hadisələrdə təqsirkar olanlar əsl həqiqətlərin üzə çıxmasına mane olurlar”. Bu sitat sənin 28 fevral 2012-ci il tarixli "Azadlıq” qəzetindəki yazındandır. Və o zaman "ittiham nitqinin mahiyyəti belə olmuşdu: istintaqı dərinləşdirmədən icraçılara ölüm hökmü çıxarılır və iz itirilir”. Elə Mixail Qorbaçov da Siyasi Büronun 29 fevral iclasında göstəriş vermiş və işin xuliqanlıq edən elementlərin üzərinə qoyularaq tez yekunlaşdırılmasını tələb etmişdi. Bu məqam sənin öz kitabında da var. Bununla da sən Qorbaçovun göstərişi əsasında işi tez yekunlaşdıraraq və bir daha bu işə qayıtmağın mümkün olmayacağı situasiyanı yaradacaq ittiham irəli sürürsən. Qriqoryan və əlavə 4 nəfər azərbaycanlıya ölüm hökmü verilir, vəssalam! Hakim Mənsur İbayev isə başqa hökm çıxarır. Qrupun rəhbəri kimi Qriqoryana 12, azərbaycanlıların isə hər birinə 4,6 və s. iş kəsməklə yanaşı işdəki qaranlıq məqamların yenidən araşdırılması, təşkilatçıların tapılması üçün işin təkmili istintaqa qaytarılması haqda qərar çıxarır. Baxin, kimdir imperiyanın qulbeçəsi rolunda 4 nəfər azərbaycanlıya ölüm hökmü çıxartdıran – sən Aslan İsmayilov yoxsa Mənsur İbayevlə Ramiz Mehtiyev? Sənin həqiqətən iddiasında olduğun ləyaqətin çatırdısa nədən indi o hadisələr haqda çərənlədiklərini o zaman hamının gözü qarşısında söyləmirdin? Niyə o zaman demirdin ki, bu işin təşkilatçiları araşdırılıb tapılmalıdır? Deyə bilməzdin, çünki sən özün elə həmin təşkilatçıların bu işi ört basdır etmək üçün təyin etdikləri adam idin. İndi səsinin yoğun "yerinə" salıb var gücünlə bağırmaqla deyil ki. Özünü gücə salma qaqa, səsin çox cılız çıxır.

Özunun "Milli matəm günü” adlı cızmaqaranda yenə də prezidentin köməkcisi Əli Həsənovu qaralayıbsan: "Azad mətbuatı boğmaq üçün hakimiyyət hər addımı atdı və son nöqtədə mətbuatı o günə saldı ki, indi mətbuat senzura olduğu dövrdən də pis günlərə qaldı”. Doğru buyurursan, həqiqətən də son dövr milli mətbuat sahəsində aparilan islahatlarla mətbuat xeyli müsbət dəyişikliklərə məruz qalıb. Qarayaxmalalarla, böhtanlarla məşgul olanlarin çoxu öz yerini Facebookda sənə və səninkimilərə verib.

Və sonda elə bilirsən niyə məndən əl çəkmədiyni bilmirəm? Bilirəm, vallah bilirəm. Məni söyməklə Monteneqroya qarmaq atmaq istəyirsən. Siyasi rəqslərinlə yandırdığın körpüləri bərpa etmək niyyətin çox qabarıq görünür. Amma başa düşmürsən ki, o birdəfəlik əşyalardan çox az istifadə edir. (Məhkəmənin nəzərinə: Birdəlik əşya deyəndə plastik qida qablarını nəzərdə tuturam. Sonra cığallıq etməyin.) Xüsusən də yararlılıq müddəti çoxdan keçmişlərdən.

P.S. Heyf o heyvana ki, onun adını sənə qoyublar.

P.P.S. Qulu Məhərrəmlinin şərhinə gəlincə – "AzTV-nin həyətində hələ də bir qanlı tuman var” romanını oxusa yaxşı olar.

Əli Həziquliyev