Şriftin ölçüsü / 49

"Bir-iki er­mə­ni­nin adı­nı çək­mək­lə biz nə­yə­sə na­il ola bil­mə­rik"

27 Iyul 2017 [16:58]

"Yax­şı olar ki, Ru­si­ya öz təz­yiq im­kan­la­rın­dan is­ti­fa­də edib Er­mə­nis­ta­nı kons­truk­tiv­li­yə gə­tir­sin"
img

So­çi­də Ru­si­ya və Azər­bay­can pre­zi­dent­lə­ri ara­sın­da ke­çi­ri­lən gö­rü­şü şərh edən Ru­si­ya Si­ya­si Təd­qi­qat­lar İns­ti­tu­tu­nun di­rek­to­ru, ta­nın­mış po­li­to­loq Ser­gey Mar­kov bil­di­rib ki, bu gö­rüş qə­fil, la­kin göz­lə­ni­lən idi: "Bu gö­rüş iki öl­kə ara­sın­da­kı mü­na­si­bət­lə­rin stra­te­ji tə­rəf­daş­lıq xa­rak­ter­li ol­du­ğu­nu bir da­ha təs­diq­lə­di".

Po­li­to­lo­qun fik­rin­cə, Ru­si­ya-Azər­bay­can mü­na­si­bət­lə­rin­də ye­ni mər­hə­lə əs­lin­də 2013-cü ilin ya­yın­dan baş­la­yıb: "Vla­di­mir Pu­ti­nin Ba­kı­ya sə­fə­ri mü­na­si­bət­lə­rin ye­ni mər­hə­lə­si­nin baş­lan­ğı­cı idi. Bu sə­fər­dən son­ra Azər­bay­can­la Ru­si­ya ara­sın­da, de­mək olar ki, bü­tün sa­hə­lər­də - si­ya­sət, iq­ti­sa­di-ti­ca­rət, hər­bi-tex­ni­ki əmək­daş­lıq, hu­ma­ni­tar, neft-ener­ge­ti­ka və di­gər sa­hə­lər­də mü­na­si­bət­lər yük­sək sü­rət­lə in­ki­şaf et­mə­yə baş­la­dı. Ru­si­ya və Tür­ki­yə ara­sın­da böh­ran olan za­man Azər­bay­can çox müd­rik­cə­si­nə dav­ran­dı. Ru­si­ya­ya qar­şı Qər­bin sank­si­ya­la­rı za­ma­nı Ba­kı Mosk­va­nı dəs­tək­lə­di. İki öl­kə ara­sın­da mü­na­si­bət­lə­rin bu sə­viy­yə­yə yük­səl­mə­sin­də məhz Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­ye­vin bö­yük ro­lu qeyd olun­ma­lı­dır. So­çi­də ke­çi­ri­lən gö­rüş də mü­na­si­bət­lə­rin ye­ni mər­hə­lə­si­nin mən­ti­qi da­va­mı­dır".

S.Mar­kov mət­bu­at­da iki öl­kə ara­sın­da mü­na­si­bət­lə­rin gər­gin ol­ma­sı­nın sə­bəb­lə­ri ba­rə­də ya­zı­lan­la­rın inan­dı­rı­cı ol­ma­dı­ğı­nı vur­ğu­la­yıb: "Bə­li, iki öl­kə ara­sın­da prob­lem­lər var. Bu tə­bii­dir. Han­sı­sa mə­sə­lə­lə­rə ya­naş­ma­da iki öl­kə ara­sın­da fərq­li möv­qe­nin ol­ma­sı tə­bii­dir. Ru­si­ya və­tən­da­şı, blo­ger Lap­şi­nin həb­si, er­mə­ni əsil­li Ru­si­ya və­tən­daş­la­rı­nın Azər­bay­ca­na bu­ra­xıl­ma­ma­sı, Ümum­ru­si­ya Azər­bay­can­lı­la­rı Kon­qre­si­nin qey­diy­ya­tı­nın ləğ­vi ki­mi ki­çik prob­lem­lər iki öl­kə ara­sın­da­kı mü­na­si­bət­lər­də gər­gin­li­yin ol­ma­sı an­la­mı­na gəl­mir. Çün­ki bun­lar ol­duq­ca xır­da si­ya­si prob­lem­lər­dir. Ru­si­ya-Azər­bay­can mü­na­si­bət­lə­ri­nə ge­niş as­pekt­dən bax­maq la­zım­dır. Bü­tün bu ar­qu­ment­lə­rə ca­va­bı Vla­di­mir Pu­tin və İl­ham Əli­ye­vin So­çi­də ke­çi­ri­lən gö­rü­şü ver­di. Tə­bii ki, Mosk­va və Ba­kı ara­sın­da­kı si­ya­si və hər­bi-tex­ni­ki əmək­daş­lıq sa­hə­sin­də­ki mü­na­si­bət­lər Er­mə­nis­tan rəh­bər­li­yi­ni çox na­ra­hat edir. Er­mə­nis­tan rəs­mi­lə­ri çı­xış­la­rın­da bu­nu açıq eti­raf edir­lər. So­çi gö­rü­şü onu gös­tər­di ki, iki öl­kə ara­sın­da­kı mü­na­si­bət­lər müs­bət məc­ra­da in­ki­şaf edir. La­kin bu in­ki­şaf çox güc­lü bir qüv­və­nin heç də ürə­yin­cə de­yil. Ru­si­ya­da­kı bu qüv­və mü­əy­yən döv­lət or­qan­la­rın­da, o cüm­lə­dən Xa­ri­ci İş­lər Na­zir­li­yin­də yer­lə­şir. On­lar Ru­si­ya və Azər­bay­can ara­sın­da­kı han­sı­sa xır­da prob­le­mi elə şi­şir­dir­lər ki, gu­ya mü­na­si­bət­lər həd­dən ar­tıq gər­gin­dir".

Ru­si­ya­da ki­fa­yət qə­dər cid­di imi­cə ma­lik olan bir po­li­to­loq ör­tü­lü ol­sa da, bil­di­rir ki, bi­zim­lə Mosk­va­nın mü­na­si­bət­lə­ri­ni kor­la­yan qüv­və var və on­lar XİN-də yer­lə­şə bi­lib. Ru­si­ya XİN-də­ki bu er­mə­ni qru­pu­nu ne­cə if­şa et­mək olar?

Azər­bay­can Mil­li İs­tiq­lal Par­ti­ya­sı­nın sədr müa­vi­ni El­şən Mus­ta­fa­yev qə­ze­ti­mi­zə bil­dir­di ki, Mar­ko­vun açıq­la­ma­sı si­ya­si ma­nevr­dən baş­qa bir şey de­yil: "Tə­bii ki, biz Ru­si­ya­da güc­lü er­mə­ni lob­bi­si­nin fəa­liy­yət gös­tər­di­yi­ni bi­li­rik. On­lar bü­tün döv­lət qu­rum­la­rı­na sə­pə­lə­nib. Pro­ses­lə­rə tə­sir im­kan­la­rı var, an­caq Ru­si­ya­nın xa­ri­ci si­ya­sət kur­su­nu mü­əy­yən­ləş­dir­mək də­rə­cə­sin­də yox. Çün­ki Ru­si­ya bö­yük döv­lət­dir və öz kur­su­nu ma­raq­la­rı­na uy­ğun for­ma­laş­dı­rır. Ru­si­ya-Azər­bay­can mü­na­si­bət­lə­ri­nin di­na­mi­ka­sı­na bax­dıq­da mə­lum olur ki, gər­gin­ləş­mə­lər olub, son­ra yum­şal­ma. Hər də­fə də olan ye­ni ya­xın­laş­ma za­ma­nı keç­miş­də­ki gər­gin­li­yi nə­yin­sə üs­tü­nə yı­xıb­lar. Mar­ko­vun tak­ti­ka­sı bu­na bən­zə­yir. Tam mə­su­liy­yə­ti­lə de­yə bi­lə­rəm ki, XİN-də ça­lı­şan er­mə­ni­lər Ru­si­ya­nın Qaf­qaz si­ya­sə­ti­nə, ma­raq­la­rı­na tə­sir edə­cək güc­də ola bil­məz. Sa­bah er­mə­ni­lər onun is­tə­di­yi­ni et­mə­sə, on­la­rı biz­dən də pis və­ziy­yə­tə sa­la bi­lər. Yax­şı olar ki, Ru­si­ya öz təz­yiq im­kan­la­rın­dan is­ti­fa­də edib Er­mə­nis­ta­nı kons­truk­tiv­li­yə gə­tir­sin. Bir-iki er­mə­ni­nin adı­nı çək­mək­lə biz nə­yə­sə na­il ola bil­mə­rik".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ