Şriftin ölçüsü / 97

Kürdüstan məsələsindən sonra İŞİD-i səhnədən çəkəcəklər

28 Sentyabr 2017 [14:58]
İraq ərazisində Kürdüstan adlı yeni dövlətin meydana çıxması bütün regionda ciddi narahatlıq və gərginliyə səbəb olub. Maraqlıdır, Kürdüstanın müstəqil bir dövlət kimi mövcudluğu yaxın-uzaq gələcəkdə ölkəmizin maraqları baxımından hansısa təhdid təşkil edə bilərmi?

Moderator.az-a açıqlama verən AMİP Siyasi Şurasınınü üzvü, politoloq Əli Orucov baş verənlərin ölkəmizin maraqları baxımından da yaxşı heç nə vəd etmədiyini vurğuladı:

"İraq Kürdüstanı Regional Muxtariyyətində sentyabrın 25-də keçirilən "referendum" bölgədə yeni gərginlik və qarşıdurma ocağı yaradacaq. Bərzaninin belə inadkarlıq etməsi və dünyaya meydan oxuması təsadüfi deyil. Hər nə qədər ABŞ üzdə referenduma qarşı çıxdığını desə də,küdləri dəstəkləyir və bu proje də məhz Vaşinqtonun projesidir. Burda cox ciddi hədəflər var.

İlk növbədə İran və Türkiyəni tamamailə sıradan çıxarmaq, hər iki dövləti parçalamaq, beləliklə də Yaxın Şərq və İslam dünyasında müstəqil siyasət yürütməyə cəhd edən və regional güc mərkəzi olan bu dövlətləri yox etmək, isədikləri kimi idarə etmək istəyirlər.

Bildiyininz kimi bu gün Orta Doğuda yerləşən dövlətlərin dövlət strukturları və siyasi sistem demək olar ki, çökürdülüb.Əslində İŞİD-in ortaya atılması Kürdüstan dövlətinin yaradılmasına xidmət edən vasitələrdən biri idi. İlk mərhələ İraq parçalanır, ardınca Suriyada siyasi sistemin və dövlətçiliyin çökdürülməsi planı işə salınır. VəQərbin xüsisi xidmət oraqanlarının nəzarətindən və informasiyasından kənarda qalan böyük bir terror qruplaşması İŞİD meydana çıxır və qısa müddət ərzində böyük ərazilərə yiyələnir. Bunlar Qərbin ssenarisidir.

Kürdləri sılahlandırmaq və bölgəyə qarşı qoymaq üçün qondarma hansısa terror qruplaşması, yaxud təhlükəsini dövrüyəyə buraxmaq lazım idi. Qərb terrorla güya mübarizəni başqa bir terrorçu təşkilatla aparmasının məqsədinin də altında məhz Kürdüstan proyekti yatır. Əslində İŞİD də, Kürdüstan da Qərbin biri digərini tamalayan layihələridir. Siz görəcəksiniz ki, Kürdüstan məsələsindən sonra İŞİD-i səhnədən çəkəcəklər. Bu oyunların Azərbaycan üçün də təhlükəsi var və separatçi kürdlər ölkəmizə qarşı ərazi iddiasındadırlar. Eyni zamanda, cəmiyyətimizdə parçalanmalara səbəb ola bilər”.


Millət