Şriftin ölçüsü / 54

BMT TŞ qərarlarına riayət olunması bütün ölkələr üçün prioritet olmalıdır

03 Oktyabr 2017 [17:27]

"BMT Təhlükəsizlik Şurası qərarlarına riayət olunması bütün ölkələr üçün prioritet olmalıdır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edərkən deyib. O bildirib ki, BMT Baş Assambleyasının sessiyasında dünya ictimaiyyətinin qarşılaşdığı hədə və təhlükələrin sayının artması barədə həyəcan təbili çalınıb: "Qeyri-sabitlik şəraitində bütün ölkələr beynəlxalq sülhü və təhlükəsizliyi dəstəkləməkdə başlıca məsuliyyət daşıyan BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmət, hüququn aliliyinə riayət etməlidirlər".


Millət